Məzmuna keç
    Vakansiya

    Terbiyeci

    7/22/2011Son tarix: 8/10/2011Baku, Azerbaijan

    Əlavə olunmuş sənəddən

    [pic] İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının nəzdində fəaliyyət göstərən Bakı SOS Uşaq Bağçası Tərbiyəçi vəzifəsinə elan verir. Iş şəraiti • Tamam məşğulluq • Ərazi – Bakı şəhəri • Əmək haqqı – qross 330 AZN Tələb olunan meyarlar • Məktəbəqədər pedaqoji təhsil • Pedaqoji, məkətbəqədər müəssisəsində azı 3- il iş təcrübəsi • Uşaqlarla ünsiyyət qurmaq bacarıqları • Uşaqların yaş psixologiyasının xüsusiyyətlərini bilmək • Təşkilatçılıq və planlaşdırma bacarıqları • Çeviklilik • Valideynlərlə əməkdaşlıq etmək bacarığı • Stressə davamlılıq • Komandada işləmək bacarığı • Müstəqil qərarvermə qabiliyyəti • Öyrənmək mühitini yaratmaq bacarığı Əlavə meyarlar • Müşahidəçilik qabiliyyəti • Həyata pozitiv yanaşma • Monitorinq və qiymətləndirmə bacarıqları • Öz inkişafı üzərində işləməyə hazır olması • Öyrənmək və oyrətmək kimi həvəs və bacarıqların olması • Kollektiv arasında etika qaydalarına riayət etmək və uşaqlara nümunə olmaq bacarıqları Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): officebaku@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Tərbiyəçi" yazasınız. CV-lərin göndərilməsinin son tarixi 10 Avqust 2011-ci il “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.

    Əlavələr

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Əlavələr (1)

    Oxşar vakansiyalar — Təhsil

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan