Application period has ended (5/30/2011). See open vacancies
From the attached document
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS
Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda Assosiasiyanın Bakı və
Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
Bakı SOS Uşaq Kəndinə
Sosial Işci
vəzifəsinə elan verir.
Iş şərtləri 1. Uşaq Müdafiəsi sahəsində müvafiq işlərin görülməsi 2. Uşaq Kəndində tərbiyə alan uşaqların çatışmayan sənədlərinin əldə edilməsini təmin etmək 3. Uşaqların pensiya və müavinətlərin təmin edilməsinə dəstək etmək 4. Uşaq Kəndində tərbiyə alan uşaqların daşınan və daşınmaz əmlakının mövcudluğu haqqında araşdırmalar aparmaq və belə hallar olduqda uşaqların əmlak hüquqlarını qanuniləşdirmək 5. Ehtiyac duyulduqda hüquq mühafizə orqanları qarşısında Kənd Direktoru ilə birgə SOS Uşaq Kəndini təmsil etmək 6. Uşaq qəbulu üçün lazım olan bütün sənədləri toplamaq 7. BMT-nin Uşaq Haqları konvensiyası ilə yaxından tanış olmaq və uşaq haqqlarını müdafiə etmək 8. Uşaqların əmlak və kəndə qəbulu məsələlərinin tənzimlənməsi, uşaqların bioloji ailə köklərinin araşdırılması, uşaq problemləri ilə məşğul olan dövlət qurumları və QHT-lərlə əməkdaşlıq qurmaq 9. Uşaqların bioloji ailələri ilə işin qurulması
← Əmək haqqı – 668 AZN (qross)
← İş yeri – Bakı SOS Uşaq Kəndi
← İş günləri – 1-5-ci günlər
Meyarlar
← Hüquq, psixolojiç pedaqoji sahədə ali təhsil
← Pedaqoji, Hüquqi və ya psixoloji sahədə ən azı 5 il iş təcrübəsi
← Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar)
← Liderlik qabiliyyəti
← Monitorinq və qiymətləndirmə bacarıqları
← Yüksək ünsiyyət bacarığı
← Təşkilatçılıq və planlaşdırma bacarıqları
← Yüksək motivasiya
← Stressə davamlılıq
← Komandada işləmək bacarığı
← Azərbaycan dili - əla, ingilis dili–orta səviyyə
← Kompyuter savadı – MS Office
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
cv@sosushaqkendleri.az
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sosial İşci" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 30 may 2010-cu il.
Attachments
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile