Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Meslehetci

    4/25/2011Deadline: 5/1/2011Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI “SOS

    Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.

    SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 16 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafını təmin etmək, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir.

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası

    II Gənclər Evinin Məsləhətcisi

    vəzifəsinə elan verir.

    Işin təsviri

    Gənclər Evinin Məsləhətçisi gayğısında olan gənclərin fərdi inkişafının dəstəklənməsi, müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa-qayğı modeli çərçivəsində gayğısında olan gənclərə təhsil və peşə secimi üzrə məsləhətlər verir, onlar üçün treninq və görüşlər təşkil edir, və onlara praktik həyat və sosial qabiliyyətlərin inkişafında dəstək göstərir. GE Məsləhətçisi bioloji valideynlər, təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq edir. O, gayğısında olan gənclərin fərdi büdcəsinin xərclənməsinə və onlar tərəfindən ev təsərrüfatının idarə edilməsinə görə birbaşa cavabdehdir.

    Iş şərtləri

     Əmək haqqı – 688 AZN (qross)
     İş yeri – Bakı ş.
     İş günləri – 5 gün

    Meyarlar

    Mütləq
    • Pedaqoji, psixoloji və ya sosial iş sahəsində ali təhsil
    • Pedaqoji, psixoloji və ya sosial iş sahəsində iş təcrübəsi - ən azı 3 il
    • QHT sektorunda iş təcrübəsi (proqramların idarəetməsində təcrübəsi olanlara üstünlük verilir)
    • Gənclərlə iş təcrübəsi • Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar)
    • Liderlik qabiliyyəti
    • Monitorinq və qiymətləndirmə bacarıqları
    • Yüksək ünsiyyət bacarığı
    • Büdcə idarə etmə bacarığı
    • Layihə yazma və idarə etmə bacarığı
    • Təşkilatçılıq və planlaşdırma bacarıqları
    • Komandada işləmək bacarığı
    • Kompyuter savadı (MS Office)
    • Azərbaycan dili - əla, ingilis dili–yaxşı, rus dili - orta

    Arzu olunan

    • Yüksək motivasiya
    • Çeviklik
    • Stressə davamlılıq

    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Məsləhətçi" yazasınız.
    Müraciətlərin qəbulunun son tarixi 01 may 2011-ci il.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?