Skip to content

    Application period has ended (5/1/2011). Administrative: 134 open vacancies

    Vacancy

    Gencler Evinin Meslehetcisi

    4/4/2011Deadline: 5/1/2011Baku, Azerbaijan

    From the attached document

    [pic] İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 16 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafını təmin etmək, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası II Gənclər Evinin Məsləhətcisi vəzifəsinə elan verir. Işin təsviri Gənclər Evinin Məsləhətçisi gayğısında olan gənclərin fərdi inkişafının dəstəklənməsi, müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa-qayğı modeli çərçivəsində gayğısında olan gənclərə təhsil və peşə secimi üzrə məsləhətlər verir, onlar üçün treninq və görüşlər təşkil edir, və onlara praktik həyat və sosial qabiliyyətlərin inkişafında dəstək göstərir. GE Məsləhətçisi bioloji valideynlər, təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq edir. O, gayğısında olan gənclərin fərdi büdcəsinin xərclənməsinə və onlar tərəfindən ev təsərrüfatının idarə edilməsinə görə birbaşa cavabdehdir. Iş şərtləri ← Əmək haqqı – 688 AZN (qross) ← İş yeri – Bakı ş. ← İş günləri – 5 gün Meyarlar Mütləq • Pedaqoji, psixoloji və ya sosial iş sahəsində ali təhsil • Pedaqoji, psixoloji və ya sosial iş sahəsində iş təcrübəsi - ən azı 3 il • QHT sektorunda iş təcrübəsi (proqramların idarəetməsində təcrübəsi olanlara üstünlük verilir) • Gənclərlə iş təcrübəsi • Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar) • Liderlik qabiliyyəti • Monitorinq və qiymətləndirmə bacarıqları • Yüksək ünsiyyət bacarığı • Büdcə idarə etmə bacarığı • Layihə yazma və idarə etmə bacarığı • Təşkilatçılıq və planlaşdırma bacarıqları • Komandada işləmək bacarığı • Kompyuter savadı (MS Office) • Azərbaycan dili - əla, ingilis dili–yaxşı, rus dili - orta Arzu olunan • Yüksək motivasiya • Çeviklik • Stressə davamlılıq Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): cv@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Məsləhətçi" yazasınız. Müraciətlərin qəbulunun son tarixi 01 may 2011-ci il.
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    View Company Profile

    Share

    Attachments (1)

    Similar vacancies — Administrative

    All 134 vacancies