Application period has ended (1/31/2011). Management: 81 open vacancies
From the attached document
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın
Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan”
Sumqayıt Ailələrə Dəstək Layihəsinə koordinator
vəzifəsinə elan verir.
Öhdəliklər
• Uşaqları atılma riski altında olan ailələrlə sosial işi təşkil etmək
• Hədəf qrupunu layihəyə cəlb etmək
• Əsas tərəfdaşlarla əməkdaşlıq etmək
• Layihənin fəaliyyətini planlaşdırmaq və icra etmək
• Layihənin fəaliyyətinin monitorinq və qiymətləndirilməsini aparmaq
• Layihə təklifləri hazırlamaq
• Layihə çərçivəsində fandreyzinq (ianələrin cəlb olunması) imkanlarını araşdırmaq
• Layihə büdcəsinin xərclənməsinə nəzarət etmək, layihə üzrə maliyyə hesabatları hazırlamaq
• Sosial işçilərin işini əlaqələndirmək və onları inkişaf etdirmək
Iş şəraiti
• Tam məşğulluq
• Ərazi – Sumqayıt şəhəri
• Əmək haqqı – net 673 AZN
Minimum bilik, səriştə və keyfiyyətlər
• Sosial iş, sosiologiya, pedaqogika, hüquqşunaslıq, iqtisadiyyat və ya psixologiya sahəsində ali təhsil
• Sosial iş və ya layihə menecmenti sahəsində min. 3 il iş təcrübəsi
• Həssas, o cüml., aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı
• Yüksək ünsiyyət bacarığı
• Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı
• Büdcə ilə iş təcrübəsi
• Layihə monitorinqi və qiymətləndirilməsi sahəsində səriştə
• Liderlik qabiliyyəti
• Sərbəst Azərbaycan və İngilis dilləri biliyi (yazılı və şifahi)
• Kompyuter savadı (MS Office)
Üstünlük verilən meyarlar
• Könüllülərlə iş təcrübəsi
• Sürücülük vəsiqəsi
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
cv@sosushaqkendleri.az
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "koordinator" yazasınız.
CV-lərin göndərilməsinin son tarixi 31 yanvar 2011-ci il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.
www.soschildren.az
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
