Application period has ended (1/23/2011). Management: 88 open vacancies
From the attached document
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS
Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda
Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək
Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 16 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafını təmin etmək, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir.
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası
II Gənclər Evinin Lideri
vəzifəsinə elan verir.
Işin təsviri
Gənclər Evinin Lideri gənclərin fərdi inkişafının dəstəklənməsi, onların müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa qayğı modeli çərçivəsində gənclər üçün müxtəlif fəaliyyət növləri təşkil edir və effektiv komanda yaradaraq, onunla birlikdə bu fəaliyyətləri həyata keçirir. Lider Gənclər Evinin idarə edilməsi və malliyyə hesabatlarının hazırlanmasına görə birbaşa cavabdeh şəxsdir.
Iş şərtləri
← Əmək haqqı – 812 AZN (qross)
← İş yeri – Bakı ş.
← İş günləri – 5 gün
Meyarlar
Mütləq
• Pedaqoji, psixoloji və ya sosial iş sahəsində ali təhsil
• Pedaqoji, psixoloji və ya sosial iş sahəsində iş təcrübəsi - ən azı 3 il
• QHT sektorunda iş təcrübəsi (proqramların idarəetməsində təcrübəsi olanlara üstünlük verilir)
• Gənclərlə iş təcrübəsi
• Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar)
• Liderlik qabiliyyəti
• Monitorinq və qiymətləndirmə bacarıqları
• Yüksək ünsiyyət bacarığı
• Büdcə idarə etmə bacarığı
• Layihə yazma və idarə etmə bacarığı
• Təşkilatçılıq və planlaşdırma bacarıqları
• Komandada işləmək bacarığı
• Kompyuter savadı (MS Office)
• Azərbaycan dili - əla, ingilis dili–yaxşı, rus dili - orta
Arzu olunan
• Yüksək motivasiya
• Çeviklik
• Stressə davamlılıq
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
cv@sosushaqkendleri.az
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Lider" yazasınız.
Müraciətlərin qəbulunun son tarixi
23 yanvar 2011-ci il.
Attachments
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile