Skip to content

    Application period has ended (11/2/2010). Accounting & Finance: 333 open vacancies

    Vacancy

    Muhasib?xezinedar

    11/19/2010Deadline: 11/2/2010Baku, Azerbaijan

    From the attached document

    İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Bakı SOS Uşaq Kəndinə mühasib–xəzinədar vəzifəsinə elan verir. Mühasib-xəzinədar layihədə ilkin mühasibat sənədlərinin dözgün qaydada toplanılmasına, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi, avans hesabatlarının qəbulu və təhlilinə cavabdehdir. Böyük mühasibin təsdiqindən sonra ilkin məlumatların NAVISION mühasibat proqramına daxil olunmasına cavabdehdir. İş şərtləri ← Məşğullluq – tam ← Aylıq əmək haqqı – 750 AZN (qross) ← İş vaxtı – həftəlik 40 saat Minimal meyarlar ← Maliyyə, iqitsadiyyat və ya mühasibat uçotu sahəsində təhsil ← Mühasibatda ən azı 5 il iş təcrübəsi ← Mühasibat uçotu ilə bağlı yerli qanunvericilik sahəsində biliklər ← Azərbaycan dili - əla ← Ingilis dili - orta Bilik və bacarıqlar ← Yerli mühasibat standartları sahəsində biliklər ← Təhlil aparma qabiliyyəti ← Ünsiyyət bacarığı ← Gərgin şəraitdə işləmə bacarığı ← Büdcə hazırlama və maliyyə menecmenti bacarıqları ← Kompyuter biliyi (MS Office) ← Məsuliyyət hissi Əlavə meyarlar ← NAVISION mühasibat proqramı üzrə biliklər ← Komandada işləmə bacarığı ← Kvalifikasiyasını təkmilləşdirməyə hazırlıq Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): cv@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "muhasib" yazasınız. Müraciətlərin son qəbul tarixi: 02 dekabr 2010 “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası SOS Kinderdorf beynəlxalq təşkilatının nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Attachments (1)

    Similar vacancies — Accounting & Finance

    All 333 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements