Skip to content

    Application period has ended (11/15/2010). Healthcare & Medicine: 32 open vacancies

    Vacancy

    Gence Qisa Muddetli Qaygi Layihesine [ Psixoloq ]

    11/4/2010Deadline: 11/15/2010Baku, Azerbaijan

    From the attached document

    [pic] İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir. Qısa Müddətli Qayğı Layihəsinin əsas məqsədi böhran vəziyyətində yaşayan uşaqların qayğı və müvəqqəti sığınacaq yeri ilə təmin olunması, ehtiyacı olan uşaqlar üçün təhlükəsiz və tərbiyəvi mühitin yaradılması, uşaq hüqüqlarının qorunmasıdır. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Gəncə Qısa Müddətli Qayğı Layihəsinə Psixoloq vəzifəsinə elan verir. İşin təsviri • Uşağın sağlam psixoloji durumunu dəstəkləmək • Layihənin digər işçiləri ilə yaxından əməkdaşlıq etmək • Hər uşaq üçün vaxtaşırı psixoloji diaqnostika aparmaq • Uşaqların fərdi inkişaf planlarının hazırlanmasında iştirak etmək • Psixoloji sahələrin inkişaf səviyyəsini qiymətləndirmək, fərdi və qrup yanaşmalar vasitəsilə onları öyrənməyə həvəsləndirmək • Böhran vəziyyəti idarə etmək • Uşağın siğınacaqda adaptasiyasına kömək etmək • Uşaqların maraqlarını hər bir yerdə müdafiə və təmsil etmək Iş şərtləri ← Əmək haqqı – 350 AZN (qross) ← İş yeri –Gəncə Qısa Müddətli Qayğı Layihəsi ← İş vaxtı – həftəlik 20 saat Meyarlar ← Psixoloji sahədə ali təhsil ← Psixoloji sahədə iş təcrübəsi -min. 3 il ← Psixodiaqnostika və psixoloji konsultasiya aparmaq təcrübəsi ← Uşaqlarla iş təcrübəsi ← Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar) ← Liderlik qabiliyyəti ← Monitorinq və qiymətləndirmə bacarıqları ← Yüksək ünsiyyət bacarığı ← Təşkilatçılıq və planlaşdırma bacarıqları ← Yüksək motivasiya ← Stressə davamlılıq ← Tolerantlıq ← Komandada işləmək bacarığı ← Azərbaycan dili - əla, ingilis dili–orta səviyyə (ən azı) ← Kompyuter savadı – MS Office Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): cv@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Psixoloq" yazasınız. Müraciətlərin qəbulunun son tarixi 15 noyabr 2010
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Attachments (1)

    Similar vacancies — Healthcare & Medicine

    All 32 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements