Müraciət müddəti bitib (11/15/2010). İdarəetmə: 93 açıq vakansiya
Vakansiya
Gence Qisa Muddetli Qaygi [ Layihesinin Lideri ]
Əlavə olunmuş sənəddən
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS
Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda
Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək
Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
Qısa Müddətli Qayğı Layihəsinin əsas məqsədi böhran vəziyyətində yaşayan uşaqların qayğı və müvəqqəti sığınacaq yeri ilə təmin olunması, ehtiyacı olan uşaqlar üçün təhlükəsiz və tərbiyəvi mühitin yaradılması, uşaq hüqüqlarının qorunmasıdır.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
Gəncə Qısa Müddətli Qayğı Layihəsinin Lideri
vəzifəsinə elan verir.
İşin təsviri
• Qısa müddətli Qayğı layihəsinə rəhbərlik etmək və bütün müvafiq fəaliyyətlərin təşkil olunmasına əmin olmaq
• Hər bir uşağın Fərdi İnkişaf Planının hazırlanmasına və həyata keçirilməsinə əmin olmaq
• Uşaq qəbulu prosesində iştirak etmək
• Uşaqlara lazımi qayğının göstərilməsini təmin etmək
• İşçilər arasında iş bölgüsünü aparmaq və iş qrafikini tərtib etmək
• Müvafiq hesabatları və digər sənədləri tərtib etmək
• Yerli dövlət qurumları, eləcə də tədris və səhiyyə müəssisələri və media ilə yaxından əməkdaşlıq etmək
• Uşaqların maraqlarını hər bir yerdə müdafiə və təmsil etmək
Iş şərtləri
← Əmək haqqı – 750 AZN (qross)
← İş yeri – Gəncə ş.
← İş günləri – 5 gün
Meyarlar
← Pedaqoji, psixoloji və ya sosial iş sahəsində ali təhsil
← Pedaqoji, psixoloji və ya sosial iş sahəsində iş təcrübəsi
← QHT sektorunda iş təcrübəsi (proqramların idarəetməsində təcrübəyə üstünlük verilir)
← Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar)
← Liderlik qabiliyyəti
← Monitorinq və qiymətləndirmə bacarıqları
← Yüksək ünsiyyət bacarığı
← Təşkilatçılıq və planlaşdırma bacarıqları
← Yüksək motivasiya
← Stressə davamlılıq
← Komandada işləmək bacarığı
← Azərbaycan dili - əla, ingilis dili–əla səviyyə, rus dili - orta
← Kompüter savadı – MS Office
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
cv@sosushaqkendleri.az
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Lider" yazasınız.
Müraciətlərin qəbulunun son tarixi
15 noyabr 2010
SOS Uşaq Kəndləri Azərbaycan
435 elan
Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.
Şirkət profili