Application period has ended (11/15/2010). Education: 86 open vacancies
Vacancy
Gence Qisa Muddetli Qaygi Layihesine [ Sosial Pedaqoq ]
From the attached document
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS
Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda
Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək
Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
Qısa Müddətli Qayğı Layihəsinin əsas məqsədi böhran vəziyyətində yaşayan uşaqların qayğı və müvəqqəti sığınacaq yeri ilə təmin olunması, ehtiyacı olan uşaqlar üçün təhlükəsiz və tərbiyəvi mühitin yaradılması, uşaq hüqüqlarının qorunmasıdır.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
Gəncə Qısa Müddətli Qayğı Layihəsinə
Sosial Pedaqoq
vəzifəsinə elan verir.
İşin təsviri
• Qısa müddətli sığınacaqda yaşayan uşaqlara qayğı ilə təmin etmək
• Fərdi və qrup yanaşmalar vasitəsilə uşaqları öyrənməyə həvəsləndirmək
• Uşaqların fərdi inkişaf planlarının tərtibində iştirak etmək
• Gələcək fəaliyyətləri fərdi inkişaf planının ehtiyaclarına əsasən qurmaq
• Müxtəlif yaş qrupunda olan uşaqlarla qrup işi və müxtəlif fəaliyyətlər aparmaq
• Təhsil, səhiyyə, sosial müdafiə və s. icra qurumları ilə davamlı əməkdaşlıq etmək
• Uşaqların maraqlarını hər bir yerdə müdafiə və təmsil etmək
Iş şərtləri
← Əmək haqqı – 625 AZN (qross)
← İş yeri –Gəncə Qısa Müddətli Layihə
← İş günləri – iş növbəsi (qrafik əsasında)
Meyarlar
← Pedaqoji, psixoloji və ya sosial iş sahəsində ali təhsil
← Pedaqoji, psixoloji və ya sosial iş sahəsində iş təcrübəsi - min. 3 il
← Uşaqlarla iş təcrübəsi
← Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar)
← Liderlik qabiliyyəti
← Monitorinq və qiymətləndirmə bacarıqları
← Yüksək ünsiyyət bacarığı
← Təşkilatçılıq və planlaşdırma bacarıqları
← Yüksək motivasiya
← Stressə davamlılıq
← Komandada işləmək bacarığı
← Azərbaycan dili - əla, ingilis dili–orta səviyyə (ən azı)
← Kompyuter savadı – MS Office
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
cv@sosushaqkendleri.az
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sosial pedaqoq" yazasınız.
Müraciətlərin qəbulunun son tarixi
15 noyabr 2010
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile