İŞ ELANI
�SOS Uşaq Kəndləri-Azərbaycan� Assosiasiyası beynəlxalq humanitar �SOS Kinderdorf� təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri, bundan başqa Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
�SOS Uşaq Kəndləri-Azərbaycan� Assosiasiyası
Bakı SOS Uşaq Kəndinə
Pedaqoq
vəzifəsinə elan verir.
İşin təsviri
Pedaqoq Bakı SOS Uşaq Kəndində və Gənclər
Evində tərbiyə alan hər bir uşaq/gənc üçün
təhsil proqramını hazırlayır və onun həyata
keçirilməsini təmin edir, uşaqların fərdi inkişaf
planının hazırlanmasında yaxından iştirak edir.
O, pedaqoji sahədə Direktora məsləhətlər verir
və onunla birlikdə bu sahədə layihələrin hazırlanması
və həyata keçirilməsində birbaşa iştirak
edir. Pedaqoq Bakı SOS Uşaq Kəndində pedaqoji işin
təşkili, məktəblərlə sıx əməkdaşlığın
qurulması, təhsil prosesinə dəstək və nəzarətin
göstərilməsinə cavabdehdir.
Iş şərtləri
-Əmək haqqı � 750 AZN (qross)
- İş yeri � Bakı SOS Uşaq Kəndi
- İş günləri � 1-5-ci günlər
Meyarlar
- Pedaqoji, psixoloji sahədə ali təhsil
-Pedaqoji və ya psixoloji sahədə ən azı 5 il iş
təcrübəsi
- Əlavə peşəyönümlü təhsil (təlimlər,
seminarlar)
-Liderlik qabiliyyəti
-Monitorinq və qiymətləndirmə bacarıqları
-Yüksək ünsiyyət bacarığı
-Təşkilatçılıq və planlaşdırma bacarıqları
-Yüksək motivasiya ? Stressə davamlılıq
-Komandada işləmək bacarığı
-Azərbaycan dili - əla, ingilis dili�orta səviyyə (ən
azı)
-Kompyuter savadı � MS Office
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Pedaqoq" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 30 sentyabr 2010-cu il.

435 announcements