Skip to content

    Application period has ended (6/6/2010). See open vacancies

    Vacancy

    Gence Ailelere Destek Layihesine Sosial isci

    5/24/2010Deadline: 6/6/2010Baku, Azerbaijan

    From the attached document

    [pic] İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Gəncə Ailələrə Dəstək Layihəsinə sosial işçi vəzifəsinə elan verir. Öhdəliklər • Uşaqları atılma riski altında olan ailələrlə sosial işin aparılması • Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq • Ailələrin fərdin inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək • Hədəf qrupunun layihəyə cəlb olunmasında iştirak etmək • Əsas tərəfdaşlarla əməkdaşlıq etmək Iş şəraiti • Tam məşğulluq • Ərazi – Gəncə şəhəri • Əmək haqqı – net 571 AZN Mütləq meyarlar: • Pedaqogika, psixologiya, sosial iş və ya hüquqşünaslıq sahəsində ali təhsil • Bu sahələrin birində 1-3 illik iş təcrübəsi • Həssas, o cüml., aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı • Sosial və təşkilati bacarıqlar • Fərdi və komandada işləmək istəyi və bacarığı • Çevik iş qrafikində çalışmaq bacarığı • Sərbəst Azərbaycan və rus dili biliyi • MS Office bilikləri Əlavə meyarlar: • QHT sektorunda iş və ya könüllülük təcrübəsi • Uşaq hüquqları haqda məlumatlılıq • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq • İngilis dili biliyi • Sürücülük vəsiqəsi Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): cv@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "sosial ishchi" yazasınız. CV-lərin göndərilməsinin son tarixi 06 iyun 2010-cu il. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Attachments (1)

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements