İŞ ELANI
�SOS Uşaq Kəndləri - Azərbaycan� Assosiasiyası Azərbaycan hökuməti və �SOS Kinderdorf� beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, �Şən avtobus� və s.layihələr uğurla fəaliyyət göstərir. Layihələrimizdən biri də Gənclər Evidir. Layihənin başlıca məqsədi 16-20 yaşlı gənclərin fərdi inkişafının təmin olunması, onların müstəqil həyata hazırlanması istiqamətində dəstək göstərməkdən ibarətdir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az
�SOS Uşaq Kəndləri - Azərbaycan� Assosiasiyası
Gənçlər Evi Məsləhətçisi vəzifəsinə
elan verir:
İşin təsviri
� Gənclərə təhsil seçimi və peşə istiqamətləndirilməsi
sahəsində dəstək
� Gənclər üçün iş yerlərinin tapılmasında
dəstək
� Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
� Gənclərin asudə vaxtlarının təşkili
� Praktik həyati səriştələrin inkişaf etdirilməsi
� Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi
Mütləq meyarlar
� Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali
təhsil
� Uşaq və ya gənclərlə iş sahəsində
azı 3 illik iş təcrübəsi
� Məsləhət vermək və danışıqlar aparmaq
bacarığı
� Sosial və təşkilati bacarıqlar
� Komandada işləmək istəyi və bacarığı
� Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
� Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
� Yüksək əxlaqi keyfiyyətlər
� Azərbaycan dili biliyi
Əlavə meyarlar
� Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn,
ailə terapiyası, inkişaf psixologiyası və s.)
� Dözümlülük, çeviklik
� Stress və böhranın idarə edilməsi bacarığı
� İlk tibb yardım göstərmək bacarığı
� Kompyuter bilikləri
Xahiş olunur, əlavə olunan ərizə formasını
dolduraraq aşağıdakı e-mail ünvanına göndərəsiniz
(yalnız elektron ərizələr nəzərdən keçiriləcək):
CV-lərin son göndərilmə tarixi 15 aprel 2010-cu il
Elektron məktubunuzda �SUBJECT� qrafasında �Gencler Evi� yazmağınız xahiş olunur.
�SOS Kinderdorf� beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan �SOS Uşaq Kəndləri-Azərbaycan� Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.

435 announcements