Məzmuna keç

    Müraciət müddəti bitib (3/15/2010). İdarəetmə: 93 açıq vakansiya

    Vakansiya

    Sumqayit Ailelere Destek Layihesine koordinator

    2/25/2010Son tarix: 3/15/2010Baku, Azerbaijan

    Əlavə olunmuş sənəddən

    [pic] İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinə koordinator vəzifəsinə elan verir. Öhdəliklər • Uşaqları atılma riski altında olan ailələrlə sosial işi təşkil etmək • Hədəf qrupunu layihəyə cəlb etmək • Əsas tərəfdaşlarla əməkdaşlıq etmək • Layihə təklifləri hazırlamaq • Layihə çərçivəsində fandreyzinq (ianələrin cəlb olunması) imkanlarını araşdırmaq • Layihə büdcəsinin xərclənməsinə nəzarət etmək, layihə üzrə maliyyə hesabatları hazırlamaq • Sosial işçilərin işini əlaqələndirmək və onları inkişaf etdirmək Iş şəraiti • Tam məşğulluq • Ərazi – Sumqayıt şəhəri • Əmək haqqı – net 673 AZN Minimum bilik, səriştə və keyfiyyətlər • Sosial iş, sosiologiya, pedaqogika və ya psixologiya sahəsində ali təhsil • Sosial iş və ya layihə menecmenti sahəsində min. 3 il iş təcrübəsi • Həssas, o cüml., aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı • Yüksək ünsiyyət bacarığı • Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı • Büdcə ilə iş təcrübəsi • Layihə monitorinqi və qiymətləndirilməsi sahəsində səriştə • Liderlik qabiliyyəti • Sərbəst Azərbaycan və İngilis dilləri biliyi (yazılı və şifahi) • Kompyuter savadı (MS Office) Üstünlük verilən meyarlar • Könüllülərlə iş təcrübəsi • Sürücülük vəsiqəsi Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): aygung@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "koordinator" yazasınız. CV-lərin göndərilməsinin son tarixi 15 mart 2010-cu il. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır. www.soschildren.az
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Əlavələr (1)

    Oxşar vakansiyalar — İdarəetmə

    Bütün 93 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan