TEXNİKİ TAPŞIRIQ
Təşkilat haqqında
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ictimai birliyi Azərbaycan Respublikası Hökuməti və “SOS Kinderdorf İnterneyşnl” təşkilatı arasında “Azərbaycanda SOS Uşaq Kəndlərinin və digər əlaqəli layihələrin yaradılması və fəaliyyəti” haqqında razılaşmaya əsasən 1999-cu ildə təsis edilmiş, 2001-ci ildə isə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir.
“SOS Uşaq Kəndləri Azərbaycan”ın missiyası valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. Ailələri bir arada saxlamaq, ehtiyac olduqda alternativ qayğı göstərmək, müstəqillik yolundakı gəncləri dəstəkləmək və uşaq hüquqlarını müdafiə etmək üçün çalışır. Donorlar, tərəfdaşlar, icmalar və hökumətlərlə birlikdə daha parlaq bir gələcəyin təməlini qoyur.
Görüləcək işin təsviri
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ictimai birliyinin gündəlik işlərində istifadə olunan sənədlərin yazılı tərcüməsinin, həmçinin xüsusi görüşlər, iclaslar, tədbirlər zamanı çıxışların şifahi tərcüməsinin həyata keçirilməsini təmin etmək məqsədilə tərcümə mərkəzi seçimi ediləcəkdir.
Aşağıda qeyd olunan siz tərəfdən təmin olunmalıdır:
Qiymət sorğusuna əsasən seçilən şirkətlər ilə bağlanılan Müqavilə əsasında
ödəniş tərəflər arasında ödəniş sənədləri təqdim edildikdən sonra manatla köçürmə yolu ilə həyata keçirilir.
Qiymət sorğusu 16.08.2024-cü il tarixindən 30.08.2024-cü il tarixinə kimi açıqdır.
Təqdim olunan məlumatlar əsasında qiymət təkliflərinizi qapalı zərfdə, imzalanmış və möhürlənmiş şəkildə, AZ 1010, Bakı şəhəri, Nəsimi rayon Nizami 137/1 küçəsi ünvanına 30 avqust 2024-cü il tarixinə qədər təqdim etməyinizi xahiş edirik.
Əməkdaşlıqda maraqlı olmadığınız halda bu məlumatı əks etdirən imtina məktubunu da göstərilən ünvana göndərməyiniz xahiş olunur.
Sualınız olarsa, +99455 227 47 29 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

435 announcements