“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi UNİCEF Azərbaycanın maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün icma əsaslı sosial xidmətlərin göstərilməsi layihəsi” nin icrası istiqamətində
PSİXOLOQ (yarım ştat)
vəzifəsinə iş elanı verir
|
Layihənin məqsədi icma əsaslı sosial iş və vəkillik xidmətləri göstərməklə zorakılığa (həmçnin gender zorakılığı) məruz qalan 200-ə yaxın həssas uşağa dəstək göstərmək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım xidmətlərini təmin etmək, onların fiziki sağlamlığını və rifahını gücləndirməkdir.
Psixoloq benefisiar uşaq və ailələrlə psixoloji işin aparılmasına məsuldur.
PROFİLİNİZ:
- Psixologiya sahəsində ali təhsil;
- Zorakılığa məruz qalmış uşaq və ailələri ilə iş sahəsində azı 3 illik iş təcrübəsi;
- Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
- Sosial və təşkilati bacarıqlar;
- Stressə davamlılıq;
- Komandada işləmək istəyi və bacarığı;
- Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
- Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
- Kompüter biliyi (MS Office)
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Potensial benefisiar və qayğıgöstərənlərin cəlb edilməsi məqsədilə məlumat toplanılması və məlumat bazasının doldurulmasında sosial işçiyə dəstək göstərmək;
- Layihə işçiləri ilə koordinasiya şəklində benefisiarların psixo-sosial və hüquqi problemlərini müəyyən etmək üçün fərdi qiymətləndirmə aparmaq və bu problemlərin həlli istiqamətində psixoloji iş aparmaq;
- Hər bir benefisiar uşaqla keys idarəedilməsi prosesi çərçivəsində azı altı ay empirik əsaslı dəstəkləyici psixo-sosial işin aparılması, həmçinin onların bacarıqlarının artırılması. Məs. özgüvənin artırılması, psixoloji rifahın təmin edilməsi, stressin idarə edilməsi haqqında məlumatlılığın artırılması, depressiya və narahatlıq, antisosial münasibətlərin və s. aradan qaldırılması;
- Benefisiarın qayğıgöstərənlərini uşaq psixologiyası, eləcə də zorakılıq, pis rəftar, sui-istifadə və laqeydliyin mənfi təsirləri barədə məlumatlandırmaq, onları iştirakçılığa ruhlandırmaq, stiqmaları aradan qaldırmaq və ailənin adekvat fəaliyyətini, həmçinin icma ilə münasibətləri təşviq etmək;
- Uşaq və onların qayğıgöstərənləri üçün ehtiyaclara əsaslanan çoxşaxəli fərdi, qrup və ailə terapiyaları təşkil etmək;
- Layihə rəhbəri və işçi heyətini mütəmadi olaraq layihə fəaliyyətləri, çətinlik və uğurlar barədə məlumatlandırmaq.
UŞAQ MÜDAFİƏSİ:
- Uşaq Müdafiə Siyasətinə riayət etmək
- Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
İŞ ŞƏRTLƏRİ:
- Ünvan/Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189 (3 saylı Təcili Tibbi yardım xəstəxananın yanı);
- 450.00 AZN (vergilər daxil) əmək haqqı;
- Yarım günlük iş rejimi;
- Həftədə 2 gün istirahət;
- Layihənin müdəti: 12 ay
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 14 İyun 2024-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Psixoloq/UNICEF/yarım ştat” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az saytında yerləşdirilir!
|