Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    TENDER

    Təklif Sorğusu  Bakı və Gəncə SOS Uşaq Kəndi Proqramlarında əsas qayğı işçiləri üçün supervayzer xidməti

    12/19/2023Deadline: 1/8/2024Baku, Azerbaijan

    Description

     

    Təklif Sorğusu 

    Bakı və Gəncə SOS Uşaq Kəndi Proqramlarında

    əsas qayğı işçiləri üçün supervayzer xidməti

     

    Giriş

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

     

    İş istiqamətləri

    Superviziyalar əsas qayğı göstərən əməkdaşların fərdi inkişaflarını dəstəkləmək, emosional vəziyyətlərini monitorinq etmək və əməkdaşlar arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilir.

     

     

    • Fərdi və Qrup Superviziyalar:

     

    • Fərdi və qrup superviziyaları (konsultasiyaları) həyata keçirmək;
    • Şəxsi inkişafa dəstək göstərmək;
    • Şəxslərin emosional vəziyyəti barədə məlumat vermək;
    • Performansın yaxşılaşdırılması üçün əməkdaşları motivasiya etmək və istiqamətləndirmək;
    • Əməkdaşların ehtiyaclarını, çətinliklərini, eləcə də, onlara dəstək verilməsi yollarını müəyyənləşdirmək;
    • Əməkdaşlarda emosional yanma sindromu olduqda bunun üçün fərdi konsultasiya keçirmək, eləcə də bu cür halların yaşanmaması üçün qrup görüşlərində tövsiyələr vermək;
    • Əməkdaşların özünüdərk, sosial bacarıqlar, stressə qarşı dözümlülük, vaxtın idarə edilməsi və s. ilə bağlı bacarıqlarının artırılması üçün dəstək vermək;

     

     

    • Əməkdaşlığın Gücləndirilməsi:

     

    • Təşkilatın şəxsə dəstək verə biləcəyi məsələlərlə bağlı tövsiyyələr vermək;
    • Təşkilatın məramına uyğun məqsəd, hədəf və xidmətlərlə bağlı əməkdaşlarla müzakirələr aparmaq, aylıq performansı nəzərdən keçirib, bununla bağlı rəy vermək;
    • İşçilər arasında əməkdaşlığın gücləndirilməsi və pozitiv iş mühitinin formalaşdırılması üçün dəstək vermək;
    • Komandaya yeni işçi qoşulduqda fərdi görüş keçirir, ona öz rolunu anlamağa kömək edir və qrupa adaptasiya üçün təklif və tövsiyələr verir;
    • İşçilər arasında olan problemləri müəyyənləşdirmək və mübahisələrini həll etməyə onlara kömək etmək;

     

    • Hesabat

     

    • İş yerindəki problemləri müəyyən etmək və bu barədə cavabdeh şəxsləri məlumatlandırmaq.

     

    • Zaman Qrafiki

     

    • Supervayzer ayda 1 dəfə müşahidələr, görüləcək tədbirlər və tədbirlərin nəticəsi barədə əlaqədar şəxlərə hesabat verir
    • Hər superviziya 1 iş günü (8 saat) davam edir.

     

     

    • Profiliniz

     

    • Psixologiya üzrə ali təhsil;
    • Fərdi (həmçinin qrup) konsultasiyalar keçirmək bacarığı;
    • Fərdi (həmçinin qrup) konsultasiyaların keçirilməsi üzrə təcrübə;
    • Mentorluq bacarığı;
    • Danışıqlar aparmaq bacarığı;
    • Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
    • Kompüter biliyi (MS Office);

     

     

    • Əlaqə 

     

    Təklifdə 8 saatlıq (1 iş günü) superviziya xidmətinin qiymətini  və CV-nizi qeyd etməyiniz xahiş olunur. Qiymət təklifini göndərməyən namizədlər nəzərə alınmayacaq.

    Təkliflər [email protected] mail adresinə 8 yanvar  2023-cü il tarixinədək təqdim edilməlidir.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram