Təklif Sorğusu
Bakı və Gəncə SOS Uşaq Kəndi Proqramlarında
əsas qayğı işçiləri üçün supervayzer xidməti
Giriş
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
İş istiqamətləri
Superviziyalar əsas qayğı göstərən əməkdaşların fərdi inkişaflarını dəstəkləmək, emosional vəziyyətlərini monitorinq etmək və əməkdaşlar arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilir.
- Fərdi və Qrup Superviziyalar:
- Fərdi və qrup superviziyaları (konsultasiyaları) həyata keçirmək;
- Şəxsi inkişafa dəstək göstərmək;
- Şəxslərin emosional vəziyyəti barədə məlumat vermək;
- Performansın yaxşılaşdırılması üçün əməkdaşları motivasiya etmək və istiqamətləndirmək;
- Əməkdaşların ehtiyaclarını, çətinliklərini, eləcə də, onlara dəstək verilməsi yollarını müəyyənləşdirmək;
- Əməkdaşlarda emosional yanma sindromu olduqda bunun üçün fərdi konsultasiya keçirmək, eləcə də bu cür halların yaşanmaması üçün qrup görüşlərində tövsiyələr vermək;
- Əməkdaşların özünüdərk, sosial bacarıqlar, stressə qarşı dözümlülük, vaxtın idarə edilməsi və s. ilə bağlı bacarıqlarının artırılması üçün dəstək vermək;
- Əməkdaşlığın Gücləndirilməsi:
- Təşkilatın şəxsə dəstək verə biləcəyi məsələlərlə bağlı tövsiyyələr vermək;
- Təşkilatın məramına uyğun məqsəd, hədəf və xidmətlərlə bağlı əməkdaşlarla müzakirələr aparmaq, aylıq performansı nəzərdən keçirib, bununla bağlı rəy vermək;
- İşçilər arasında əməkdaşlığın gücləndirilməsi və pozitiv iş mühitinin formalaşdırılması üçün dəstək vermək;
- Komandaya yeni işçi qoşulduqda fərdi görüş keçirir, ona öz rolunu anlamağa kömək edir və qrupa adaptasiya üçün təklif və tövsiyələr verir;
- İşçilər arasında olan problemləri müəyyənləşdirmək və mübahisələrini həll etməyə onlara kömək etmək;
- İş yerindəki problemləri müəyyən etmək və bu barədə cavabdeh şəxsləri məlumatlandırmaq.
- Supervayzer ayda 1 dəfə müşahidələr, görüləcək tədbirlər və tədbirlərin nəticəsi barədə əlaqədar şəxlərə hesabat verir
- Hər superviziya 1 iş günü (8 saat) davam edir.
- Psixologiya üzrə ali təhsil;
- Fərdi (həmçinin qrup) konsultasiyalar keçirmək bacarığı;
- Fərdi (həmçinin qrup) konsultasiyaların keçirilməsi üzrə təcrübə;
- Mentorluq bacarığı;
- Danışıqlar aparmaq bacarığı;
- Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
- Kompüter biliyi (MS Office);
Təklifdə 8 saatlıq (1 iş günü) superviziya xidmətinin qiymətini və CV-nizi qeyd etməyiniz xahiş olunur.
Təkliflər [email protected] mail adresinə 13 dekabr 2023-cü il tarixinədək təqdim edilməlidir.