Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    TENDER

    Təklif Sorğusu (RFP) - Qızlar üçün İT Təhsilinin Gücləndirilməsi Layihəsi

    10/26/2023Baku, Azerbaijan

    Description

     

      Təklif Sorğusu (RFP) - Qızlar üçün İT Təhsilinin Gücləndirilməsi Layihəsi

     

     

    • Giriş

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edən beynəlxalq bir təşkilatdır. 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir. 

    Məqsədlərinə çatmaq üçün təşkilat Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. “Bakcell” şirkətilə birgə həyata keçirilən layihə regionlardan və Bakıdan olan qızların İT təhsilinin gücləndirilməsi və onların bu istiqamətlərdə layiqli iş tapmasına dəstək olur.

     

    • İş istiqamətləri

     

    Bakcell Layihəsi üzrə işlərin əhatə dairəsi Azərbaycanın regionunda imkansız ailələrdən olan qızlar üçün Sosial Media Marketinqi (SMM), Qrafik Dizayn və Veb Dizayn üzrə təhsil proqramlarının dizaynını və çatdırılmasını əhatə edir. Uğurlu tərəfdaş şirkətlər aşağıdakılara cavabdeh olacaqlar:

    1. Proqram hazırlanması:
      • Hədəf benefisiarların təhsil səviyyəsinə və ehtiyaclarına uyğunlaşdırılmış SMM, Qrafik Dizayn və Veb Dizaynı üçün hərtərəfli proqram kontentinin hazırlanması.
      • Dərs planları, tədris materialları və resurslar da daxil olmaqla ətraflı proqramlar hazırlanması.

                     

    2. Təlimlərin həyata keçirilməsi:
      • Yüksək keyfiyyətli və cəlbedici təlimatı təmin edərək, müəyyən edilmiş kurrikuluma uyğun olaraq təlimlər keçirilməsi
      • İştirakçılar arasında müxtəlif öyrənmə üslubları və səviyyələrini uyğunlaşdırmaq üçün tədris metodlarını uyğunlaşdırılması
      • Qızların kurs məzmununu qavramasına və tətbiq etməsinə kömək etmək üçün davamlı dəstək, mentorluq və rəhbərlik təmin edilməsi.
    3. Qiymətləndirmə:
      • İştirakçıların inkişafını ölçmək üçün müntəzəm qiymətləndirmələr həyata keçirilsməi
      • Qızların güclü və təkmilləşdirməyə ehtiyacı olan sahələrinə toxunaraq onlara rəy və fərdi dəstək verilməsi

       

    4. Hesabat:
    • İştirakçıların davamiyyəti, performansı və üzləşdiyi hər hansı problemlər daxil olmaqla, təlim proqramları üzrə mütəmadi olaraq irəliləyiş hesabatları təqdim edilməsi
    • Təlimin ümumi təsirini və nəticələrini ümumiləşdirən yekun hesabat hazırlanması.

     

     

    • Zaman Qrafiki

     

    Təlimlər və dərslərin həyata keçirilməsi, 2-6 ay təşkil edir.

     

    • İştirakçı sayı

     

    20-25 nəfər

     

    • Partnyor Şirkət üçün Tələblər:

     

    • Sosial Media Marketinqi, Qrafik Dizayn, Veb Dizaynı sahələrində uyğun təlimlərin, dərslərin həyata keçirilməsi təcrübəsinin olması
    • SMM, Qrafik Dizayn və ya Veb Dizaynında güclü təcrübəyə malik ixtisaslı instruktorların olması
    • Maraqlı kurikulumlar və tədris materialların hazırlanması
    • Həssas əhali qruplarından olan uşaqlarla uğurla işləmək təcrübəsi
    • Təhsil məzmununu hədəf benefisiarların xüsusi ehtiyaclarına uyğunlaşdırmaq üçün sübut edilmiş təcrübə
    • İştirakçılarla bütün qarşılıqlı münasibətlərdə etik qaydalara və prinsiplərə riayət etmək
    • Köçürmə üsulu ilə ödənişlərin qəbul edilməsi

    Əlaqə

    Təkliflər [email protected] mail adresinə göndərilməlidir

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram