The tender has closed (1/23/2023). Current tenders
Tender
“SOS Uşaq Kəndləri Azərbaycan”ın ehtiyacları üçün alınmış təşkilata məxsus 2 ədəd mənzil və 1 ədəd yaşayış binası satışının həyata keçirilməsi məqsədilə rieltor seçimi ediləcək.
From the attached document
[pic]
TEXNİKİ TAPŞIRIQ
2023-cü il
Bakı, Azərbaycan
Təşkilat haqqında
“SOS Uşaq Kəndləri Azərbaycan”ın missiyası valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. Ailələri bir arada saxlamaq, ehtiyac olduqda alternativ qayğı göstərmək, müstəqillik yolundakı gəncləri dəstəkləmək və uşaq hüquqlarını müdafiə etmək üçün çalışır. Donorlar, tərəfdaşlar, icmalar və hökumətlərlə birlikdə daha parlaq bir gələcəyin təməlini qoyur.
“SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ictimai birliyi əsası 1949-cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş “SOS
Kinderdorf İnternational” humanitar təşkilatının bir üzvüdür. “SOS
Kinderdorf İnternational” humanitar təşkilatı BMT-nin Uşaq Hüquqları
Konvensiyasından irəli gələn müddəalara dayanaraq özünün Hər uşağa sevgi dolu bir ev… təşəbbüsünü icra etməkdədir. “SOS Kinderdorf İnternational” təşkilatının nümayəndəlikləri dünyanın 134 ölkəsində fəaliyyət göstərir.
Görüləcək işin təsviri
İdarə Heyətinin qərarı ilə satılmasının təşkili təsdiqlənmiş “SOS Uşaq
Kəndləri Azərbaycan”ın ehtiyacları üçün alınmış təşkilata məxsus 2 ədəd mənzil və 1 ədəd yaşayış binası satışının həyata keçirilməsi məqsədilə rieltor seçimi ediləcək.
DAŞINMAZ ƏMLAK
|Növü |Ünvanı |Sahəsi |
|Mənzil |Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli| |
| |küçəsi, ev 9, mənzil 230 |154.5 kv.m |
|Mənzil |Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli|172.7 kv.m |
| |küçəsi, ev 9, mənzil 231 | |
| | |9 otaq 241.8 kv.m və|
|Fərdi yaşayış |Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov |0.025 ha torpaq |
|evi |qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 16/1 |sahəsi |
Rieltor xidmətinin həyata keçirilməsi üçün, sifarişçi təşkilatla müqavilə imzalandığı gündən sonra 10 (on) iş günü ərzində aşağıda qeyd olunan icra qrafikinə uyğun olaraq işlərin icrasına başlayacaq:
|ADDIMLAR |GÜN SAYI |
| |1-4 |4-7 |8-10 |
|Daşınmaz əmlaka baxışın | | | |
|keçirilməsi | | | |
|Qiymətləndirmə hesabatlarının | | | |
|hazırlanması | | | |
|Rieltor xidmət müqaviləsinin | | | |
|imzalanması | | | |
Şərtlər
Aşağıda qeyd olunan siz tərəfdən təmin olunmalıdır:
• Şirkətə aid sənədlər:
- VÖEN sürəti
- Çıxarış
- Xüsusi icazə tələb edən fəaliyyətdirsə, icazə/lisenziya
- Portfolio
• 5 ilə yaxın təcrübə
• İşlədiyiniz müştərilər haqqında məlumat/tövsiyə məktubu
• Qonorarın məbləği haqqında məlumat
• Satş müddəti haqqında məlumat
• Rəsmi qiymətləndirmə
Qiymət sorğusuna əsasən seçilən şirkətlər ilə bağlanılan Müqavilə əsasında ödəniş tərəflər arasında ödəniş sənədləri təqdim edildikdən sonra manatla köçürmə yolu ilə həyata keçirilir.
Qiymət sorğusu 23.01.2023-cü il tarixindən 06.02.2023-cü il tarixinə kimi açıqdır. Seçim və təsdiq prosesi tarixləri aşağıdakı kimidir:
|Sorğu başlayır |23.01.2023 |
|Sorğu bağlanır |06.02.2023 |
|Təkliflərə baxılması və seçim |07.02.2023 |
|Anlaşma memorandumunun bağlanılması |10.02.2023 |
Təqdim olunan məlumatlar əsasında qiymət təkliflərinizi qapalı zərfdə 06.02.2023-cü il tarixi saat 12:00-a qədər Nizami küçəsi, 137, mənzil 22 ünvanına göndərməyinizi xahiş edirik.
Hörmətlə,
Zakir Soltanov
Milli direktor
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile