“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialına TƏRBİYƏÇİ ANA vəzifəsinə iş elanı verir: |
Tərbiyəçi ana (SOS ANA) SOS Uşaq Kəndlərinin Ailə Tipli Qayğı layihəsinin/SOS ailəsinin aparıcı qüvvəsi, lideridir. Eyni zamanda o, ailə mühitində uşağa qayğı və təhsil səriştələrinə malik təlim-tərbiyə üzrə uşaq inkişafı mütəxəssisidir. Tərbiyəçi ana təşkilatın baxış, missiya və dəyərləri, həmçinin standartları çərçivəsində, uşaq hüquqlarının qorunmasını təmin edərək bacı və qardaş kimi böyüyən uşaqlarla (maksimum 6-8 uşaq olmaqla) birgə ailə yaradır, onlarla bir yerdə ailə evində yaşayır, uşaqların ehtiyaclarının qarşılanması üçün Uşaq Kəndi Proqramının digər işçiləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. O, himayəsindəki hər bir uşağın emosional və mənəvi inkişafını, həmçinin fiziki rifahını təmin edir. SOS ana uşağın sosial bacarıqlarının, intellektual və təhsil səviyyəsinin inkişafına məsuldur.
PROFİLİNİZ:
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
UŞAQ MÜDAFİƏSİ ÜZRƏ:
İŞ ŞƏRTLƏRİ:
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 18 Noyabr 2022-ci il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Tərbiyəçi Ana” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqə nömrəsi: 055 227 47 25 Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! |

435 announcements