Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gəncə SOS Uşaq Kəndinə Günərzi Qayğı Mərkəzi layihəsinə KOORDİNATOR 

    2/10/2022Deadline: 2/17/2022Baku, Azerbaijan

    Description


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndinə


    Günərzi Qayğı Mərkəzi layihəsinə

    KOORDİNATOR 


       vəzifəsinə iş elanı verir:

     

    Günərzi Qayğı Mərkəzi Layihəsinin hədəf qrupu valideynlərdən biri və ya hər ikisi işləyən aztəminatlı ailələrdir. Layihənin əsas məqsədi uşaqların atılma riskinin qarşısının alınması və onların ailələrində böyümələrinin təmin edilməsidir. Mərkəz 08:00-dan, 20:00-dək fəaliyyət göstərir. Mərkəzdə bir tərbiyəçi və iki tərbiyəçi köməkçisinin çalışdığı iki qrup uşaqlara xidmət göstərir.

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Layihəyə cari rəhbərliyi həyata keçirmək;
    • Layihə çərçivəsində mərkəzdə günərzi qayğı xidmətinin göstərilməsini istiqamətləndirmək, layihə işçilərinə metodiki dəstək göstərmək;
    • Layihənin inzibati, maliyyə və s. resurslarının məqsədyönlü şəkildə istifadəsini təmin etmək;
    • Layihə müddətinin uzadılması təklifini hazırlamaq;
    • Yerli icma daxilində ailə qayğısından məhrum olma riski altında olan uşaqlarla bağlı vəziyyətin təhlilini aparmaq;
    • Risk qrupuna daxil olan ailələrin tapılmasını və layihəyə qoşulmasını təmin etmək;
    • Ailənin vəziyyətinin ilkin qiymətləndirilməsinin aparılmasını təmin etmək;
    • Yuxarıda qeyd olunan tədqiqat nəticələri əsasında tədbirlər planının hazırlanmasını təmin etmək;
    • Tədbirlər planında əks olunan xidmətlərin göstərilməsini təmin  etmək, həmçinin yeni xidmət təklifləri ilə çıxış etmək;
    • Risk qrupu daxilində vaxtaşırı monitorinq və qiymətləndirmə aparmaq;
    • Çalışdıqları uşaq və ailələrin hüquqlarını, o cümlədən, məxfilik hüquqlarını qorumaq;
    • Müvafiq sənədlərin saxlanma qaydalarına riayət etmək;
    • Uşaq müdafiəsi qaydalarına riayət olunmasını təmin etmək;
    • Uşaqlar və ailələr üçün inkişaf planlarının tutulmasını təmin etmək;
    • Layihənin illik büdcəsini hazırlamaq və təsdiqlənmiş büdcəni icra etmək; 
    • Maliyyə şöbəsinə aylıq maliyyə sifarişi təqdim etmək;
    • Aylıq xərclər hesabatını vaxtında və müəyyən olunmuş formada mühasibatlığa təqdim etmək;
    • Daxil olan ianələrin qeydiyyatını aparmaq və mühasibatlığa təqdim etmək.



    PROFİL:

    •  Ali təhsil (Sosial elmlər, psixologiya və/və ya pedaqogika üzrə ali təhsil üstünlükdür);
    •  Sosial təminat sahəsində, uşaq rifahı sektorunda ən azı 3 il iş təcrübəsi;
    •  Minimum 2 il liderlik təcrübəsi;
    •  Maliyyə təhlili və proqnozlaşdırma bacarıqları və müvafiq təcrübə;
    •  Uşaq Müdafiəsi və rifahı sistemi haqqında bilik və anlayış;
    •  Planlaşdırma və monitorinq, təşkilatçılıq və layihə idarəetmə bacarıqları;
    •  Yüksək ünsiyyət və liderlik bacarıqları;
    •  Stressə davamlılıq;
    •  İngilis dili və rus dili biliyi (Orta səviyyə);
    •  Kompüter biliyi (MS Office).



    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan/Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189 (3 saylı Təcili Tibbi yardım xəstəxananın yanı); 
    • Aylıq əmək haqqı 800.00 AZN (vergilər daxil)
    • Həftədə 2 gün istirahət;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 17 Fevral 2022-ci il tarixədək “GQM koordinatoru_Gəncə” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 


    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?