Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    TENDER

    ?Aile qaygisindan mehrum olma riski altinda olan usaqlarin himayedarlarinin mesgulluq imkanlarinin artirilmasi? layihesinin Mesgulluq uzre Ekspertin Is Sertleri

    4/26/2013Deadline: 5/5/2013Baku, Azerbaijan

    Description

     

    “Ailə qayğısından məhrum olma riski altında olan uşaqların himayədarlarının məşğulluq imkanlarının artırılması” layihəsinin Məşğulluq üzrə Ekspertin İş Şərtləri

    1. Problemin Təsviri

    Ailə qayğısından məhrum olma riski altında olan uşaqlara və onların himayədarlarına xidmət göstərən SOS Bakı Ailələrə Dəstək layihəsi öz fəaliyyətini BMT-nin Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının “Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələrində sistemli preventiv (önləyici) tədbirlərin görülməsi” bəndinə uyğun olaraq təşkil edir. Bu günə olan statistikasına əsasən Layihənin xidmətlərindən ailə qayğısından məhrum olma riski altında olan 167 uşaq, 107 himayədar olmaqla 77 ailə benefisiarı faydalanır.
    Layihə çərçivəsində hədəf qrupuna daxil olan uşaqlara və onların himayədarlarına sosial- iqtisadi, sosial-psixoloji və maddi problemlərin həll olunmasında dəstək göstərilir.          
    Layihənin Bakı şəhəri Xətai rayonunda 107 himayədar arasında apardığı araşdırma nəticəsində aşkar olmuşdur ki, bir çox halda uşaqların valideynlərinin himayəsindən məhrum olunmasının əsas səbəbi ailənin iqtisadi vəziyyətinin qənaətbəxş olmamağıdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, bu ailələrin bir çoxunun iqtisadi vəziyyətinin qənaətbəxş olmamaığın səbəbi himayədarların işsiz olması və bəzi hallarda heç bir peşə bacarıqlarının olmamağıdır. Hazırda, Bakı Ailələrə Dəstək layihəsindən yararlanan 107 himayədardan 57-i nəfəri işsizdir və onlardan yalnız 39 nəfərinin iş təcrübəsi mövcuddur.

    Uşaqların öz valideynlərinin himayəsindən məhrum olma riskinin aradan qaldırılması və ailələrin müstəqil sürətdə öz uşaqlarının ehtiyaclarının qarşılamağına qadir olmaları üçün Bakı Ailələrə Dəstək Layihəsi Bakı şəhəri Xətai rayonu ərazisində müəyyənləşdirilmiş valideyn himayəsindən məhrum olma riski olan 72 uşağın 35 nəfər himayədarının məşğulluq imkanlarının artırılması məqsədilə bu layihə təklif edir.

    1. Məqsəd:

    Layihənin məqsədi SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının SOS Bakı Ailələrə Dəstək Layihəsinin xidmətlərindən yararlanan Ailələrdə İqtisadi vəziyyətin qənaətbəxş olmadığından ailə qayğısından məhrum olma riski altında olan 72 uşağın işsiz 35 himayədarının məşğulluq imkanlarının artırılması yolu ilə onların ailə bütövlüyünü qorumaq və uşaqların ailə mühitində sağlam və təhlükəsiz inkişafını təmin etməkdir bunun üçün Məşğulluq üzrə Ekspert İşsiz himayədarların məşğulluq imkanlarının və peşəyönümünün müəyyənləşdirilməsinə və məşğulluq imkanların artıtılması üzrə planın tutulmasına dəstək göstərəcəkdir.

    1. Əsas öhdəlik və vəzifələr:
    • İşsiz himayədarların məşğulluq imkanlarının və peşəyönümünün müəyyənləşdirilməsi üçün qiymətləndirmə alətlərinin hazırlanması,
    • İşsiz himayədarlarlarla qiymətləndirmənin keçirilməsi, nəticələrin təhlil edilməsi.
    • İşsiz himayədarlara peşəyönümü məsləhətlərin verilməsi
    • İşsiz himayədarların bacarıqlarına uyğun fərdi inkişaf planın hazırlanması
    • Fərdi kiçik sahibkarlıqla məşğul olmaq istəyən himayədarlara bu sahədə bacarıqların artırılması istiqamətində təlimlərin təşkili və keçirilməsi
    • Fərdi kiçik sahibkarlıqla məşğul olmaq istəyən işsiz himayədarlara bu sahədə bacarıqların artırılması istiqamətində təlimlərin təşkili və keçirilməsi
    • Layihənin ailələrdə uşaqların valideyin himayəsindən məhrum olma riskinə təsirinin ölcülməsinə dair aralıq və yekun qiymətləndirmənin aparılması
    1. Gözlənilən nəticələr
    • İşsiz himayədarların məşğulluq imkanlarının və peşəyönümünün müəyyənləşdirilməsi üçün qiymətləndirmə alətləri hazırlanacaqdır;
    • 35 işsiz himayədarların  məşğulluq imkanları və peşəyönümü müəyyənləşdiriləcəkdir;
    • 35 işsiz himayədarlara peşə bacarıqlarına və peşəyönümününə uyğun fərdi inkişaf planı hazırlanacaqdır;
    • 7  peşə hazırlığı keçmiş himayədarlar arasında fərdi kiçik sahibkarlıqla məşğul olmaq istəyən himayədarlara bu sahədə bacarıqların artırılması üçün təlimlər təşkil olunacaq və keçiriləcəkdir;
    • 7 peşə hazırlığı keçmiş himayədarlara biznes planın hazırlanmasında dəstək göstəriləcəkdir;
    1. Superviziya

    Məşğulluq üzrə ekspert “Ailə qayğısından məhrum olma riski altında olan uşaqların himayədarlarının məşğulluq imkanlarının artırılması” layihəsinin işçi heyyəti ilə sıx əlaqədə işləyəcəkdir. Məşğulluq üzrə ekspert layihə koordinatoruna hesabatlıdır.

    1. Konsultasiya müddəti

    Konsultasiya müddəti 01 May 2013-cü il tarixdən – 31 Oktyabr 2013-cü il tarixədək davam edəcəkdir.

    1. Kvalafikasiya, tələb olunan bilik və təcrübə
    • İqtisadi sahədə Ali Təhsil
    • Kiçik biznesin maliyyələşdirilməsi sahəsində ən azı 5 il iş təcrübəsi
    • Biznes təlimlərinin keçirilməsi sahəsində ən azı 1 il iş təcrübəsi
    • Kiçik biznesin monitorinqinin və qiymətləndirməsini aparılması sahənsində ən azı 1 il iş təcrübəsi.
    1. Müraciət qaydası

    Uyğun namizədlər öz tərcüme aşağıdakı e-mail ünvanına 5 may 2013-cü il tarixə dək göndərə bilərlər [email protected]

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram