Tender
TENDER [ Capacity strengthening of vegetable farming businesses ]
From the attached document
Əlavə 1
Müqavilə no
Şərtlər Toplusu
1
Proqram: Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi (CQ
ÖSİPTT)
AV/TL: Peters Anne-Valerie / Yulia Bazhenova
PN: 16.21796-003.00
Fəaliyyət: Goranboy və Bərdə rayonlarında tərəvəzçilik bizneslərinin potensialının artırılması
Müddət: Sentyabr 2021 – Sentyabr 2022
1. Layihə haqqında qısa məlumat
Cənubi Qafqaz ölkələrində dövlət orqanları və özəl sektorla birlikdə hazırlanmış “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı məşğulluq təsirlərinə və peşə təhsili və təliminin sıx inteqrasiyasın a yüksək diqqət yetirməklə, özəl sektorun inkişafını təşviq etməyi hədəfləyir.
Alıcılıq qabiliyyəti kiçik olan balaca daxili bazarlar səbəbindən, Cənubi Qafqaz ölkələri iqtisadi inkişafı artırmaqdan ötrü, indiyə kimi xarici ticarəti genişləndirilməsinə diqqət artırmışlar. İxrac əsaslı strategiya məşğulluq vəziyyətinin və yaşayış imkanlarının yaxşılaşdırılmasında yalnızca cwzi müvəf fəqiyyət əldə edi b. Cənubi Qafqazda yoxsulluğun azaldılması və məşğuliyyətin artırılması üçün böyük potensiala sahib olan turizm və kənd təsərrüfatı sektorlarında iqtisadi inkişaf təmin oluna bilmir, çünki müəssisələrdə yaxşı təlim keçmiş ixtisaslı işçi qüvvəsi yoxdur.
Əsas maneə məşğulluqla əlaqəli sektorlarda davamlı iqtisadi inkişaf üçün çətin şərtlərin olmasıdır. Mövcud imkanlar hələ də nəzərdə tutulan məşğulluq və artım sürətini yaratmaq üçün kifayət deyil. Buna görə də, proqramın modul hədəfi bundan ibarətdir: Məşğul luqla əlaqəli sektorlarda davamlı iqtisadi inkişaf üçün şərtlərin inkişaf etdirilməsi.
Proqram məşğulluğun artırılmasında Alman əməkdaşlığının inteqrasiya olunmuş yanaşmasını tətbiq edəcək. Bu məşğulluq üçün daha yaxşı zəmin yaratmaq üçün əmək bazarının həm tələb, həm də təklif tərəfini əhatə edəcək. İnkişaf yardımı ilk növbədə özəl sektoru peşə təlimi cəlb etməyə yönələcək. Bunu etmək üçün, proqram 3 fəaliyyət istiqamətində fəaliyyət göstərəcək:
1-ci fəaliyyət istiqaməti məşğulluqla əlaqəli sektorlarda r əqabətliliyi artırmaq üçün bacarıqların inkişaf etdirilməsini hədəfləyəcək. Azərbaycan misalında, bu sahələr turizm və kənd təsərrüfatı olaraq qərara alınıb.
2-ci fəaliyyət istiqamətində , özəl və dövlət sektorları bu sektorlar üçün seçilmiş təlim kurslarının əmək bazarına uyğunluğunu inkişaf etdirmək üçün birlikdə əməkdaşlıq edəcəklər.
3-cü fəaliyyət istiqaməti davamlı özəl sektorun inkişafında və ikili istiqamətli peşə təlimində regional və beynəlxalq təcrübənin mübadiləsini gücləndirəcək.
Annex 1
Contract no
Terms of Reference
2
İqtisadi inkişafın təşviqin yaxşılaşdırılması işçi qüvvəsinə olan tələbin artmasına kömək edəcək. Eyni zamanda, peşə təliminin və ixtisasının dəstəklənməsi ixtisaslı işçi qüvvəsinin sayını artıracaq. Məsələn, təlim alan insanlar ilkin və davam edən təhsill ərini uğurla bitirəcək və təlimlər iş yerlərlərində onların vəzifələrinə cavab verəcək şəkildə yaxşı hazırlanacaq. Orta və uzun zaman çərçivəsində, bu işsizliyin azadılmasına və sosial və davamlı iqtisadi inkişafa töhvə verəcək. Proqram 6 il müddətinə plan laşdırılıb (2017 -ci ilin Aprelindən 2023 -cü ilin
Aprelinədək).
2. Tapşırıq sahəsində hal-hazırki vəziyyət
Azərbaycan ümümi daxili məhsulunun 70% -ni neft və qaz sektoru təşkil edən orta gəlirli bir ölkədir. Hökümətin əsas məqsədi iqtisadiyyatda çox şaxəliliyi artırmağa nail olmaqdan və kənd təsərrüfatı da daxil olmaqla, seçilmiş müxtəlif sektorları inkişaf etdirməkdən ibarətdir. Fermer təsərrüfatları ümumi daxili məhsulun 6% -ni və məşğulluğun 36% -ni təşkil edir və
Azərbaycanda kiçik sahibkarlar kənd təsərrüfatının ümümi strukturunda üstünlük təşkil edirlər.
Tərəvəz yetişdirilməsi kənd təsərrüfatının ən ənənəvi sahələrindən biridir və Azərbaycanda bu sahənin inkişafı üçün həm təbii, həm də sosial-iqtisadi şərait baxımından müqayisəli üstünlüyə malikdir. "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsinə" (SRM) əsasən tərəvəzçilik yüksək ixrac potensialına malik üç strateji kənd təsərrüfatı məhsulundan biri kimi göstərilmişdir. Tərəvəzlərin məhsul yığımı son onillikdə yüksək səviyyədə aparılır və 2019-cu ilə qədər 1 milyon 715 min ton məhsul qeydə alınıb. Tərəvəzçilik sahəsi həmçinin bu dövr ərzində 14,7 tondan 21,9 t/ha qədər artmışdır.
Həmçinin, bütün kənd təsərrüfatı sahibkarları subsidiya şəklində dövlət dəstəyi alır və tam olaraq vergidən azaddırlar. Hökumət tərəfindən tətbiq olunan bəzi imtiyazlar onları gəlir, mənfəət, əlavə dəyər vergisi və əmlak vergisindən azad edib. Subsidiyalar texnika (kombaynlar, traktorlar, məhsul yığanlar və irriqasiya alətləri), həşəratlara qarşı istifadə olunan dərmanlarda da təqdim olunub.
Azərbaycanda böyük kənd təsərrüfatı müəssəsələri və kiçik sahibkarlar olmaqla, 2 əsas tərəvəzçilik təsərrüfatları mövcuddur. Tərəvəz məhsullarının ən böyük hissəsi ailə təsərrüfatlarında, ev təsərrüfatları və şəxsi mülklərdə becərilir (təxminən 75,100 hektar, 92.9%), və çox kiçik bir hissəsi (1300 hektar, 7.1%) kənd təsərrüfatı müəssəsələrində və başqa müəssəsələrdə becərilir (stat.gov.az).
Yuxarıda qeyd olunan təbii, iqlim şərtlərnə və dövlət dəstəyinə baxmayaraq, xırda, kiçik və orta bizneslər üçün çətinliklər hələ də qalır. Keyfiyyətli suya, maliyyə mənbələrinə və bazarlara çıxış hələdə zəifdir. Əlavə olaraq, ən böyük çətinliklərdən biri biliyin azlığı, kənd təsərrüfatı xidmətlərinin zəif təmin olunması və əldə e dilməsindən ibarətdir. Dövlət Aqrar İnkişaf
Mərkəzləri və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəznində olan digər müəssəsələr tərəfindən təmin olunan məsləhət xidmətləri hələ də az əhəmiyyətli və aşağı keyfiyyətdədir. Əsas səbəb peşə məktəblərindən, kolleclərdən və universitetlərdən yaxşı
Annex 1
Contract no
Terms of Reference
3
təhsilli məzunların olmamasıdır. Təcrübəyə əsasən, əksərən orta və böyük ölçülü müəssisələr bu dəstək xidmətlərdən yararlanır və kiçik fermerlərin böyük hissəsi isə ondan məhrum qalır.
İkincisi, tətbiq olunan becərmə üsulları və metodları ənənəvidir və yeni texnologiyanın tətbiqi olmadan nəsildən nəslə ötürülür. Fermerlər arasında kənd təsərrüfatı təhsilinin səviyyəsi qənaətbəxş deyil. İstehsal fermerlərin öhdəsindən gələ bilmədikləri xəstəliklərdən, həşəratlardan və iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkir. Bu faktorlar mikro, kiçik və orta müəssəsələrin rəqabətliliyini və istehsal həcmini azaldır. Beləcə, proqram Goran boy və
Bərdə rayonlarda seçilmiş kiçik tərəvəz təsərrüfatlarında rəqabətliliyin artırılmasını hədəfləyir.
3. Şərtlər 3.1 Məqsəd və vəzifələr
Ümumi məqsəd
Goranboy və Bərdə rayonlarında tərəvəzçilik sahəsində ixtisaslaşmış 27 fermer təsərrüfatı (14 qadın, 15 kişi) seçilərək onların təlim ehtiyacları müəyyən edilmişdir. Məqsəd dayanıqlı, yaşıl kənd təsərrüfatı və ekoloji cəhətdən səmərəli təcrübələ r tətbiq edilməklə məhsuldarlığın və fermerlərin dövriyyəsinin artırılmasına nail olmaqdır. Fermerlərin seçim prosesi və səfərbərliyi 2021-ci ilin iyun-iyul aylarında baş vermişdir.
Fəaliyyətin ümumi məqsədi seçilmiş tərəvəzçilik təsərrüfatlarının rəqabət qabiliyyətliliyini aşağıdakı yollardan biri ilə artırmaqdır:
a) fermerlərə yeni tərəvəz növləri yetişdirməkdə dəstək olmaq və ya b) onların məhsuldarlığının və dövriyyəsinin artırılmasına nail olmaq
Bu səbəbdən, proqram seçilmiş tərəvəzçilik təsərrüfatlarının potensialını gücləndirmək üçün bir sıra fəaliyyətlərdən ibarət olan paket təqdim edir. Potensialın gücləndirilməsi fəaliyyətlərinə təsərrüfatların ehtiyaclarından asılı olaraq sahə seminarlarının və təlimlərin və kənd təsərrüfatı məsləhətlərinin verilməsi, nümayiş sahəsinin qurulması və orada praktiki seminarların verilməsi, tərəvəzçiliklə bağlı stolüstü kitabın hazırlanması daxildir. Bu fəaliyyət 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrınadək bir il ərzində davam edəcəkdir.
3.2 Xüsusi məqsəd
Yuxarıda qeyd edildiyi kimi, fermer təsərrüfatlarının seçilməsi, onların səfərbər edilməsi, proqrama cəlb edilməsi və təlim ehtiyaclarının qiymətləndirilməsi iyul ayında başa çatdı.
Goranboyun Bo rsunlu kəndindən 9, Bərdə rayonunun Böyük Göyüşlü və Qarayusifli kəndlərindən isə hər birində 9 təsərrüfat olmaqla, ümumilikdə 27 tərəvəzçilik təsərrüfatı (14 qadın və 13 kişi), aşağıdakı meyarlara əsasən seçilmişdir:
• Əməkdaşlıq, təlimlərdə və sahə seminarlarında iştirak etmək, layihə tərəfindən cəlb edilən aqronomun tövsiyələrini yerinə yetirməyə hazır və istəkli olmaq;
Annex 1
Contract no
Terms of Reference
4
• İstehsal və dövriyyə haqqında məlumatları layihə ilə bölüşməyə razı olmaq;
• İstehsalın həcmi 10 tondan çox olan və məqsədi satış olan təsərrüfatlar (yalnız fermerin və ailəsinin ehtiyaclarını ödəyən təsərrüfatlar seçilməmişdir) təsərrüfatlar;
• Həm qadın, həm də kişi fermerlərdən ibarət qarışıq qrupların təşkil etmək. Ancaq seçim prosesində həssas qrupların üzvləri olaraq qadınlara üstünlük vermək.
Tərəvəzçilik sektoru bir çox kiçik (<2 ha), məhdud sayda orta (> 3 ha) və əhəmiyyətli dərəcədə az sayda böyük fermer təsərrüfatı (> 10 ha) ilə xarak terizə olunur. Bu təsnifat fermerlərin seçilməsi zamanı nəzərə alınmışdır. Seçilmiş 27 fermerdən 26 kiçik və bir orta istehsalçı var.
Ümumilikdə seçilmiş fermerlərin birgə 30 hektar açıq tərəvəzçilik sahələri var dır və onlardan yalnız biri istixanadır. Hər bir fermerin istehsal sahəsinin ölçüsü 0,2 - 4 ha arasında dəyişir və istehsal həcmi haqqında məlumatlar, fermerlərin sorğu zamanı verdiyi məlumatlara və sahələrə aqronom baxışı zamanı edilmiş müşahidələrinə əsaslanır. Əkin və suvarma ənənəvi üsullarla ap arılır. Növbəli ə kinçilik əsasən Bərdədə fermerlər tərəfindən aparılır. Şəxsi məlumatların qorunması tələblərinə görə hesabat və sorğu nəticələrinin təhlili yalnız tenderin qalibi ilə paylaşılacaqdır.
Tərəvəz növləri və əkin sahəsi aşağıdakılardır:
• Soğan - 8.09 ha
• Pomidor-2.62 ha
• Bibər- 5.7 ha
• Kələm - 10.2 ha
• Badımcan - 1.10 ha
• Paxlalılar-0.5 ha
• Kartof- 1 ha
• Göyərti - 0.59 ha
Sahə m üşahidələrindən və fermerlərlə müsahibələrdən əldə edilən məlumatlara əsasən , fermerlər üçün çətinliklər torpağın becərilmə üçün hazırlanması, məhsul dövrü boyunca peşəkar aqronom dəstəyinin olmaması, xəstəlik və zərərvericilərə qarşı mübarizədə çətinliklər və pestisid istifadəsi ilə bağlıdır.
3.3 İşin həcmi (Tapşırıqlar)
Podratçı aşağıdakı vəzifələrdən məsul olacaq:
Tapşırıq 1.
Yuxarıda göstərilən tərəvəz növləri ilə əlaqəli aşağıdakı sahələri əhatə edən təlim planının hazırlanması:
• əkin qabağı torpağın hazırlanması
• şitilin hazırlanması və əkin qaydası
Annex 1
Contract no
Terms of Reference
5
• gübrələmə sistemi
• damcılarla suvarma sistemi ilə becərmə
• xəstəlik və zərərvericilərlə mübarizə
• becərmə üçün kompost və üzvü gübrələrin hazırlanması
• tərəvəz bitkilərinin budanılması və formavermə
Təlim planının hazırlanması zamanı aşağıdakı şərtlər yerinə yetirilməlidir:
• Təlimlər həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmalıdır. Sahə seminarları nəzəriyyəyə əsaslanan mühazirələrdən daha təsirli nəticələr verdiyindən, praktik hissələrə nisbətən üstünlük verilməlidir.
• Hazırlanan və çatdırılan məzmun fermerlər üçün başa düşülən olmalıdır. Beləliklə, elmi terminologiyalardan və mürəkkəb dildən yayınmaq lazımdır.
• Təlim planına mövzular, təlim cədvəli, çatdırılma forması (sahə yoxsa təlim otağı) və müddəti daxil edilməli və əvvəlcədən müvafiq GIZ nümayəndəsi ilə razılaşdırılmalıdır.
• Aqronom müxtəlif ünsiyyət kanalları vasitəsi ilə (Whatsapp kanalında yerləşdirilən suallar) fermerlərə kənd təsərrüfatı ilə bağlı məsləhətlər verməli və ya ehtiyac olarsa telefonla sualları cavablandırmalıdır.
Tapşırıq 2.
İlk tapşırıq (təlim planı) əsasında hazırlanan təlim materialları toplanmalı və fermerlər üçün istədikləri zaman baxıb yaddaşlarını yeniləməyə yardımçı olacaq kiçik bir stolüstü kitabda ümumiləşdirilməlidir. Bu, sahə seminarları və nəzəri sessiyalar zamanı verilən biliklərin davamlı istifadə edilməsinə imkan verəcək dir. Fermerlərin təlimlər zamanı fikirləri, ge ri bildirimləri və rəyləri nəzərə alınmalı və kitabçaya daxil edilməlidir. Kitabça GİZ tərəfindən çap olunacaq və fəaliyyətin sonunda fermerlərə paylanacaqdır.
Tapşırıq 3.
Üç fermerin şəxsi torpaq sahələrində layihə tərəfindən qurulması planlaşdırılan nümayiş sahəsinin qiymətləndirməsini aparmaq . Nümayiş sahəsinin qurulması ideyası təlim ehtiyaclarının qiymətləndirilməsi zamanı irəli sürülmüşdür. Məqsəd, fermerləri təlimlər zamanı verilən əkinçilik təcrübələrini tətbiq etməyə və nümayiş sahəsinin məhsuldarlığı ilə d igər sahələr arasındakı fərqi g östərməkdir. Bundan əlavə, müasir becərmə üsulları, səmərəli su idarəçiliyinə səbəb olan damcı suvarma sistemi, pestisidlərdən istifadənin azalması, gübrələrin uyğun dozası praktiki olaraq nümayiş sahəsində fermerlərə sahə seminarları zamanı göstərilə bilər. Podratçı qiymətləndirmə zamanı mümkün risklər haqqında layihəni məlumatlandırma lı, nümayiş sahəsinin spesifikasiyalarını və həmin spesifi kasiyalara uyğun olaraq xərcləri müəyyən etməlidir.
Annex 1
Contract no
Terms of Reference
6
4. Tapşırıq və resurslar
Tapşırıqlar Vaxt cədvəli
Gün sayı (max) / məkan
Aşağıda göstərilən mövzular üzrə təlim planı və materiallarının hazırlanması:
• əkin qabağı torpağın hazırlanması
• şitilin hazırlanması və əkin qaydası
• gübrələmə sistemi
• damcılarla suvarma sistemi ilə becərmə
• xəstəlik və zərərvericilərlə mübarizə
• becərmə üçün kompost və üzvü gübrələrin hazırlanması
• tərəvəz bitkilərinin budanılması və formavermə
Sentyabr 1-20, 2021 15 gün/ ofis
Tapşırıq 1.
Təlim planının icrası və məsləhət xidmətlərinin göstərilməsi
Sentyabr 2021-
Sentyabr 2022
21 günə qədər (hər mövzü üzrə 3 günədək)
Goranboy/Bərdə
Tapşırıq 2.
Fermerlərin geri bildirimləri nəzərə alınmaqla təlim materiallarından ibarət stolüstü kitabçanın hazırlanması
İyul 2022- Sentyabr 2022
7 günə qədər / ofis
Tapşırıq 3.
Qurulacaq nümayiş sahəsinin qiymətləndirilməsi, satınalma üçün spesifikasiyaların müəyyən edilməsi və xərc cədvəlinin hazırlanması
Sentyabr 1-15 2021
2 gün/ Goranboy and
Bərdə
Tapşırıq 4.
Bütün proses və nəticələri, təlimləri məhsuldarlıq barədə məlumatları
Sentyabr 2022 1 gun/ ofis
Annex 1
Contract no
Terms of Reference
7
Tapşırıqlar Vaxt cədvəli
Gün sayı (max) / məkan özündə əks etdirən yekun hesabatın yazılaraq GİZ-ə təhvil verilməsi
Total 46 gün
5. Şərtlər və ödəniş şərtləri
• Bu fəaliyyət çərçivəsində bütün təlimlər fiziki iştirak şərti ilə aparılmalıdır. Səfərlər, görüşlər zamanı COVID-19-dan qorunma tədbirlərinə riayət etmək, nəqliyyatda və görüşlər zamanı maska taxmaq və sosial məsafə qaydalarına riayət etmək podratçı tərəf indən təmin edilməlidir.
• Bu iş üçün təyin olunmuş vaxt 01 sentyabr-30 sentyabr 2022-ci ildir. İlk, aralıq və son ödənişlər yuxarıda göstərilən vəzifə və tapşırıqlar hər biri tamamlandıqdan və yekun hesabatın qəbulundan sonra köçürüləcəkdir. Podratçı, xidmət haqqını (46 gün üçün) və səyahət xərclərini (23 səyahət günü üçün) qonaqlama, nəqliyyat və gündəlik xərclər nəzərə alınmaqla göstərən maliyyə təklifi təqdim etməlidir.
• Fermerlərin sayının çox olduğunu nəzərə alaraq, proqram 3.2 -ci fəsildəki tapşırıqların yerinə yetirilməsi üçün layihə iki (2) aqronomun cəlb edilməsini nəzərdə tutur. Buna görə podratçı iki aqronomun CV-lərini təqdim etməlidir. CV və texniki təklif həm Azərbaycan, həm də İngilis dillərində təqdim edilə bilər. 47 iş günü iki aqronom arasında bölüşdürülməlidir.
• Texniki təklifdə tapşırığın məqsədlərinin şərhi, iş cədvəli və CV-lər öz əksini tapmalıdır.
• Podratçı GIZ -in tələblərinə uyğun olaraq xərcləri, mühasibatlıq proseslərini və hesab - fakturanı təqdim etməlidir.
5.1 Kadr anlayışı Kadr konsepsiyasının tələbləri
İddiaçının tapşırıqları (bax Fəsil 3.1) yerinə yetirmək üçün tələb olunan xüsusiyyətlərə uyğun olan iki aqronomun CV-sini təqdim etməsi tələb olunur.
Aşağıda göstərilən keyfiyyətlər qiymətləndirmə zamanı maksimum bal sayına çatmaq üçün lazım olan tələbləri müəyyən edir:
Aqronom.
Kvalifikasiyalar:
Annex 1
Contract no
Terms of Reference
8
• Təhsil/təlim: Kənd təsərrüfatı, biologiya, torpaq idarəçiliyi və ya bitki mühafizəsi üzrə universitet ixtisası (Azərbaycan dilində "Diplom"/Bakalavr və ya Magistr);
• Dil: Azərbaycan dilində mükəmməl akademik yazı bacarıqları;
• Ümumi peşə təcrübəsi: kənd təsərrüfatı sahəsində 10 illik peşəkar təcrübə
• Xüsusi peşə təcrübəsi: Tərəvəzçilik və ya istixana sektorunda 6 illik təcrübə
• Oxşar layihələrdə digər donor təşkilatlarla iş təcrübəsi
Annex 1
Contract no
Terms of Reference
1
Program: Private Sector Development and TVET in South Caucasus (PSD TVET SC)
AV/TL: Peters Anne-Valerie / Yulia Bazhenova
PN: 16.21796-003.00
Activity: Capacity strengthening of vegetable farming businesses in Goranboy and
Barda districts
Period: September 2021 – September 2022
1. Brief information about the project
The Private Sector Development and Technical Vocational Education and Training programme which has been developed jointly with the Public partners and private sector in the South
Caucasus Countries, aims at promoting the private sector development with a h igh attention to employment impacts and a close integration of vocational education and training.
Due to the small domestic markets with limited purchasing power, the South Caucasus
Countries have focused so far on expanding foreign trade to promote economic development.
The export-dedicated strategy achieved only limited success in improving the employment situation and living conditions. Employment growth in sectors that afford the greatest potential for pro-poor growth and employment promotion in compar able economies and in South
Caucasus, such as tourism and agricultural, cannot be sustained, because businesses lack well-trained skilled labor.
The core challenge consists thus in the difficult framework conditions for sustainable economic development in the sectors relevant for employment. The capacities available are not yet sufficient to generate the envisaged employment and growth momentum. Therefore, the programme module objective is: The conditions for sustainable economic development have improved in selected sectors relevant for employment.
The programme will adopt the integrated approach of German development cooperation in employment promotion. It will address both the supply and demand side of the labour market to lay a better foundation for employment. Development assistance will focus primarily on involving the private sector in vocational training. To do this, the programme will operat e in three intervention fields:
Intervention field 1 will aim to strengthen capacities for improving competitiveness in the sectors relevant for employment. In the case of Azerbaijan, it was decided to be the tourism and agriculture sectors.
In intervention field 2, private and public actors will cooperate to improve the labour -market relevance of selected training courses for these sectors.
Annex 1
Contract no
Terms of Reference
2
Intervention field 3 will seek to strengthen the regional and international exchange of experience in sustainable private sector development and dual-oriented vocational training.
Improving the promotion of economic development will contribute to raising demand for labour.
At the same time, supporting vocational training and qualification will increase the supply of qualified labour, i.e. trainees that have successfully completed initial and continuing education and training will be better prepared to cope with the requirements and their tasks in enterprises.
In the medium and long term, this will contribute to reducing structural unemployment and underemployment and to social and sustainable economic development. The programme is scheduled for a term of 6 years (from April 2017 to April 2023).
2. Context and current situation in the field of assignment
Azerbaijan is a middle income country with dominant oil and gas sector that generates almost 70% of countrie’s GDP. Government’s major goal is to achieve diversification in the economy and strengthening various selected sectors including agriculture. Farming businesses provides 6% of country’s GDP and 36% of employmen
Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH
303 announcements
Winter Park Plaza 75, Rasul Rza street, office no.202, Baku
http://www.giz.de/giz-aserbaidschan@giz.de(99412) 599 91 20