Skip to content

    The tender has closed (10/8/2019). Current tenders

    Tender

    TENDER [ Technical Training and Consultancy on Small Backyard Greenhouse Farming ]

    9/26/2019Deadline: 10/8/2019Baku, Azerbaijan

    From the attached document

    German Development Cooperation GIZ Office Baku Winter Park Plaza 75, Rasul Rza Street, office no. 202 AZ 1014 Baku, Azerbaijan T +994 599 91 20-25 F +994 599 91 26 Your reference       Our reference       26.09.2019 Office Baku Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH Registered offices Bonn and Eschborn, Germany Friedrich-Ebert-Allee 36 + 40 53113 Bonn, Germany T +49 228 44 60-0 F +49 228 44 60-17 66 Dag-Hammarskjöld-Weg 1 - 5 65760 Eschborn, Germany T +49 61 96 79-0 F +49 61 96 79-11 15 E info@giz.de I www.giz.de Registered at Local court (Amtsgericht) Bonn, Germany Registration no. HRB 18384 Local court (Amtsgericht) Frankfurt am Main, Germany Registration no. HRB 12394 Chairman of the Supervisory Board Dr Friedrich Kitschelt, State Secretary Management Board Tanja Gönner (Chair) Dr Christoph Beier (Vice-Chair) Dr Hans-Joachim Preuß Cornelia Richter Kimə: Bütün tender iştirakçılarına Kimdən: GIZ Bakı Oisi Layihənin nömrəsi: 17.4061.2-003.00 Layihənin adı: Qafqazdakı Məcburi Köçkünlərin (MK) İqtisadiyyatda İştirakı layihəsi Ölkə: Azərbaycan       Tenderin adı: Həyətyanı Kiçik İstixana Təsərrüfatı üzrə Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti Hörmətli Tender iştirakçısı, GIZ-in Bakıdakı ofisi həyətyanı kiçik istixana təsərrüfatı üzrə uzunmüddətli texniki təlim və konsultasiya xidməti üzrə tender elan edir. Əlavədə ingilis və azərbaycan dillərində göstərilən vəzifə təlimatları (Annex 1 230918_TOR_greenhouse_AZ və Annex 1 230918_TOR_Greenhouse Training_ENG) ilə maraqlandığınız halda 8 oktyabr 2019-cu il tarixi saat 14:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik. Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş / imzalanmış və qapalı zərflərdə poçt/və ya şəxsən təqdim etmə vasitəsi ilə GIZ ofisi, Rəsul Rza 75,Winter Park Biznes Mərkəzi, ofis 202, Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki sənədlər, yəni şirkətin profili və CV-lər, VÖEN və bank göstəriciləri, texniki konsepsiya və iş planı əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir. Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır. Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 4 oktyabr 2019-cu il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyeva (sabina.hajiyeva@giz.de) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 4 oktyabr 2019-cu il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır. Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir. Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır (Annex 2 230923_TAG _GreenhouseTraining_EPIC_AZ). Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur. Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir. Əlavələr Annex 1 230918_TOR_greenhouse_AZ və Annex 1 230918_TOR_Greenhouse Training_ENG Annex 2 230923_TAG _GreenhouseTraining_EPIC_AZ Proqram: Qafqazda Aztəminatlı Məcburi Köçkün və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı – EPİC PN: 17.4061.2-003.00 Fəaliyyət: Həyətyanı Kiçik İstixana Təsərrüfatı üzrə Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti Müddət: 17.10.2019 – 10.10.2020 Proqram haqqında qısa məlumat Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkün və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPİC) proqramı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilir. Proqram həssas qruplar olan məcburi köçkünlərin, qaçqınların və yerli əhalinin məşğulluğunun artırılması, biznes startap layihələrinə kömək, mövcud bizneslərin dəstəklənməsi və icmaların gücləndirilməsi ilə onların iqtisadi və sosial inkişafına yönəlmişdir. Layihənin bütün fəaliyyətlərində, gənclərin və qadınların iştirakı və inkişafı prioritet məsələdir və bu, həmçinin, layihənin göstəricilərində də əks olunub. Bu, həm iqtisadi, həm də sosial inkişafa aiddir, və buna görə də layihənin bütün komponentləri arasında kəsişən bir məsələdir. EPİC regional proqramı aztəminatlı məcburi köçkünlərin və yerli icma üzvlərinin inklüziv inkişafı üçün şəraitin yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycanda bu layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fond (MKSİF) ilə sıx əməkdaşlıq edir. Layihənin hədəf qrupları kənd yerlərində məskunlaşmış həssas qruplar olan məcburi köçkünlər və yerli əhalidir ki, layihə də onlar üçün pilot yanaşmaları tətbiq etməklə hədəf qruplar arasında potensialın gücləndirilməsi və mobilizasiya, həmçinin yeni iş yerlərinin yaradılması, sahibkarlığın təbliği və icma quruculuğu vasitəsilə gəlir əldə etməyə və cəmiyyəti inkişaf etdirməyə kömək edir. Layihənin məqsədi aşağıdakılara nail olmaqla, Cənubi Qafqazdakı həssas qruplar olan məcburi köçkünlər, qaçqınlar və yerli əhalinin iqtisadi və sosial həyatda iştirakını gücləndirməkdir: Xüsusi ilə yerli icmalar olmaqla həssas qruplar olan məcburi köçkünlər, qaçqınlar və yerli əhalinin iqtisadi və sosial həyatda iştirakını təşviq etmək məqsədilə dövlət sektorunu potensialını gücləndirmək; Həssas qruplar olan məcburi köçkünlər, qaçqınlar və yerli əhalinin, xüsusi ilə gənclər olmaqla, məşğulluq imkanlarını artırmaq; Həssas qruplar olan məcburi köçkünlər, qaçqınlar və yerli əhalinin biznes inkişaf imkanlarını artırmaq; Yaşadıqları cəmiyyətlərdə müsbət dəyişiklikləri təşviq etmək məqsədilə həssas qruplar olan məcburi köçkünlər, qaçqınlar və yerli əhalinin xüsusilə gənc kişi və qadınlar və onların Gürcüstan və Azrəbaycandakı yaratdıqları təşkilatlarının imkanlarını artırmaq. İkinci və üçüncü sırada qeyd edilən məqsədlərə - həssas qruplar olan məcburi köçkünlər və yerli əhalinin məşğulluq və biznes inkişaf imkanlarını imkanlarını artırmağa - nail olmaq üçün Action Against Hunger (Aclığa qarşı Hərəkat) tərəfindən hazırlanmış və müxtəlif ölkələrdə uğurla həyata keçirilmiş “Sahibkarlıq Məktəbi Təlimi” və “İş Qatarı Təlimi” yanaşmalarını tətbiq edirik. Biznes Məktəbi Təlimi və İş Qatarı Təlimi iştirakçıların peşə, şəxsi və professional inkişafına nail olmaq məqsədilə məxsusi hazırlanmış 6 aylıq proqramlardır. Bu təlimdə gender balansı qorunmaqla işsiz, lakin motivasiyası yüksək, fərqli yaş kateqoriyalarında olan məcburi köçkünlər və yerli əhalidən birlikdə 25 nəfər iştirak edir. Onlar peşəkar bilik və bacarıqlarını və əlaqələrini genişləndirmək məqsədilə təlimçi ilə birlikdə çalışırlar və bu, nəticədə, onlara müvafiq olaraq iş tapmaq və öz bizneslərini qurmaq imkanı verir. 6 ay müddətində həftədə dörd dəfə (həftədə 30 saata qədər) təşkil edilməklə, bu təlimlər iştirakçılar üçün ortaq bir yer, həmyaşıd dəstəyi, empatiya, həmrəylik və motivasiya təmin edir ki, bu da həmin qrupu birləşdirərək onlara sosial bacarıqlarını, özünəinamı, iş qabiliyyətlərini və müvafiq olaraq sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə imkan verir. Bundan əlavə, təlimin sonlarına doğru iştirakçılara biznes planının hazırlanması, maliyyə imkanlarının tapılması və tətbiq edilməsində yardım etmək və digər müvafiq formalarda dəstək göstərmək məqsədilə Sahibkarlıq Məktəbi Təliminə ekspert də cəlb olunub. “Sahibkarlıq Məktəbi Təlimi” və “İş Qatarı Təlimi”ndən əlavə, proqramın ikinci və üçüncü komponentləri ilə birgə təlim iştirakçılarının iqtisadi həyatda işirakını artırmaq məqsədilə onlara və artıq həmin hədəf regionlarda qurulmuş mövcud bizneslərə müxtəlif sahələr üzrə texniki təlimlər keçmək də nəzərdə tutulur. Proqramın dördüncü məqsədinə nail olmaq üçün biz şəxslərin öz maraqları və ümumi mənafeyə görə fəal olmalarına imkan yaratmaqla yerli sakinlərin qeyri-kommersiya və icma yönümlü fəaliyyətlərdə iştirakının təşviqinə yönəlmiş yerli icma səfərbərliyi və inkişaf kampaniyasını tətbiq edəcəyik. Təyinat sahəsindəki şərait və mövcud vəziyyət Bərdə və Ağdaçda həyata keçirilən “Sahibkarlıq Məktəbi Təlimi”-nin ilk mərhələsinin iştirakçıları 6 ay ərzində öz bizneslərini qurmaq və onu idarə etmək üzrə nəzəri və təcrübi biliklər əldə etdirlər. Eyni zamanda, iştirakçılar biznesləri üçün faydalı və zəruri olan yumşaq (sosial) bacarıqlarını da inkişaf etdirdilər. Biznes planlarının hazırlanmas və öz biznesinə başlama üzrə əsas bilikləri və anlayışları əldə etməklə, əksər təlim iştirakçıları öz bizneslərinə başlamaq üçün texniki bilik və bacarıqlara ehtiyac duyduqlarını ifadə etdilər. Ağdam və Bərdədəki “Sahibkarlıq Məktəbi Təlimi”nin bəzi iştirakçıları öz istixana müəssisələrini qurmaq üçün biznes planlarını hazırladılar. Proqramın startaplara texniki təlim keçməyi nəzərdə tutan ikinci komponentinin tərkib hissəsi kimi, həmçinin proqramın üçüncü – mövcud bizneslərə biznesin inkişafı üzrə dəstək - komponenti əsasında, EPİC proqramı “Sahibkarlıq Məktəbi Təlimi”nin iştirakçıları və texniki təlimlərə qatılmaq üzrə tələblərə cavab verən və hədəf rayonlarda kiçik istixana müəssisələri olan sahibkarlar üçün uzunmüddətli texniki təlimlər təşkil edir. Təlim iştirakçılarını bu sahədə tələb olunan bilik və bacarıqlarla təmin etmək məqsədilə onlara süni mənbələrlə qızdırılmayan, davamlı həyətyanı istixana təsərrüfatı üzrə bacarıqlara əsaslana təlim, həmçinin (1 ilə qədər) konsultasiya xidmətlərinin də təklif ediləcəyi güman olunur. İqlim dəyişikliyi şəraitində istixana təsərrüfatının faydaları getdikcə artır. Bu sektor torpağın maksimum, suyun isə səmərəli istifadəsinə zəmanət verir, əkinçilikdə zərərvericilərlə kimyəvi mübarizə vasitələrinin istifadəsinin qarşısını almaq, yaxud istifadəsini azaltmaq üçün imkanlar açır və il ərzində tərəvəzin yaşam qabiliyyətini artırır və beləliklə, sabit gəlir yaradır. Bu xidməti təmin edənlərdən seçilmiş sektor üçün bacarıqlara əsaslanan tədris proqramı hazırlamaq, bağçılıq bitkilərinin istixanada yetişdirilməsi üzrə texniki təlimləri təşkil etmək və həyata keçirmək və iştirakçılara kiçik istixana müəssisələrini davamlı olaraq saxlamaq üzrə konsultasiya vermək gözlənilir. Tapşırığın şərtləri Məqsədlər və tapşırıqlar Bu tapşırığın məqsədi iştirakçıların davamlı kiçik istixana təsərrüfatı ilə bağlı biliklərini artırmağa xüsusi diqqət yetirməklə, Bərdə və Ağdam rayonlarında süni mənbələrlə qızdırılmayan həyətyanı istixana təsərrüfatı ideyaları irəli sürən seçilmiş 18 nəfərə qədər proqram iştirakçısı üçün 1 il müddətində bacarıqlara əsaslanan təlimlər təşkil etmək və sahə üzrə konsultasiya dəstəyi verməkdir. Tapşırıqlar aşağıdakılardan ibarətdir: Tapşırıq 1. Proqram Müşaviri ilə aşağıdakı mövzuları əhatə edən (lakin onlarla məhdudlaşmayan) təlim planını hazırlayıb razılaşdırmaq: 1-ci sessiya: Kiçik miqyaslı qızdırılmayan həyətyanı istixana təsərrüfatının əsasları İstixana növləri Kiçik miqyaslı intensiv təsərrüfat üçün uyğun olan istixanalar (öz-özünə qızan həyətyanı istixanalar) İqlim dəyişikliyinə uyğunlaşmaqda istixananın faydaları İstixana dizaynı və materialları İstixana təchizatı və alətləri İstixananın inşası, yerləşməsi və ölçüsü İstixanalarda hədəf rayonların xüsusiyyətlərinə uyğunlaşdırılmış əkin qrafiki: mühafizəli becərmə məqsədilə növlər və kultivarlar Fırtına və dolunun zərərlərini azaltmaq Torpağın hazırlanması İstixananın şəraiti: işıq, istilik, alternativ isitmə mənbələri, havalandırma, su mənbələri, irriqasiya sistemi, rütubətin idarə edilməsi, istixananın drenaj sistemi; Toxum və şitil mənbələri; toxum və şitillərin seleksiyası; toxum və şitillərin keyfiyyətinin yoxlanılması; İstixananın təmizliyi (gigiyena) İstixana təsərrüfatında idarəetmə qaydaları 2-ci sessiya: Torpağın hazırlanması və idarə edilməsi Şitillərin əkinə hazırlanması Torpağın yoxlanılması Torpağın zənginləşdirilməsi İstixana yataqlarının qurulması və hazırlanması Tozlanma: insanlara, əmlaka və ətraf mühitə mümkün qədər ən az ziyanlı olan tozlanma metod və qaydaları haqqında məlumat verilməlidir İstilik və suyun idarə edilməsi İstixana İstixanada zərərvericilər və xəstəliklərin idarə edilməsi: zərərvericilər və xəstəliklərin idarə edilməsi insanlara, əmlaka və ətraf mühitə mümkün qədər ən az ziyanlı olan metod və vasitələr haqqında məlumat verilməlidir 3-cü sessiya: Əkib-becərmə qaydaları Əkin Budama Torpağın yoxlanılması Havalandırma, irriqasiya İlk məhsul yığımı 4-cü sessiya: İstixana təsərrüfatında payız və qışda qulluq Məhsul yığımı dövründə və ondan sonra qulluq Qablaşdırmaq, saxlama, göndərmə Torpağın yoxlanılması İstixananın təmizliyi (gigiyena) Əkinin növbəti mərhələsinə hazırlıq Təlim planında 2020-ci ilin oktyabrına qədər davam edəcək 4 sessiya əhatə olunmalıdır Tapşırıq 2. Razılaşdırılmış təlim planına əsasən təlimlərin həyata keçirilməsi. Bütün təlim sessiyaları üçün təqdimatların hazırlanması. Hər təlim sessiyasının əvvəlində və sonunda təlim iştirakçılarının qiymətləndirilməsi həyata keçirilməlidir. Tapşırığa həm də təlim iştirakçılarının iki istiqamətli nəqliyyatın təşkil edilməsi, nahar və çay fasilə(ləri)ni təmin edilməsi də daxildir. Tapşırıq 3. İstixanalara və kiçik miqyaslı təsərrüfatlara sahə səfərlərinin təşkil edilməsi. Bu, istixana təsərrüfatı üzrə texniki təlimlərin zəruri bir hissəsini təşkil edir. Sessiyada əhatə edilən mövzulara uyğun olaraq hər bir nəzəri təlim sessiyasının sonunda sahə səfəri təşkil edilməlidir. Tapşırığa istixanaların müəyyənləşdirilməsi və iki istiqamətli nəqliyyatın təşkil edilməsi, nahar və çay fasilə(ləri)ni təmin edilməsi daxildir. Tapşırıq 4. Təlim iştirakçılarının ehtiyacları və / və ya xüsusi təlim mövzuları əsasında fərdi konsultasiya xidmətlərinin göstərilməsi. Tapşırığa göstəriləcək xidmətlərin müvafiq şəkildə sənədləşdirilməsi də daxildir. Tapşırıq 5. Kiçik İstixana Təsərrüfatı üzrə Təlimat kitabçasının elektron versiyasının hazırlanması. Təlimat kitabçası Azərbaycan dilində asan oxunaqlı, ətraflı şəkildə və sadə tonda hazırlanmalıdır. Bu material müvafiq sektorda kiçik biznesləri olan sahibkarlar auditoriyası üçün hazırlanmalıdır və onların zəruri öyrənmə ehtiyaclarını qarşılamalıdır. Tapşırıq 6. İcra edilmiş bütün fəaliyyətlər üzrə Azərbaycan, yaxud ingilis dilində ətraflı hesabat hazırlanması və təqdim edilməsi. Task 7. Könüllü olaraq əlavə edə biləcəyiniz məlumat: Aşağıdakı materialların təmin edilməsi: polietilen ilə örtülü, süni mənbələrlə qızdırılmayan həyətyanı istixana (4 ədəd maddə). Bir maddənin ilkin xüsusiyyətləri aşağıdakılara yaxındır: İştirakçıların istixananın inşası üçün ayırdıqların ərazilərin müəyyənləşdirilməsi və yoxlanılmasından sonra bu xüsusiyyətlər dəyişdirilə bilər. Tələb olunan bütün sənədlər və təlim planı Proqram Müşaviri ilə razılaşdırılmalıdır. Deliverables and resources Şərtlər və ödəniş qaydaları Ödəniş iş icra edildikdən, nəticələr qəbul edildikdən və hesab-faktura təqdim edildikdən sonra ediləcəkdir Koordinasiya və Kommunikasiya İcraçı hesabatı EPİC Proqramı üzrə Kiçik Müşavir Günel Mustafayevaya təqdim etməklə, bütün fəaliyyətləri onunla koordinasiya etməlidir. Təqdim edilmə üzrə tələblər Podratçının aşağıdakı keyfiyyətlərə sahib olması gözlənilir: Kənd təsərrüfatında (xüsusi ilə istixanaların davamlı saxlanılması (polietilen örtüklü, süni vasitələrlə qızdırılmayan istixanalar) konsultasiya sahəsində geniş təcrübə (minimum 5 il); İstixanalar üzrə uzunmüddətli təlim modullarının hazırlanması üzrə geniş təcrübə Yaxşı kommunikasiya bacarığı və kənd sakinləri ilə effektiv iş münasibətlərinin qurulması və saxlanması; Kreativlik, çeviklik və problemlərin həll edilməsinə innovativ yanaşma Yaxşı texniki bacarıqlar (komputer biliyi, MS Ofis proqramları, onlayn proqramlar üzrə biliklər) Azərbaycan dili və bu dildə yaxşı yazma bacarığı Sual və sorğular ilə əlaqədar, zəhmət olmasa, Gunel Mustafayeva ilə əlaqə saxlayın: gunel.mustafayeva@giz.de Ölçü | 100 kv m Uzunluq | 20 m En | 5 m Hündürlük | 2.5 m Sahənin potensialı | 270-300 şitil İrriqasiya sistemi | Damcılarla suvarma sistemi, su çiləmə sistemi İstixana örtüyü üçün polietilen maddə | 3000-mikron, 25 m (9) Təhvil veriləcək işlər | Tarixlər | Müddət (gün) (maks) / məkan Təlim sessiyalarını və sahə səfərlərini əhatə edən təlim planının hazırlanması | 17 - 23.10.2019 | Maksimum 3 gün / Bakı 1-ci sahə səfərinin təşkili də daxil olmaqla, ilk təlim sessiyasının hazırlanması və keçirilməsi | 28.10 - 05.11.2019 | Maksimum 6 gün / Ağdam, Bərdə rayonları, sahə səfərinin keçiriləcəyi məkan Hədəf rayonda təlim iştirakçıları üçün konsultasiya xidmətinin göstərilməsi | 29.10-10.01.2019 | Maksimum 15 gün / Ağdam, Bərdə rayonları 2-ci sahə səfərinin təşkili də daxil olmaqla, 2-ci təlim sessiyasının hazırlanması və keçirilməsi | 20.11 - 10.12.2019 | Maksimum 5 gün / Ağdam, Bərdə rayonları; sahə səfərinin keçiriləcəyi məkan elan ediləcək Hədəf rayonda təlim iştirakçıları üçün konsultasiya xidmətinin göstərilməsi | 20.03.2020 -10.04.2020 | Maksimum 5 gün / Ağdam, Bərdə rayonları 3-cü sahə səfərinin təşkili də daxil olmaqla, 3-cü təlim sessiyasının hazırlanması və keçirilməsi | 15.03-19.05.2020 | Maksimum 7 gün / Ağdam, Bərdə rayonları, sahə səfərinin keçiriləcəyi məkan 4-cü sahə səfərinin təşkili də daxil olmaqla, 4-cü təlim sessiyasının hazırlanması və keçirilməsi | 10.06.2020 - 25.09.2020 | Maksimum 6 gün / Ağdam, Bərdə rayonları, sahə səfərinin keçiriləcəyi məkan Təlim iştirakçılarına fərdi konsultasiya xidmətinin göstərilməsi | 15.06.2020 – 25.09.2020 | Maksimum 5 gün / hədəf rayonlar İstixananın idarə edilməsi üzrə Təlimat kitabçasının hazırlanması | 1.09.2020 – 20.09.2020 | Maksimum 10 gün / Bakı Həyata keçirilmiş təlimlər və göstərilmiş konsultasiya xidmətləri üzrə hesabatın hazırlanması və təqdim edilməsi | 25.09.2020 – 10.10.2020 | Maksimum 2 gün / Bakı Yekun | 17.10.2019 – 10.10.2020 | Maksimum 64 gün Program: Economic and Social Participation of Vulnerable Displaced and Local Populations in the Caucasus – EPIC PN: 17.4061.2-003.00 Activity: Long-term Technical Training and Consultancy Services on Small Backyard Greenhouse Farming. Period: 17.10.2019 – 10.10.2020 Brief information about the programme. The programme “Economic and Social Participation of Vulnerable Displaced and Local Population in the Caucasus” (EPIC) is implemented by the Deutsche Gesellschaft für internationale Zusammenarbeit GmbH (GIZ) on behalf of the German Federal Ministry for Economic Cooperation and Development (BMZ). The programme aims at economic and social empowerment of vulnerable internally displaced persons, refugees and members of local population by enhancing their employability, facilitating business start-ups, supporting existing businesses and empowering communities. Throughout all project activities, participation and empowerment of young people and women is a priority which is also reflected in the project’s indicators. This is both applicable to the economic and social empowerment, therefore, a cross-cutting issue across all project’s components. The EPIC regional program aims to improve the conditions for pro-poor & inclusive growth of the vulnerable IDP and local community members. In Azerbaijan the project is closely cooperating with the State Committee for the Affairs of Refugees and Internally Displaced Persons and the Social Fund for the Development of Internally Displaced Persons (SFDI). The project targets vulnerable IDP communities and local population settled in the rural districts, fostering income generation and community development opportunities through capacity building and mobilization, geared towards employment generation, entrepreneurship promotion, and community development among the target group by applying pilot approaches. The goal of the project is to improve economic and socia
    Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH

    Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH

    303 announcements

    Winter Park Plaza 75, Rasul Rza street, office no.202, Baku
    http://www.giz.de/giz-aserbaidschan@giz.de(99412) 599 91 20

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Attachments (1)

    All 303 announcements