"“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Gəncə SOS Uşaq Kəndi “Ailə Tipli Qayğı” layihəsinə
UŞAQ KƏND PROQRAMI KOORDİNATORU
vəzifəsinə iş elanı verir.
Uşaq Kəndi Proqramı Koordinatoru təşkilatın “Vizyon, Missiya, Dəyərlər”, brendi, təsdiq edilmiş strategiya, siyasət və planlarına, eləcə də yerli qanunvericiliyə uyğun olaraq Uşaq Kəndi Proqramları sahəsində proqram inkişafını həyata keçirir. Bu sahəyə Ailə Tipli Qayğı, Günərzi Qayğı Mərkəzi və Kiçik Qrup Evləri (Gənclər evi oğlanlar/qızlar və Qısamüddətli Qayğı) daxildir. O, Uşaq Kəndi Proqramı üzrə Milli Assosiasiyanın strateji məqsəd və hədəflərinin müəyyənləşdirilməsinə və onlara nail olunmasına töhfə verir, müəyyən edilmiş hədəflərə doğru irəliləyişi izləyir və qiymətləndirir. O, yerləşdiyi məkanda Uşaq Kəndi Proqramı bölmə rəhbərlərinə proqram müdaxilələrinin planlaşdırılması, icrası və monitorinqi üzrə texniki və məzmun baxımından rəhbərlik edir. Uşaq Kəndi Proqramı Koordinatoru keyfiyyət standartlarının tətbiqinə və onların icrasına nəzarətə cavabdehdir, həmçinin Uşaq Kəndləri Proqram Siyasətinin və əlaqəli siyasətlərin praktikada tətbiqinə fəal şəkildə töhfə verir. Onun işinin mərkəzində uşaqların hüquqları və narahatlıqları dayanır.
Bu vəzifə uşaqlara və insan hüquqlarına sadiq olan beynəlxalq qeyri hökumət təşkilatında işləmək imkanı yaradır. Uğurlu namizəddən SOS UK-də işləməyə uyğunluğunu təsdiqləməyə kömək etmək məqsədilə məhkumluğa dair və istinad yoxlamaları daxil olmaqla təhlükəsiz işə qəbul prosesindən keçmək tələb olunacaq. Namizədin vəzifənin öhdəliklərini yerinə yetirmək bacarığı ilə yanaşı, seçim prosesində onun uşaqların qorunması ilə bağlı motivasiyası və yanaşması da qiymətləndiriləcək.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
Uşaq Kəndi Proqramı Koordinatoru illik və strateji planlaşdırmaya töhfə verir, həmçinin hədəflərə doğru irəliləyişin monitorinqində iştirak edir;
Uşaq Kəndləri Proqram Siyasətinin və əlaqəli siyasətlərin praktikada tətbiqinə töhfə verir;
Uşaq Kəndi Proqramının İnkişaf Planının hazırlanmasına və onun icrasının monitorinqinə cavabdehdir;
SOS Ailə Tipli Qayğı və digər alternativ qayğı xidmətləri üzrə konsepsiyaların hazırlanmasında Milli Proqram Məsləhətçisinə dəstək göstərir;
Aylıq hesabatların və planların hazırlanmasında Uşaq Kəndi Proqramı Direktoruna dəstək göstərir;
Uşaq Kəndi Proqramı çərçivəsində Keys İdarəetmə prosesini əlaqələndirir və ona nəzarət edir.
PROFİLİNİZ:
• Sosial elmlər, psixologiya və/və ya pedaqogika sahəsində ali təhsil;
• Sosial rifah sahəsində, üstünlük olaraq uşaq və gənclərin rifahı sektorunda ən azı 3 illik iş təcrübəsi;
• Ən azı 2 illik rəhbərlik təcrübəsi;
• Maliyyə təhlili və proqnozlaşdırılması sahəsində bacarıq və təcrübə;
• Proqramların hazırlanması və icrası zamanı Uşaqların Qorunması prinsipləri üzrə yaxşı bilik və anlayış;
• Yaxşı planlaşdırma, monitorinq, təşkilati və inzibati bacarıqlar;
• Əla kommunikasiya və münasibətqurma bacarıqları;
• Yüksək dözümlülük, təzyiq altında işləmək bacarığı;
• Azərbaycan dilində sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili arzuolunandır;
• Kompüter bilikləri (MS Office).
İŞ ŞƏRTLƏRİ:
Ünvan - Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189
1380.00 AZN (vergilər daxil) əmək haqqı;
Tam ştatlı əmək müqaviləsi - həftədə 5 gün; 09:00 - 18:00
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
Uşaq Müdafiəsi:
SOS Uşaqların Müdafiəsi Siyasətinin prinsipləri barədə məlumatlılığın artırılmasına, eləcə də uşaqların hər cür zorakılıq, tərk edilmə, istismar, şiddət və ayrı-seçkilikdən qorunmasının qarşısının alınmasına və müdafiəsinə cavabdehdir;
Öz iş sahəsi çərçivəsində uşaq təhlükəsizliyi risklərinin qiymətləndirilməsini aparır və mövcud mümkün risklərin azaldılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
Uşaqların Qorunması Siyasətinə, Davranış Məcəlləsinə, cinsi qısnama, istismar və zorakılığın qarşısının alınması və onlardan müdafiə siyasətinə, habelə hesabatvermə və cavab tədbirləri prosedurlarına riayət edir;
Öz iş sahəsi çərçivəsində SOS Uşaqların Qorunması Siyasətinin prinsipləri barədə məlumatlılığın artırılmasına, həmçinin uşaqların hər cür zorakılıq, tərk edilmə, istismar, şiddət və ayrı-seçkilikdən qorunmasının təmin olunmasına cavabdehdir;
Proqram və layihələrə uşaqlar üçün təhlükəsizlik risklərinin qarşısının alınması və azaldılması, eləcə də uşaq zorakılığı hallarında reabilitasiya dəstəyinin planlaşdırılması və göstərilməsi istiqamətində dəstək verir;
Uşaqların təhlükəsizliyi ilə bağlı hər hansı şübhə, narahatlıq, iddia və ya insident barədə milli səviyyədə müəyyən edilmiş Uşaqların Müdafiəsi, eləcə də PSHEA hesabatvermə prosedurlarına uyğun olaraq dərhal məlumat verir.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 21 iyun 2026-cı il tarixədək “Gəncə Uşaq Kəndi Proqramı koordinatoru” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

435 announcements