İŞ ELANI
SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası
Sürücü
Gəncə şəhər filialı
Assosiasiya 1999-cu ildə beynəlxalq humanitar SOS Kinderdorf təşkilatı ilə Azərbaycan hökuməti arasındakı razılaşma əsasında yaradılmışdır. Əsas məqsəd valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərmək və atılma riski altındakı uşaqların sosial rifahını təmin etməkdir.
Öhdəliklər
- Göstərişlərə əsasən işçilərin və benefisiarların təhlükəsiz şəkildə lazımi ünvana çatdırılması
- Həvalə olunan avtomobillərin yararlığına və təmizliyinə cavabdehlik
Tələblər
- Sürücü vəzifəsində ən azı 3–5 il iş təcrübəsi
- Sürücülük kateqoriyası: C, D
- Yol hərəkəti qaydaları haqqında yüksək biliklər
- Sərnişinlərin vaxtında və lazımi yerlərə çatdırılmasını təmin etmək
- Dəqiqlik, səliqəlilik, punktuallıq və məsuliyyət
- VİP qonaqların qarşılanması üzrə təcrübə
- Digər şəhər və rayonlara ezamiyyətlərə getmə imkanı
İş şərtləri
- Ünvan: Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189
- Əmək haqqı: 470–500 AZN (vergilər daxil)
- İş rejimi: Həftə içi 09:00–18:00, şənbə və bazar istirahət
- Qeydiyyat: Əmək Qanunvericiliyinə uyğun
Təklifimiz
Beynəlxalq təşkilatın nümayəndəliyi olaraq işçilərimizə geniş inkişaf imkanları yaradırıq.
Namizədliyinizi uyğun hesab edirsinizsə, CV-nizi 2 avqust 2026-cı il tarixinədək “Gəncə SOS UK / Sürücü” başlığı ilə [email protected] ünvanına göndərin.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

