Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY750 ₼ / month

    Bakı SOS Milli Ofisə SÜRÜCÜ

    9/14/2026Deadline: 9/30/2026

    Description

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Milli Ofisə

    SÜRÜCÜ

    vəzifəsinə iş elanı verir:

    ÖHDƏLİKLƏR:

    • Göstərişlərə əsasən, Milli Direktorun təhlükəsiz lazımi ünvana çatdırılması.

    • Həvalə olunan avtomobilin yaralığına, təmizliyinə və istifadəsinə cavabdeh olmaq.

    MİNİMUM BİLİK, SƏRİŞTƏ VƏ KEYFİYYƏTLƏR:

    • Sürücü vəzifəsində ən azı 3-5 il iş təcrübəsi

    • "B" sürücülük kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmalı

    • Sərnişinlərin vaxtında, lazımi yerlərə çatdırılmasını təmin etmək bacarığı/təcrübəsi

    • Avtomobili tələb olunan bütün yol hərəkəti qaydalarına uyğun idarə etməlidir. Qayda pozuntusuna görə cərimələr sürücünün əmək haqqından tutulacaq

    • Dəqiq, səliqəli, punktual.

    • Idarə etdiyi avtomobilə cavabdeh olmaq bacarığı

    • VİP qonaqların qarşılanmasında təcrübə

    • Ezamiyyətə getmə imkanı

    • İanə qutularını müəyyən edilmiş ünvanlardan vaxtında götürmək və təşkilatın göstərdiyi yerə çatdırmaq;

    • Qutuların daşınması zamanı onların təhlükəsizliyini və bütövlüyünü təmin etmək;

    • Toplanmış qutuların sayını və götürüldüyü ünvanları qeyd etmək;

    • Qutuların götürülməsi və təhvil verilməsi barədə məsul şəxsə məlumat vermək;

    • Toplama zamanı yaranan hər hansı problem, uyğunsuzluq və ya qutunun zədələnməsi barədə dərhal rəhbərliyə məlumat vermək;

    • Qutuları yalnız iş günlərində və həmişə bir nəfər SOS Uşaq Kəndləri işçisinin iştirakı ilə müəyyən edilmiş və planlaşdırılmış cədvələ uyğun olaraq açın.Toplanmış qutuları yalnız təşkilat tərəfindən müəyyən edilmiş məsul şəxsə təhvil vermək;

    • Təşkilatın donorları, tərəfdaşları və digər əlaqəli şəxsləri ilə ünsiyyət zamanı nəzakətli və peşəkar davranmaq;

    • İanə qutularının toplanması ilə bağlı verilən digər ağlabatan tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

    • Hər ay aylıq hesabt Maliyyə departamentinə təqdim etmək

    İŞ ŞƏRTLƏRİ:

    • Ünvan/ Bakı şəhəri, Nizami 137/1

    • Beş günlük iş həftəsi

    • 750  AZN (vergilər daxil) əmək haqqı;

    • İş rejimi; 09:00-18:00 

    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı

    ÜSTÜNLÜK VERİLƏN MEYARLAR: 

    • Rus və ingilis dilləri (minimum danışıq)

    Uşaq Müdafiəsi:

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək

    • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

    Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

    • Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək

    • Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək 

    TƏKLİFİMİZ:

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 


    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV 30 sentyabr 2026-cı il tarixədək “Milli Ofis sürücü” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytında yerləşdirilir!



    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?