Məzmuna keç
    Vakansiya

    Tədqiqat üzrə köməkçi ( Lənkəran)

    11/26/2026Son tarix: 12/25/2026Lankaran

    Təsvir

    VAKANSİYA: Tədqiqat üzrə köməkçi

    İş Yeri: Lənkəran


    İşin təsviri:

    "EduVia Ailə Rifahı və Uşaq İnkişafı Tədqiqatı" layihəsi çərçivəsində sahədə (Lənkəranda) valideynlər və uşaqlarla (7–14 yaş) birbaşa görüşərək rəqəmsal platformalar vasitəsilə sorğuların keçirilməsi və məlumatların toplanması.

    Əsas öhdəliklər:

    • Müəyyən olunmuş icmalarda hədəf ailələri ziyarət etmək;

    • Planşet və ya mobil cihazlar vasitəsilə sorğu formalarını tətbiq etmək və datanı rəqəmsal sistemə daxil etmək;

    • Sorğu gedişatında akademik etika, məxfilik və könüllü iştirak prinsiplərinə tam riayət etmək;

    • Görülən işlərin sayı barədə layihə koordinatoruna gündəlik hesabat vermək.


    Namizədə dair tələblər:

    • Sosiologiya, psixologiya, sosial iş, pedaqogika və ya əlaqəli sahələrdə ali təhsil (tələbələr və yeni məzunlar müraciət edə bilər);

    • İnsanlarla, xüsusilə valideyn və uşaqlarla pozitiv ünsiyyət qurmaq bacarığı;

    • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

    • Xüsusi texniki tələb (Üstünlükdür): Qualtrics proqram təminatı ilə işləmək bacarığı və planşet üzərindən koqnitiv test alətlərindən istifadə təcrübəsi / mənimsəmə qabiliyyəti


    Təklif olunur:
    • Müqavilə müddəti: 12 ay

    • Ödəniş keçirilən sorğu sayına görə hesablanır


    Müraciət qaydası:
    Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini coordinator@eduvia-az.com elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Tədqiqat üzrə köməkçi-Lənkəran” qeyd olunmalıdır.



    EduVia MMC

    EduVia MMC

    9 elan

    Lotfi Zadeh Technology Center - Y (LTCy), 44 Jafar Jabbarli Street, Baku, Azerbaijan
    https://eduvia-az.com/coordinator@eduvia-az.com+994102565023

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Bir dəqiqəyə müraciət edin

    Hesab lazım deyil — onu sizin üçün biz yaradırıq.

    Sizin üçün hesab yaradıb şifrəni e-poçtunuza göndərəcəyik. Artıq qeydiyyatdan keçmisiniz?

    EduVia MMC: digər elanlar

    Bütün 9 elan