Tender
Women in Sustainable Agriculture” Call for Project Proposals
Əlavə olunmuş sənəddən
“Dayanıqlı kənd təsərrüfatında qadınlar``
Layihə Təklifləri üçün Çağırış
Layihə Təklifləri üçün Çağırış
Nəzərdə tutulur: “Dayanıqlı kənd təsərrüfatında qadınlar” layihəsinə icraçı təşkilatın seçilməsi məqsədilə layihə təklifləri üçün çağırış.
Seçiləcək təşkilat layihənin icrası ilə bağlı bütün fəaliyyətlərə, o cümlədən təlimlərin təşkili, mentorluq, resurs təminatı, icma ilə əlaqələr və layihə təklifləri üçün çağırışda qeyd edilən digər işlərin icrasına cavabdeh olacaq. Layihə təklifləri si@socarmidstream.az ünvanına 9 sentyabr, 2024-cü il, yerli vaxtla saat 14:00-a kimi göndərilməlidir.
SOCAR Midstream və onun Cənubi Qafqaz Boru Kəmərindəki (CQBK) tərəfdaşları maraqlı tərəfləri “Dayanıqlı kənd təsərrüfatında qadınlar” layihəsinin icrası üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə SOCAR Midstream-in Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində dayanıqlı kənd təsərrüfatı üzrə təcrübəni inkişaf etdirmək, ətraf mühitin mühafizəsi, qadınların səlahiyyətləndirilməsi, iqtisadi inkişafın təşviqi və icma rifahının yaxşılaşdırmasına töhfə vermək məqsədilə icra ediləcək. Layihəni icra etməklə aşağıda qeyd olunan və onlarla əlaqəli digər məqsədlərə nail olmağı planlayırıq:
İqtisadi səlahiyyətləndirmə: Şəhid və qazi ailəsi və aztəminatlı ailələrlərdən olan qadınlar, tək analar və digər həssas qrupdan olan qadınlar üçün təlim və resurslar təmin edərək əlavə gəlir əldə etməsini və iqtisadi sabitliyə nail olmasını dəstəkləmək.
Dayanıqlı kənd təsərrüfatı və ekoloji məhsul istehsalı: Dayanıqlı kənd təsərrüfatı təcrübələrini, istixanada ətraf mühitə zərər verməyən üsullarla bitkilərin becərilməsini və ekoloji məhsul istehsalını təşviq etmək.
Potensialın artırılması: Uzunmüddətli özünütəminat və dayanıqlılığı təmin etmək məqsədilə 150 qadına dayanıqlı kənd təsərrüfatı təcrübəsi, biznes idarəçiliyi, komanda işi və ekoloji təmiz məhsul istehsalı sahəsində təlim keçmək və mentorluq etmək.
Qadınların iştirakçılığı: Qadınların dayanıqlı kənd təsərrüfatı və icma fəaliyyətlərində iştirakını artırmaq.
Ətraf mühitin mühafizəsi: Layihə iştirakçıları və geniş ictimaiyyət arasında ətraf mühitin qorunması üzrə məlumatlılığı artırmaq, ətraf mühitin mühafizəsi və dayanıqlı kənd təsərrüfatı sahəsində ən yaxşı təcrübələri tətbiq etmək.
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) dəstəklənməsi: İqtisadi və sosial inkişaf, ətraf mühitin mühafizəsi və böyüklər üçün təhsil (andraqogiya) ilə bağlı DİM-lərə töhfə vermək.
Ümumi məlumat
"Dayanıqlı kənd təsərrüfatında qadınlar" layihəsi Hacıqabul, Kürdəmir və Ucar rayonlarında dayanıqlı kənd təsərrüfatı təcrübəsini inkişaf etdirmək, ətraf mühiti qorumaq və icma rifahını artırmaq məqsədi daşıyır. İki il ərzində davam edəcək layihə şəhid və qazi ailələri, aztəminatlı ailələr, tək analar və digər həssas qrupdan olan 150 qadını dəstəkləyəcək. İştirakçılar dayanıqlı kənd təsərrüfatı təcrübələri, biznes idarəçiliyi, maliyyə savadlılığı və peşə/texniki bacarıqlar, o cümlədən bağçılıq təlimi və sağlamlıq, gözəllik və şəxsi qulluq məhsullarının istehsalı sahələrində hərtərəfli təlim və mentorluq alacaq. Kənd təsərrüfatı məhsuldarlığını artırmaq və dayanıqlı təcrübələri dəstəkləmək məqsədilə 150 layihə benefisiarının hər birinin fərdi təsərrüfatında 100 m² sahəni əhatə edən istixana quraşdırılacaq. Layihə benefisiarları da öz növbəsində əldə etdikləri bilik, bacarıq və resurslardan istifadə edərək həm istixana daxilində həm də kənarda yerli torpaq və iqlim şəraitinə uyğun olan müxtəlif bitki, ağac və kollar yetişdirəcək. Bu bitkilər sağlamlıq və şəxsi qulluq məhsullarını istehsal etmək üçün istifadə olunacaq. Layihə çərçivəsində iştirakçılar əkdiyi bitkilərdən istifadə edərək kiçik miqyasda məhsul istehsal etmələri üçün lazım olan avadanlıq və təchizat ilə təmin olunacaq. Layihə müddətində iştirakçılara kənd təsərrüfatı və sahibkarlıq məsələləri üzrə davamlı şəkildə məsləhət və texniki dəstək veriləcək, eləcə də qanuni tələblər, istehsal standartlarına əməl etmək və müvafiq icazələrin əldə olunması üçün yardım göstəriləcək. Məhsul satışını asanlaşdırmaq və benefisiarları mövcud dəstək və əməkdaşlıq proqramları haqqında məlumatlandırmaq üçün fərqli təşkilatlarla tərəfdaşlıq əlaqələri qurulacaq. Uzunmüddətli dayanıqlılığı təmin etmək üçün 12 qadın istehsal və inkişaf qrupu yaradılacaq. Yerli hakimiyyət orqanları, icma liderləri və müvafiq təşkilatlarla müntəzəm ünsiyyət və əməkdaşlıq ediləcək. Layihə gedişatını izləmək və nəticələri ölçmək məqsədilə monitorinq və qiymətləndirmə üzrə hərtərəfli çərçivə sənədi və layihə yekunlaşdıqdan sonra davamlılığın təmin olunması üçün strategiyalar hazırlanacaq. Fərqli komponentləri bir araya gətirməklə layihə, qadınları səlahiyyətləndirmək, dayanıqlı kənd təsərrüfatı təcrübələrini inkişaf etdirmək və daha geniş ölçüdə dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək məqsədi daşıyır.
Layihə benefisiarları
Layihənin əsas hədəf qrupuna Hacıqabul, Kürdəmir və Ucarda yaşayan şəhid və qazi ailəsi və aztəminatlı ailələrdən olan qadınlar, tək analar və digər həssas qrupdan olan 150 qadın aiddir.
Fəaliyyətlər
Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər layihə təklifi ilə müraciət edə bilər. Seçilmiş ərizəçinin aşağıda qeyd olunan fəaliyyətləri icra etməsi gözlənilir:
Seçilmiş icmalarda layihə haqqında məlumat kampaniyası təşkil etmək və öncədən müəyyən edilmiş və SOCAR Midstream sosial sərmayə komandası ilə razılaşdırılmış seçim kriteriyaları əsasında layihə benefisiarlarının seçimini aparmaq;
Dayanıqlı kənd təsərrüfatı təcrübələri, biznes idarəçiliyi, maliyyə savadlılığı, bağçılıq və sağlamlıq, gözəllik və şəxsi qulluq məhsullarının istehsalı üzrə tədris proqramının hazırlanması və təlim-mentorluq sessiyalarının təşkili;
150 benefisiarın həyətyanı sahəsində hər birinin 100 m² sahəsi olan istixana quraşdırmaq;
Layihə benefisiarlarının həyətyanı sahəsində və istixanalarında əkiləcək müxtəlif növ kol, ağac və digər bitkilərin növünü müəyyənləşdirmək və bu seçimi torpağın növü, yerli iqlim şəraiti və layihə məqsədləri ilə ən yaxşı şəkildə uzlaşması və onların sağlamlıq, gözəllik və şəxsi qulluq məhsullarının istehsalı üçün yararlı olması baxımından əsaslandırmaq;
Benefisiarların öz həyətlərində becərdikləri bitkilərdən istifadə edərək sağlamlıq və şəxsi qulluq məhsulları istehsal etməsi üçün lazım olan texnika, avadanlıq və təchizatın müəyyən olunması və təmin edilməsi;
Benefisiarlara kənd təsərrüfatı və biznes sahəsində davamlı texniki dəstəyin göstərilməsi;
Bütün hüquqi tələblər, istehsal standartları, icazə və lisenziyaların təmin edilməsində benefisiarlara dəstək olmaq;
Məhsul satışını təşviq etmək üçün layihə benefisiarlarını fərqli tərəfdaşlarla əlaqələndirmək və tərəfdaş təşkilatların iştirakçıları öz dəstək və əməkdaşlıq proqramları haqqında məlumatlandırmasını təmin etmək;
Hacıqabul, Kürdəmir və Ucar bölgələrində yaşayan 150 qadını bir araya gətirərək 12 qadın istehsal və inkişaf qrupu yaratmaq;
Layihə gedişatını və nəticələrini izləmək üçün əhatəli monitorinq və qiymətləndirmə çərçivə sənədi yaratmaq;
Yerli hakimiyyət orqanları, icma liderləri və müvafiq təşkilatlar da daxil olmaqla, əsas maraqlı tərəflərlə müntəzəm ünsiyyət və əməkdaşlıq qurmaq;
Layihə yekunlaşdıqdan sonra layihə fəaliyyətlərinin davamlılığını təmin etmək məqsədilə strategiyalar hazırlamaq və tətbiq etmək;
Layihə müddətində və layihə yekunlaşdıqdan sonra SOCAR Midstream Sosial Sərmayə komandasına ətraflı maliyyə və narrativ hesabat təqdim etmək.
Layihə təklifinin təqdim olunması ilə bağlı təqdimat:
Layihə təklifi formasında təşkilatlar aşağıdakıları təqdim etməlidir:
həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərin davam etmə müddəti;
indiyə kimi ərizəçi tərəfindən həyata keçirilmiş bənzər layihələrin xülasəsi və layihə komandası, cəlb ediləcək mütəxəssislərin tərcümeyi-halı və ya onlar haqqında qısa xülasə;
layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi və dayanıqlılığın təmin olunması ilə bağlı yanaşma və bunun əsaslandırılması;
yanaşma, metod və xüsusi layihə fəaliyyətlərinin icrasını təklif edərkən həm elmi həm də peşəkar müstəvidə yerli və beynəlxalq təcrübəyə istinadlar;
detallı büdcə və qeyd olunan xərclərin əsaslandırılması;
nəzərdə tutulan digər xərclər;
məntiqi çərçivə matriksi (logframe), monitorinq və qiymətləndirmə planı; uyğun indikatorlar (həm keyfiyyət, həm kəmiyyət); genderə həssas həyata keçirmə və qiymətləndirmə planı; gözlənilən risklər və risklərin azaldılması strategiyaları; layihədə maraqlı tərəflərin təhlili; icra planı (aylara görə).
Qiymətləndirmə kriteriyaları
Layihə təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:
Peşəkar təcrübə: Ərizəçi, layihə komandası və layihəyə cəlb edilən ekspert qrupunun təklif olunan fəaliyyət və iş proqramını başa çatdırmaq üçün uyğun peşəkar bilik, bacarıq və təcrübəyə malik olması. Bu baxımdan, müraciət edənlər aşağıdakı təsdiqedici sənədləri təqdim etməlidir: 1) Əvvəllər ərizəçi tərəfindən həyata keçirilmiş müvafiq fəaliyyətlərin xülasəsi. 2) CV və ya işin həyata keçirilməsinə cavabdeh şəxslərin peşəkar özkeçmişlərinin qısa xülasəsi.
Metodoloji əsaslandırma: Təklif olunan metod, yanaşma və fəaliyyətlərin effektivlik, səmərəlilik və dayanıqlılıq baxımından əsaslandırılması.
İnnovasiya: Layihə çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlərin icrası zamanı layihə benefisiarlarına, eləcə də SOCAR Midstream və onun tərəfdaşlarına uzun müddətli fayda verə biləcək innovativ yanaşmadan istifadə olunub.
Maraqlı tərəflərin cəlb edilməsi: Təklif olunan fəaliyyətlərin dizaynı, planlaşdırılması, icrası və monitorinqində müvafiq maraqlı tərəflərin və sahə üzrə ekspertlərin yüksək səviyyədə iştirakının nəzərdə tutulması.
Dayanıqlılıq: SOCAR Midstream və onun tərəfdaşlarının maliyyəsi xaricində layihənin davamlılığının və maliyyə etibarlılığının təmin olunması məqsədilə hədəf qrupu üçün uzunmüddətli, əsaslı və tətbiq edilməsi real həll yollarının təklif edilməsi.
Xərclərin səmərəliliyi: Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətləri yerinə yetirmək üçün məqbul və ağlabatan qiymətlərin təklif olunması.
Məqsədlərə uyğunlaşma: Layihə təklifində müəyyən edilmiş problemlərin hərtərəfli həlli, layihə fəaliyyətlərinin hədəf qruplarının ehtiyaclarına necə cavab verəcəyi və fəaliyyətlərin layihənin məqsəd və prioritetləri ilə uyğunluğu əks olunub.
Fəaliyyət planının aydın olması: Effektivlik və dayanıqlılığın təmin olunması üçün asanlıqla ölçülə bilən hədəf və innovativ həllər ilə yanaşı aydın, ardıcıl və əlaqəli fəaliyyət planının və metodologiyanın təqdim edilməsi.
Performansa nəzarət: Layihə gedişatının və performansın ölçülməsi üçün müəyyən edilmiş indikatorlara əsasən özünü qiymətləndirmə və performans monitorinq sisteminin təklif olunması.
Aydın büdcə: Layihə fəaliyyətləri nəticəsində çəkiləcək xərclərə nisbətdə əldə olunması planlaşdırılan dəyərin və bütün layihə xərclərinin aydın formada göstərildiyi büdcənin təqdim olunması.
Monitorinq və Qiymətləndirmə
Məntiqi çərçivə matriksi (logframe) əsasında obyektiv yoxlanıla bilən indikatorlar yaradılacaq və həmin indikatorlar üzrə gedişat hər ay yoxlanılacaq. Layihənin müqavilədə razılaşdırılmış qayda və şərtlərə uyğun olaraq həyata keçirilməsindən əmin olmaq üçün mütəmadi olaraq monitorinq və qiymətləndirmə işləri həyata keçiriləcək.
Ödəniş şərtləri
Büdcə üçün nəzərdə tutulan məbləğ AZN ilə ödəniləcək. SOCAR Midstream ödənişləri tələb olunan fəaliyyətlər icra edildikdən sonra qənaətbəxş fəaliyyət hesabatı, orijinal sənəd və fakturalar təqdim edildiyi halda 30 gün ərzində bank hesabı vasitəsilə həyata keçirəcək. Nəzərinizə çatdırmaq istərdik ki, layihə təklifi formasının hazırlanması üçün edilən bütün ödənişlər və çəkilən xərclər təklif formasını təqdim edən təşkilat tərəfindən qarşılanmalıdır. SOCAR Midstream layihə təkliflərinin hazırlanması üçün çəkilən hər hansısa bir xərcə görə məsuliyyət daşımır.
Son müraciət tarixi: 09 sentyabr, 2024, saat 14:00-a kimi.
Yalnız qeyd olunan tarixə kimi si@socarmidstream.az ünvanına göndərilən ərizələr nəzərdən keçiriləcək.
Sual və ya sorğular üçün si@socarmidstream.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Ərizənizi təqdim etməzdən öncə zəhmət olmasa əmin olun ki:
layihə təklifinin dizaynı və hazırlanması prosesinə müvafiq maraqlı tərəflər və sahə üzrə ekspertlər cəlb olunub;
müraciətə layihə təklifi, büdcə, layihə komandasının CV-ləri, layihənin fəaliyyət planı, monitorinq və qiymətləndirmə planı, LogFrame, risklərin azaldılması planı, maraqlı tərəflərin təhlili və cəlb edilməsi planı və müvafiq formatda hazırlanmış digər tələb olunan sənədlər daxildir;
bütün tələb olunan sənədləri qeyd olunan elektron ünvana göndərmisiniz;
təqdim edəcəyiniz sənədlər tamamlanıb və oxunaqlıdır;
sənədlər bütün qeyd olunan tələblərə cavab verir.
“Women in Sustainable Agriculture``
Call for Project Proposals
Call for Project Proposals
Issued: Call for Proposals to select the implementing partner for the "Women in Sustainable Agriculture" project.
The selected applicant will be responsible for all aspects of project execution, including training, mentorship, resource provision, community engagement, and other specified tasks outlined in the project proposal. Proposals must be submitted to si@socarmidstream.az by September 9, 2024, at 14:00 local time.
SOCAR Midstream and its partners at the South Caucasus Pipeline Company (SCPC) invite interested parties to submit project proposals for the implementation of the "Women in Sustainable Agriculture" project. The project will operate under the framework of SOCAR Midstream's Social Investment initiatives, with the aim of enhancing sustainable agricultural practices and contributing to environmental conservation, fostering economic development, promoting women empowerment, and improving community well-being. By implementing this project, we envision achieving objectives including, but not limited to:
Economic Empowerment: Support vulnerable women groups, including families of martyrs and war veterans, low-income families, single mothers, and other disadvantaged women, by providing training and resources to enable them to generate income and achieve economic stability.
Sustainable agriculture and eco-friendly product development: Promote sustainable farming practices, environmentally friendly greenhouse cultivation, and eco-friendly product manufacturing.
Capacity Building: Provide training and mentorship to 150 women in sustainable agricultural practices, business management, teamwork, and eco-friendly production to ensure long-term self-sufficiency and resilience.
Women’s Participation: Increase women's participation in sustainable agricultural activities and community development.
Environmental Protection: Promote environmental awareness and stewardship among project beneficiaries and the broader community while integrating best practices in environmental conservation and sustainable agriculture.
Supporting the Sustainable Development Goals (SDGs): Contribute to SDGs related to economic and social development, environmental protection, and adult education (andragogy).
Project Overview
The "Women in Sustainable Agriculture" project aims to enhance sustainable agricultural practices, contribute to environmental conservation, and improve community well-being in Hajigabul, Kurdamir, and Ujar regions. Over two years, the project will support 150 women from vulnerable backgrounds, including families of martyrs and war veterans, low-income households, single mothers, and other disadvantaged groups.
Participants will receive comprehensive training and mentorship in sustainable agricultural practices, business management, financial literacy, and vocational/technical skills, including horticultural training and the production of health, wellness, beauty, and personal care products. Greenhouses will be installed for 150 households, each covering an area of 100 m², to support sustainable farming practices and increase agricultural productivity.
Beneficiaries will cultivate various plants, including bushes, shrubs, trees, and herbs, both inside and outside greenhouses, suitable for the local soil and climate. These plants will be used to produce a range of health and wellness products. The project will provide the necessary equipment, and supplies to enable small-scale production using these plants.
Ongoing technical support in farming and business counseling will be provided to beneficiaries, along with assistance to ensure all legal requirements, production standards, and permits are in place. Partnerships will be coordinated to facilitate product sales and inform beneficiaries about existing support and cooperation programs.
To ensure long-term sustainability, 12 women's development and production units will be established. Regular communication and engagement with local authorities, community leaders, and relevant organizations will be maintained. The project will implement a robust monitoring and evaluation framework to track progress and measure outcomes, developing strategies to ensure the sustainability of activities beyond the project duration.
By integrating these components, the project aims to empower women, enhance sustainable agricultural practices, and contribute to broader sustainable development goals.
Target Audience
The primary target demographic of the project encompasses 150 women, particularly those from vulnerable groups such as families of martyrs and war veterans, low-income households, single mothers, and other disadvantaged communities in the Hajigabul, Kurdamir, and Ujar regions.
Activities
Applications are open to legal entities who have undergone state registration. The selected applicant will be expected to provide the following services:
Organize a project information campaign in selected communities and conduct the selection of project beneficiaries based on pre-determined and SOCAR Midstream Social Investment team-approved selection criteria.
Develop a curriculum and organize training and mentoring sessions in sustainable agricultural practices, business management, financial literacy, horticultural training, and the production of final consumer products, including those for health, wellness, beauty, and personal care.
Install greenhouses for 150 households, each with an area of 100 m².
Identifying and planting the types of bushes, shrubs, trees, and herbs that best suit the soil type, climate, and project objectives for planting both inside and outside of greenhouses in the backyards of project beneficiaries, justifying their selection based on various factors, including their suitability for producing health, wellness, beauty, and personal care products.
Identifying and providing the necessary equipment, and supplies to enable beneficiaries to produce health and wellness products using plants cultivated in their own yards.
Provide ongoing technical support in farming and business counseling to beneficiaries.
Supporting beneficiaries to secure all necessary legal requirements, production standards, permits, and licenses.
Coordinate partnerships to facilitate the sales of products and ensure that partner organizations inform project beneficiaries about their support and cooperation programs.
Establishing 12 women production units, bringing together 150 women from Hajigabul, Kurdamir, and Ujar.
Establish and implement a robust monitoring and evaluation framework to track project progress and outcomes.
Facilitate regular communication and engagement with key stakeholders, including local authorities, community leaders, and relevant organizations.
Develop and implement strategies to ensure the sustainability of project activities beyond the project duration.
Provide comprehensive financial and narrative reports to the SOCAR Midstream Social Investment team during and upon completion of the project.
Instructions for Submitting Project Proposal Forms:
Applicants submitting project proposals must include the following in the project proposal form:
Duration of the planned activities.
Summary of relevant projects previously implemented by the applicant, including details
SOCAR Midstream Gas Operations LLC.
12 elan
153 Neftchilar Ave., Port Baku Towers, Xazar Centre, 6th floor, Baku, Azerbaijan, AZ1010
www.socar-mgo.comsi@socar-mgo.comBunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.
Şirkət profili