Application period has ended (2/12/2024). See open vacancies
From the attached document
İnzibati köməkçi vəzifəsinə dair vakansiya elanı
“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) ictimai birliyi 2004 -cü ildən
Azərbaycanda fəaliyyət göstərir. AMFA üzvlük əsaslı biznes assosiasiyasıdır və hazırda 2 7 üzvü var. Azərbaycan Mikromaliyyə Assos iasiyası İnzibati köməkçi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə öhdəlikləri
• Ofisdə kargüzarlıq və inzibati işlərdə bütün işçi heyətinə dəstək ;
• Daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq, icra müddətinə nəzarət etmək;
• Sənədləri arxivləşdirmək;
• Aidiyyatı üzrə sənədləri təqdim etmək;
• Dəftərxana ləvazimatların sifarişini və paylanmasını təmin etmək, onların dövriyyəsini nəzarətdə saxlamaq;
• Bütün logistic işlərə məsul olmaq;
• Satınalma qaydalarına uyğunluğu təmin etmək ;
• Tədbirlərin təşkili ndə işçi heyətinə dəstək olmaq .
Tələb olunan b acarıqlar:
• Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
• Effektiv təşkilati bacarıqlar;
• Effektiv yazılı ünsiyyət bacarığı;
• Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə ;
• Vaxtın idarə olunması üzrə bacarıqlar;
• Çox saylı tapşırıqların idarə edilməsi üzrə mükəmməl bacarıqlar;
Yanaşma:
• Xoş, nəzakətli və səbirli yanaşma;
• Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
• Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
• Keyfiyyət barədə məlumat;
• Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.
Digər Tələblər:
• Ali təhsil arzuolunandır
• İnzibati işlərin yerinə yetirilməsində ən az 1 il iş təcrübəsi arzuolunandır
• Azərbaycan dili (sərbəst), ingilis dili ( yaxşı ), rus dili ( arzuolunandır )
İş üçün ərizələri/müraciətləri tərcüməyi hal (CV) ilə bərabər 12 fevral 2024-cü il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.
Elektron poçt: program @amfa.az . Qeyd: CV -nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin. Nəzəriniz ə çatdırırıq ki, yalnız seçilmiş namiz ədlərlə əlaqə saxlanılacaq.
Attachments
Azerbaijan Micro-finance Association (AMFA)
43 announcements
Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645