Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    TENDER

    Gelecek ucun Assosiasiyalar fealiyyeti

    9/25/2023Deadline: 10/6/2023Baki

    Description

     

    “GƏLƏCƏK ÜÇÜN ASSOSİASİYALAR” FƏALİYYƏTİ

    YÜKLƏ [ İştirakla bağlı uyğunluq və seçim meyarları ]

     

    Azərbaycanda rəsmi qeydiyyatda olan biznes və peşəkarlar assosiasiyaların nəzərinə!

    Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Gələcək üçün Assosiasiyalar” fəaliyyətini icra edir. Fəaliyyətin idarəedilməsi Azərbaycan Mikromaliyyə Assosiasiyası, Finance and Social İnnovation Consulting, Əlil Təşkilatları İttifaqı daxil olmaqla yerli və Beynəlxalq Təşkilatlar Konsorsiumu tərəfindən həyata keçirilir.

    Fəaliyyət Azərbaycanda biznes və peşəkarlar assosiasiyaların bacarıqlarını artıraraq, ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir.

    Fəaliyyət çərçivəsində on beş assosiasiyanın üzvlərə daha yaxşı xidmət göstərmək məqsədi ilə bilik və bacarıqlarının artırılması, fəaliyyətlərini təkmilləşdirmək imkanı, kiçik qrantların təqdim olunması nəzərdə tutulur.

    Seçilmiş Benefisiar Assosiasiyalar kiçik qrant vasitəsi ilə müxtəlif fəaliyyətləri maliyyələşdirə bilər:

    1)      Təşkilati sistemlər, alətlər və proseslər:

    -          Konsaltinq xidmətindən istifadə edərək təşkilatın Strateji və ya Fəaliyyət Planın hazırlanması;

    -          Assosiasiyanın veb saytının hazırlanması və ya təkmilləşdirilməsi;

    -          Üzvlük siyasətinin inkişafı;

    -           

    2)      Proqramların və xidmətlərin inkişafı:

    -          Üzvlər arasında sorğu keçirərək və ya müzakirə üçün fokus qruplarının təşkili nəticəsində yeni proqram və xidmətlərin tətbiqi;

    -          Yeni təlim proqramlarının hazırlanması;

    -           

    3)      Satınalma və maliyyə idarəçiliyinin gücləndirilməsi:

    -          Daxili prosedurların təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

    -          Xarici auditin aparılması.

                   Assosiasiyaların seçimində sorğu, müsahibə, fokus qrup müzakirələri, ikinci dərəcəli məlumatların təhlili və digər üsullardan istifadə olunacaq. Seçim 7 peşəkar ekspert və layihə konsorsiumundan ibarət olan seçki komitəsi tərəfindən həyata keçiriləcək. İlkin araşdırmanın nəticələrinə əsasən, konsorsium Azərbaycanda biznes və peşəkarlar assosiasiyalar üçün ilk dəfə hərtərəfli təlim proqramını tərtib və istifadə edəcək.

     

    Seçilmiş Benefisiar Assosiasiyalar fəaliyyətin aşağıdakı mərhələlərində iştirak edəcəklər:

    1)    Assosiyasiyaların bacarıqlarının qiymətləndirilməsi;

    2)    “Gələcək üçün Assosiayalar” Akademiyasının “Effektiv idarəetmə” təlimləri;

    3)    “Gələcək üçün Assosiasiyalar” Akademiyasının “Yumşaq bacarıqların” təlimləri;

    4)    Kiçik qrantın alınması;

    5)    Hesabatlıq.

     

    Fəaliyyətdə iştirak etmək üçün aşağıda göstərilən qaydalara uyğun bizə müraciət etməniz xahiş olunur:

    1)    Qoşmadakı seçim meyarları ilə tanış olmaq;

    2)    Linkə daxil olaraq iştirak ərizəsin doldurmaq.

    https://app.sli.do/event/6GL6pkKhPnznV8YtivLy5z/embed/polls/65bdcb28-8135-407f-b1aa-3878143ca303


    “Gələcək üçün Assosisiyalar” fəaliyyətində iştirakla bağlı müraciətlər üçün son tarixi 06.10.2023
    Suallarla bağlı  [email protected] mail ünvanı və ya +99451 290 38 03 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

    Azerbaijan Micro-finance Association (AMFA)

    Azerbaijan Micro-finance Association (AMFA)

    43 announcements

    Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
    https://www.amfa.az/[email protected]+994 12 437 1645
    View Company Profile

    Share

    WhatsAppTelegram