Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    TENDER

    TENDER: Maliyye savadliliginin artirilmasi ile bagli maariflandirme audio ve video carxlarin hazirlanmasi

    2/26/2026Deadline: 3/5/2026Baki

    Description

     


    Maliyyə savadlılığının artırılması ilə bağlı maarifləndirmə audio və video çarxların hazırlanması

    Tender elanı

    2026-cı il ərzində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və onun üzv təşkilatları tərəfindən maliyyə savadlılığının yüksəldilməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Tədbirlər maliyyə maarıflənməsi üzrə bir sıra audio və videoçarxların hazırlanmasını və televiziya, radio və sosial media kanallarında yayımlanmasını planlaşdırır.

    1. İŞ VƏ VƏZİFƏLƏRİN ƏHATƏ DAİRƏSİ

    Audio və videoçarxlar aşağıda qeyd olunan mövzuları əhatə edəcək:

    Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrin fəaliyyəti

    Daşınar əmlakın yüklülüyü nədir? Dövlət Reyestrinin məqsədi və əhəmiyyəti nədən ibarətdir? Reyestr sistemindən necə və kimlər istifadə edir? Yüklülük bildirişi nədir və hansı məlumatları ehtiva edir?

    Büdcənin idarə olunması

    Büdcənin - gəlir və xərc planının qurulması niyə vacibdir?
    İstək və ehtiyacların arasındakı fərq nədir, xərclər niyə prioritetləşdirilməlidir?
    Xərclərin izlənməsi  və borcların vaxtında ödənilməsi vərdişinin formalaşdırılması niyə vacibdir?
    Büdcə idarəsi üçün rəqəmsal alətlərdən (tətbiqlər) istifadənin faydaları nədir? Banklar öz mobil tətbiqlərində bu funksionallıqları niyə yaradırlar?

    Yığım

    Yığım hədəflərinin qoyulması və ona çatmaq üçün planın müəyyənləşdirilməsi niyə vacibdir?
    Yığım vərdişləri niyə və necə formalaşmalıdır və əhəmiyyəti nədir?
    Gəlirimiz gözlənilmədən azalarsa, necə davranmalıyıq?
    Əmanət hesabları bu yığımları necə daha dəyərli edə bilər?
    Əmanətlərin sığortalanması fondunun rolu nədən ibarətdir? Hansı əmanətlər sığortalanır?

    Sadə maliyyə bilikləri

    Faiz anlayışının mahiyyəti nədir? Sadə və mürəkkəb faiz necə hesablanır? FİFD-in izahı nədir və necə hesablanır?
    İnflyasiya nədir  və onun alıcılıq qabiliyyətinə təsiri nədən ibarətdir? Nominal əmanət gəliri (kredit üzrə faiz xərci) və real əmanət gəliri (kredit üzrə faiz xərci) arasındakı fərqin fəlsəfəsi nədən ibarətdir?

    Rəqəmsal bankçılıq

    Debit və kredit kart növlərinin fərqi nədir? Müştərilər bu məhsulları alarkən nələrə diqqət etməlidirlər?
    Şəxsi məlumatların qorunması niyə lazımdır (sosial şəbəkədə paylaşmamaq, vebsaytdakı şifrələri yeniləmək, ictimai WIFI-dən istifadədə ehtiyat)?
    Kibertəhlükələrdən (sosial mühəndislik və fişinq növləri, dələduzluq və fırıldaqçılıqdan müdafiə üsulları) qorunmaq üçün vətəndaşlar nə etməlidirlər?
    Rəqəmsal ödənişlərdən istifadə üsulları hansıdır və əhəmiyyəti (NFC və ya QR ödəniş, Apple/Google Pay-dən istifadə) nədən ibarətdir?

    İstehlakçı hüquqları və şikayət mexanizmi

    Kredit təşkilatı ilə bağlanan müqavilələrdə nələrə diqqət edilməlidir? Standart məlumatlandırma forması nədir və müştəri niyə mütləq oxumalıdır? Şikayəti olarsa, vətəndaş niyə ilk öncə maliyyə institutuna müraciət etməlidir?
    Mərkəzi Banka və məhkəməyə müraciət prosesi necədir ?

    Qlobal Pul Həftəsi (16-22 mart)

    Uşaqların və gənclərin maliyyə savadlılığının artırılmasını hədəfləyən Qlobal Pul Həftəsində 2026-ci ildə mövzu: SMART MONEY TALKS (Puldan danışaq). Bu mövzuda qeyd olunmuş zaman aralığında maarifləndirmənin aparılması, QlobaL Pul Həftəsi sloqanın əks olunduğu şəkillərin çəkilməsi və sosial media üzərindən verilmiş həştəqlərlə paylaşılması labüddür. Hazırlıq üçün təlimat kitabçası: https://globalmoneyweek.org/images/toolkit/ENGLISH_GMW_Toolkit_2026-sm.pdf

     

    Layihə tapşırıqlarına daxildir:

    • 7 Audio və 7 Video çarxın ssenarisini təqdim etmək
    • 7 Audio və 7 Video çarxın konspektini yazmaq
    • Yüksək keyfiyyətli 7 Audio və 7 Video çarx hazırlamaq
    • 7 Video çarxı fərqli video mühitləri üçün optimallaşdırmaq – TV, Veb səhifə, YouTube, LinkedIn və sair
    • Yüksək keyfiyyətli (Full HD/4K) 7 Audio və 7 Video çarxın (2D animasiya və ya motion graphics, doodle və ya whiteboard izahlı video format) hazırlanması. Video çarxların uzunluğu 45 – 90 saniyə olmalı, Azərbaycan dilində səsləndirilməli və ehtiyac olduqda altyazı ilə təmin edilməlidir.
    • Video çarxlar Azərbaycan dilində olmalı, zərurət yarandıqda altyazı ilə təmin edilməlidir.
    • Eyni dizaynda maarifləndirici posterlərin hazırlanması
    • Hazırlanmış bütün materialların (ssenari, video, audio, musiqi və qrafik elementlər) müəllif və istifadə hüquqları tam şəkildə AMFA-ya keçir. İstifadə olunan fon musiqiləri və görüntülər lisenziyalı olmalıdır.
    • Audio çarxlar üçün peşəkar diktor səsi tələb olunur

     

     

    1. VAXT CƏDVƏLİ VƏ XİDMƏTİ TƏHVİL VERMƏ MÜDDƏTİ

    Vaxt: 06 Mart – 30 Aprel 2026

    1. ÖDƏMƏ CƏDVƏLİ

    Ödənişlər üç hissədə həyata keçiriləcək:

    • İş planı, çəkiliş cədvəli və ssenarilər sifarişçiyə təhvil verildikdən və təsdiqlənəndən sonra 20%;
    • Tapşırıqların 50% təhvil veriləndən sonra 30%;
    • Yüksək keyfiyyətli 7 Audio və 7 Video çarx təhvil verildikdən və təsdiqləndikdən sonra 50%.

     

    1. QİYMƏTLƏNDİRMƏ MEYARLARI:
    • Maliyyə təklifinin rəqabətliliyi (40%);
    • Oxşar layihələrdə iş təcrübəsi və portfolio (40%);
    • Təqdim olunan ilkin konseptual yanaşma və yaradıcılıq (20%).

     

    1. MÜRACİƏTLƏR

     Bütün müraciət edənlər yuxarıda göstərilən minimum tələblərə cavab verməlidirlər. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Hər bir müraciətə aşağıdakılar daxil edilməlidir:

    - Tapşırığın yerinə yetirilməsi üçün maliyyə təklifi / ətraflı büdcəsi;

    - Şirkət portfoliosu və ya Ekspertlərin CV-si;

    - Son zamanlarda həyata keçirilmiş oxşar tapşırıqların nümunələri, iş / sənədli filmlərin video portfoliosu və keçidlər (linklər).

    Yuxarıda göstərilən məlumatların hamısı daxil olmayan müraciətlər nəzərdən keçirilməyəcək. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Maraqlanan şəxslər müraciətlərini 05 mart 2026-cı il, saat 17:00-dək “AMFA – audio və video çarxların hazırlanması” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

    Azerbaijan Micro-finance Association (AMFA)

    Azerbaijan Micro-finance Association (AMFA)

    43 announcements

    Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
    https://www.amfa.az/[email protected]+994 12 437 1645
    View Company Profile

    Share

    WhatsAppTelegram