Tender
Sale of vehicles (Peugeot Partner Tepee ) / nəqliyyat vasitələrinin satışını ()
Əlavə olunmuş sənəddən
Sale Peugeot Partner Tepee
April 8, 2025
The Delegation of the International Committee of the Red Cross in Azerbaijan is announcing the sale of following vehicles:
Conditions and procedures
1. The vehicles are at sight between 14-21, April 2025 (excluding weekends) at ICRC Baku Delegation, 75
Fatali khan Khoyski av.
2. The sale will be done by local and external bidding
3. Bid must be made using this form only. Forms must be submitted to ICRC Baku Delegation office, in a sealed envelope and drop to the tender box until April 21, 2025 (till 16:00 Baku time).
4. Opening of the bids by the seller (in absence of the bidders) will take place in BAKU on April 22, 2025, at 11:00 am. The selected winner will be contacted not later than April 23, 2025.
5. The bidding currency must be in Azerbaijani manats (AZN).The minimum bidding price will be 1500
CHF or 2884 Azerbaijani manats
6. Upon determination of selected bidder, the purchaser will pay full amount of offered price to the seller.
Handing over of the vehicle will be made when full payment is affected, customs and registration formalities have been completed and all taxes and duties have been paid.
7. All taxes, custom clearance and registration formalities must be paid by the purchaser of the vehicle. We cannot assume or predict custom clearance fee therefore please find this out before bidding for the cars.
Vehicle brand/type Peugeot Partner Tepee Peugeot Partner Tepee
Specifications 7J9HEC>1.6_Diesel_Manual
/Transmission_4x2, EURO5 7J9HEC>1.6_Diesel_Manual
/Transmission_4x2, EURO5
ICRC vehicle code 22082 22084
License plate number 072T027 072T029
VIN VF37J9HECHJ544176 VF37J9HECGJ522321
Current registration Republic of Azerbaijan Republic of Azerbaijan
Year production 2017 2017
Mileage 155180km 127470km
8. The vehicles will be sold in their present state as seen and approved by the bidder. The ICRC will not assume any guarantee for parts or labor costs regarding future repair of the vehicles.
9. The current vehicle insurance will be canceled upon the transfer of the vehicles.
10. Everyone who does not comply or agree with the above-mentioned conditions and procedures will be excluded from bidding. Ditto applies to incomplete quotations.
11. ICRC reserves the right to accept or cancel any bid in case of if seen as no transparency.
12. The Seller, meanwhile, also can cancel bids in certain circumstances. If a buyer requests a retraction-in case of high customs fee, if an item is no longer available or there is an error in the listing, or if the seller suspects that a fraudulent buyer is bidding on an item. Once a bid is canceled, it cannot be reinstated.
13. We cannot provide advice on the approximate amount for bidding, therefore, please don’t try to manipulate the auction to find out the reserve price or to discover how much another bidder’s maximum bid is.
14.Contact person Seymur Balaoghlanov- +994502630315
Bid for purchase
Bid offered in figures :
Bid offered in writing :
Bidders Name :
Bidders Address :
Bidders phone number :
Passport details bidder :
Place, date Bidders signature
Peugeot Partner Tepee nəqliyyat vasitələrinin satışı
8 aprel 2025-ci il
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi aşağıdakı nəqliyyat vasitələrinin satışını elan edir:
Şərtlər və prosedurlar
1. Nəqliyyat vasitələri 14-21 aprel 2025-ci il tarixləri arasında (yalnız iş günləri) BQXK-nın Fətəli xan Xoyski 75 ünvanında yerləşən Bakı nümayəndəliyində olacaq.
2. Satış daxili və xarici hərrac yolu ilə həyata keçiriləcək. Ən yaxşı qiymət təklifi verən hərrac iştirakçısı hərraca qoyulmuş nəqliyyat vasitəsinə sahib ola biləcək. Nəqliyyat vasitəsini satın almaq istəyən nümayəndəliyin yerli və əcnəbi əməkdaşlarına münasibətdə hər hansı üstünlüyə yol verilməyəcək. Onlar nəqliyyat vasitəsi üçün qiymət təklifi verə bilərlər, lakin həmin təkliflər də istisnasız digər kənardan gələn təkliflər kimi dəyərləndiriləcək.
3. Qiymət təklifləri yalnız bu formadan istifadə edilməklə təqdim olunmalıdır. Formalar bağlı zərfdə 21 aprel 2025-ci il tarixinədək Bakı vaxtı ilə saat 1600-a qədər BQXK-nın Bakı şəhərində yerləşən nümayəndəliyinə təqdim edilməli və hərrac qutusuna atılmalıdır.
4. Təkliflərin satıcı tərəfindən (hərrac iştirakçıları olmadan) açılması 22 aprel 2025-ci il tarixində saat 1100da Bakı şəhərində baş tutacaq. Seçilmiş qaliblə 23 aprel 2025-ci il tarixindən gec olmayaraq əlaqə saxlanılacaq.
5. Qiymət təklifləri yeni Azərbaycan manatı (AZN) ilə verilməlidir. Minimum qiymət 1500 İsveçrə frankı və ya 2884 yeni Azərbaycan manatı təşkil edir.
Marka /model Peugeot Partner Tepee Peugeot Partner Tepee
Spesifikasiyaları 7J9HEC>1.6_dizel_mexaniki
/sürətlər qutusu_4x2, EURO5 7J9HEC>1.6_dizel_mexaniki /sürətlər qutusu_4x2, EURO5
Nəqliyyat vasitəsinin
BQXK kodu 22082 22084
Qeydiyyat nişanı 072T027 072T029
BAN VF37J9HECHJ544176 VF37J9HECGJ522321
Hazırkı qeydiyyat Azərbaycan Respublikası Azərbaycan Respublikası
Buraxılış ili 2017 2017
Yürüş məsafəsi 155180km 127470km
6. Hərracın qalibi müəyyənləşdirildikdən sonra alıcı təklif edilmiş qiyməti tam məbləğdə satıcıya ödəməlidir.
Nəqliyyat vasitəsi ödəniş tam həyata keçirildikdən, gömrük rəsmiləşdirilməsi və qeydiyyat prosedurları tamamlandıqdan, bütün vergi və rüsumlar ödənildikdən sonra təhvil veriləcək.
7. Bütün vergilər, gömrük rəsmiləşdirilməsi və qeydiyyat prosedurları ilə bağlı xərclər nəqliyyat vasitəsinin alıcısı tərəfindən ödənilməlidir. Gömrük rəsmiləşdirilməsi rüsumunu ehtimal edə və bu barədə qabaqcadan məlumat verə bilmədiyimiz üçün nəqliyyat vasitəsi üçün qiymət təklifi verməzdən əvvəl bu haqda məlumat əldə etməyiniz xahiş olunur.
8. Nəqliyyat vasitəsi hərrac iştirakçısının gördüyü və təsdiq etdiyi cari vəziyyətində satılacaq. BQXK nəqliyyat vasitəsinin ehtiyat hissələri və ya gələcəkdə təmiri ilə bağlı xidmət haqqına dair hər hansı bir təminat vermir.
9. Nəqliyyat vasitəsi təhvil verildikdən sonra onun hazırkı sığortası ləğv olunacaq.
10. Yuxarıdakı şərtlərə və prosedurlara əməl etməyən və ya bunlarla razılaşmayan hər kəs hərracda iştirakdan kənarlaşdırılacaq. Qeyd edilənlər natamam qiymət təkliflərinə də şamil olunur.
11. BQXK istənilən qiymət təklifini qəbul etmək və ya şəffaflıq olmadığı təqdirdə təklifi ləğv etmək hüququnu özündə saxlayır.
12. Bununla belə satıcı da müəyyən hallarda qiymət təkliflərini ləğv edə bilər: alıcı gömrük rüsumu yüksək olduğu halda təklifi geri götürmək istədikdə, hərraca çıxarılan mal artıq mövcud olmadıqda və ya siyahıda hər hansı bir səhv olduqda, yaxud da satıcı hərraca çıxarılmış mal üçün dələduz alıcının qiymət təklifi verməsindən şübhələndikdə. Təklif ləğv edildikdə onu bərpa etmək olmaz.
13. Qiymət təklifinin təqribi məbləğinə dair hər hansı bir məsləhət verə bilmədiyimiz üçün minimal qiymət təklifini və ya digər alıcının maksimum nə qədər qiymət təklifi verdiyini öyrənmək məqsədilə hərracı manipulyasiya etməyə cəhd göstərməməyiniz xahiş olunur.
14.Əlaqə saxlanılacaq şəxs Seymur Balaoğlanov- +994502630315
Satınalma üçün qiymət təklifi
Qiymət təklifi (rəqəmlə):
Qiymət təklifi (sözlə):
Hərrac iştirakçısının adı:
Hərrac iştirakçısının ünvanı:
Hərrac iştirakçısının telefon nömrəsi:
Hərrac iştirakçısının şəxsiyyət vəsiqəsinin məlumatları:
Yer, tarix Hərrac iştirakçısının imzası
Azerbaijan Red Crescent Society
52 elan
S. Vurğun küç. 112, Bakı, Azərbaycan
https://redcrescent.org.az/redcrescent@redcrescent.org.az(+994 12) 493 84 81Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.
Şirkət profili