|
Maraq ifadəsi üçün sorğu RFI AZBAK22/01 Tarix: 09 Mart 2022 Hörmətli podratçılar, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi təxminən 8 təhsil müəssisəsində təmir və kiçik həcmli tikinti işlərini həyata keçirməyi və bundan əlavə bəzi səhiyyə məntəqələrinin, su və elektrik enerjisi təchizatı sistemlərinin bərpasına davam etməyi də planlaşdırır. Bütün bu işlər 2022-ci ildə həyata keçiriləcək və məktəblərdə təmir işləri 29 avqust 2022-ci il tarixinədək başa çatdırılmalıdır. Bu layihələr Tərtər, Ağdam və Füzuli rayonlarında həyata keçiriləcəkdir. Təmir işləri dam örtüyü, suvaq, rəngləmə, kafelləmə, taxta döşəmənin vurulması və su, istilik, kanalizasiya və elektrik təchizatı sistemlərinin quraşdırılması və s. dən ibarətdir. Kiçik həcmli tikinti işləri isə ayaq yolu və bulaqların inşasından ibarətdir. BQXK, tələb olunan təmir və tikinti işlərini 29 avqust 2022-ci il tarixinə qədər sona çatdıra bilmək üçün yuxarıda qeyd olunan bütün layihələrə eyni zamanda başlamağı planlaşdırır. Beləliklə, mümkün qədər çox etibarlı tikinti şirkətlərini müəyyənləşdirmək, onların qiymətləndirməsini və ilkin kvalifikasiyasını həyata keçirmək və sonda onları BQXK-nın standart satınalma qayda və təlimatlarına uyğun olaraq həyata keçiriləcək gələcək tenderlərə dəvət etmək niyyətindəyik. Maraqlanan şirkətlər və ya podratçılar qiymətləndirmə / ilkin kvalifikasiya üçün 04 Aprel 2022-ci il tarixinə qədər aşağıda qeyd olunan elektron ünvanına email vasitəsi ilə müraciət məktubu göndərə bilərlər. Electron ünvan: [email protected] Müraciət etmiş şirkətlər aşağıda göstərilmiş kriteriyalara uyğun olaraq qısa siyahıya alınaraq gələcəkdə baş tutacaq tenderlərə dəvət olunacaqdır. -Məaliyyə durumuna görə (Şirkətin son 3 il ərzində dövriyyəsi və digər məalliyə göstəricilərinə görə) -Tələb olunan hüquqi sənədlərin, müvafiq sertifikatlaşdırmanın və təchizatçının fəaliyyət növünün qiymətləndirilməsi - İş görmə gücünə, -Beynəlxalq qurumlarla iş təcrübəsi və eyni tipli lahiyələrin müvvəfəqiyyətlə həyata keçirmə qabiliyyətinə -Yerli şirkətlərin tövsiyə məktublarına və bazar araşdırmasına əsasən təchizatçının bazardakı reputasiyası -Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və ya humanitar təşkilatlar üçün oxşar tikinti layihələrinin uğurla həyata keçirilməsinin sübutu (tövsiyə məktubları əsasında) -İş yükü qabiliyyəti( Maşınların, personalın və digər amillərin mövcudluğu və iş görmə qabilliyəti) -Tikinti işlərinin görülməsi üçün sertifikatlaşdırma Ötən 2021-ci ildə keçirilmiş qiymətləndirmə / ilkin kvalifikasiyada iştirak etmiş şirkətlərin bütün məlumatları artıq qeydiyyatı aparıldığından, həmin şirkətlərin yenidən müraciət göndərməsinə ehtiyac yoxdur. BQXK-dan məsul şəxslə əlaqə saxlamaq üçün aşağıdakı telefon nömrələrini istifadə edə bilərsiniz: ofis xətti: +994 12 465 63 34/35, mobil telefon: +994 50 313 58 42, Nadir Rzayev, elektron poçt ünvanı: [email protected] |
Request for Expression of Interest RFI AZBAK22/01 Date 09 March 22 Dear contractors, The Delegation of the International Committee of the Red Cross (ICRC) in Azerbaijan will implement rehabilitation and small-scale construction works in approximately 8 education institutions. ICRC is also planning to continue with the rehabilitation of some health points, water and electricity systems. All these works will be carried out in 2022 and the school rehabilitations must be finished before 29th of August 2022.These projects will be implemented in Tartar, Aghdam and Fuzuli districts. The rehabilitation works will include roofing, plastering, painting, tiling, flooring and installation of water, heating, sewerage and electric supply systems for buildings. Small scale constructions will include building of sanitary facilities and wash points etc. ICRC is planning to start all above mentioned projects at the same time to be able to finalize the required rehabilitation and constructions works before the deadline of 29 th of August 2022). Thus, we intend to identify as many reliable construction companies as possible, to carry out their evaluation and pre-qualification, and, at the end, invite them to future tendering to be carried out according to standard ICRC procurement rules and regulations. Interested companies/contractors may apply for evaluation/pre-qualification by sending email to below mentioned email address by 04 April 2022. Email address: [email protected] Applicants will be invited to future tenders according to below mentioned criterias Evaluation criterias:
-Certification in construction works Since all details of the companies that participated in the pre-qualification held in 2021 has already been registered, there is no need for those companies to re-apply. You can use the following phone numbers to contact with responsible person from ICRC: office line: +994 12 465 63 34/35, mobile phone: +994 50 313 58 42, Nadir Rzayev email address: [email protected] |

52 announcements