|
Maraq ifadəsi üçün sorğu RFI AZBAK23/01 Tarix: 23 Yanvar 2023 Hörmətli podratçılar, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi təxminən 3 təhsil müəssisəsində təmir və kiçik həcmli tikinti işlərini həyata keçirməyi və bundan əlavə 4 kənddə isə mövcud su təchizatı sisteminin təmiri işlərini də planlaşdırır. Bu işlərin icrası 2023-ci ildə Tərtər, Ağdam və Füzuli rayonlarının kəndlərində planlaşdırılır. Təmir işləri dam örtüyünün bərpası, divarların suvağı, rəngləmə, kafelləmə, taxta döşəmənin vurulması və su, istilik, kanalizasiya və elektrik təchizatı sistemlərinin quraşdırılması və s. dən ibarətdir. Kiçik həcmli tikinti işləri isə ayaq yolu və bulaqların inşasından ibarətdir. Beləliklə, mümkün qədər çox etibarlı tikinti şirkətlərini müəyyənləşdirmək, onların qiymətləndirməsini və ilkin kvalifikasiyasını həyata keçirmək və sonda onları BQXK-nın standart satınalma qayda və təlimatlarına uyğun olaraq həyata keçiriləcək gələcək tenderlərə dəvət etmək niyyətindəyik. Maraqlanan şirkətlər və ya podratçılar qiymətləndirmə / ilkin kvalifikasiya üçün 27 Fevral 2023-ci il tarixinə qədər aşağıda qeyd olunan elektron ünvanına email vasitəsi ilə müraciət məktubu göndərə bilərlər. Müraciət məktubuna Təchizatçının qeydiyyatı üçün anket formasının doldurulmuş və imzalanmış forması, anket formasında göstərilmiş sənədlər və BQXKnın ümumi satınama şərtlərinin doldurulmuş və imzalanmış versiyası əlavə olunmalıdır. Bildiririk ki, əvvəlki illərdə sənədlərini təqdim etmiş podratçıların yenidən müraciət etmələrinə ehtiyac yoxdur. Electron ünvan: [email protected] Müraciət etmiş podratçılar aşağıda göstərilmiş kriteriyalara uyğun olaraq qısa siyahıya alınaraq gələcəkdə baş tutacaq tenderlərə dəvət olunacaqdır. -Məaliyyə durumuna görə (Şirkətin son 3 il ərzində dövriyyəsi və digər məalliyə göstəricilərinə görə) -Tələb olunan hüquqi sənədlərin, müvafiq sertifikatlaşdırmanın və təchizatçının fəaliyyət növünün qiymətləndirilməsi -Yerli şirkətlərin tövsiyə məktublarına və bazar araşdırmasına əsasən təchizatçının bazardakı reputasiyası -Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və ya humanitar təşkilatlar üçün oxşar tikinti layihələrinin uğurla həyata keçirilməsinin sübutu (tövsiyə məktubları əsasında) -İş yükü qabiliyyəti( Maşınların, personalın və digər amillərin mövcudluğu və iş görmə qabilliyəti) -Tikinti işlərinin görülməsi üçün sertifikatlaşdırma BQXK-dan məsul şəxslə əlaqə saxlamaq üçün aşağıdakı telefon nömrələrini istifadə edə bilərsiniz: ofis xətti: +994 12 465 63 34/35, mobil telefon: +994 50 313 58 42, Nadir Rzayev, elektron poçt ünvanı: [email protected] |
Request for Expression of Interest RFI AZBAK23/01 Date 23 January 23 Dear contractors, The Delegation of the International Committee of the Red Cross (ICRC) in Azerbaijan will implement rehabilitation and small-scale construction works in approximately 3 education institutions. it is also planning to repair the existing water supply system in 4 villages. All these works will be carried out in 2023.These projects will be implemented in Tartar, Aghdam and Fuzuli districts. The rehabilitation works will include roofing, plastering, painting, tiling, flooring and installation of water, heating, sewerage and electric supply systems for buildings. Small scale constructions will include building of sanitary facilities and wash points etc. Thus, we intend to identify as many reliable construction companies as possible, to carry out their evaluation and pre-qualification, and, at the end, invite them to future tendering to be carried out according to standard ICRC procurement rules and regulations. Interested companies/contractors may apply for evaluation/pre-qualification by sending email to below mentioned email address by 27 February 2023. To apply, attach the completed and signed version of the “Application form for vendor registration”, required documents specified in the application form and the completed and signed version of the ”General ICRC conditions for work contracts” Please take into consideration that, contractors who submitted their documents in previous years do not need to apply again.
Email address: [email protected] Applicants will be invited to future tenders according to below mentioned criterias Evaluation criterias:
-Certification in construction works You can use the following phone numbers to contact with responsible person from ICRC: office line: +994 12 465 63 34/35, mobile phone: +994 50 313 58 42, Nadir Rzayev email address: [email protected] |

52 announcements