Xidmət Təklifləri üçün Çağırış
|
Vəzifə |
Layihə İdarəetməsi üzrə təlimçi və mentor |
|
Məkan |
Bakı Dövlət Universiteti |
|
Müddət |
20 konsultasiya günü (min 8 təlim günü daxil olmaqla) |
Nəzərdə tutulur: Layihə İdarəetməsində Nəticə Əsaslı İdarəetmə (Results-Based Management) yanaşması üzrə Bakı Dövlət Universitetin əməkdaşlarının bilik/bacarıqlarını artırmaqla Layihə Təklifinin hazırlanmasını hədəfləyən təlim və mentorluq/nəzarət xidmətinin göstərilməsi.
Ərizə forması 20 noyabr, 2023-cü il yerli vaxtla saat 09:00-dan gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected]
SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları, maraqlı tərəfləri qeyd olunan sahədə təlim və mentorluq xidmətlərinin icrası üçün xidmət təkliflərini təqdim etməyə dəvət edir.
Xidmətlər
Əlaqədar sahədə geniş təcrübə və biliyə malik olan fiziki və hüquqi şəxslərdən gələn ərizələrin qəbulunu elan edirik.
İcraçı tərəf layihə hədəflərinə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirəcək:
Xidmət təklif formasının təqdim olunması ilə bağlı təlimat
Aşağıdakı sənədlər əlavədə qeyd olunmalıdır:
Tələblər
Qiymətləndirmə kriteriyaları
Layihə təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:
Ödəniş şərtləri
Büdcə üçün nəzərdə tutulan məbləğ AZN ilə ödəniləcək. SOCAR ödənişi orijinal sənəd və fakturalar təqdim edildiyi halda, qənaətbəxş yoxlanış hesabatı və tələb olunan məhsul/xidmətlər alındıqdan sonra 30 gün ərzində bank hesabı vasitəsilə həyata keçirəcək. Nəzərinizə çatdırmaq istərdik ki, xidmət təklifi formasının hazırlanması üçün edilən bütün ödənişlər və çəkilən xərclər təklif formasını təqdim edən ərizəçi tərəfindən qarşılanmalıdır. SOCAR layihə təkliflərinin hazırlanması üçün edilən hər hansısa bir xərcə görə məsuliyyət daşımır.
Son müraciət tarixi: 20 noyabr 2023-cü il, saat 09:00-dək
Yalnız qeyd olunan tarixə kimi [email protected] ünvanına göndərilən və ingilis dilində yazılmış ərizələr nəzərdən keçiriləcək. Ərizənizi təqdim etməzdən öncə zəhmət olmasa əmin olun ki:
- bütün tələb olunan sənədləri qeyd olunan elektron ünvana göndərmisiniz;
- təqdim edəcəyiniz sənədlər tamamlanıb və oxunaqlıdır;
- sənədlər qeyd olunan tələblərə cavab verir.

12 announcements