Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Layihə İdarəetməsi üzrə təlimçi və mentor

    3/10/2022Deadline: 4/4/2022Baku, Azerbaijan

    Description

    Xidmət Təklifləri üçün Çağırış

     

    Vəzifə

    Layihə İdarəetməsi üzrə təlimçi və mentor

    Məkan 

    Mingəçevir Dövlət Universiteti

    Müddət 

    20 konsultasiya günü (min 8 təlim günü daxil olmaqla) 

     

    Nəzərdə tutulur: Layihə İdarəetməsində Nəticə Əsaslı İdarəetmə (Results-Based Management) yanaşması üzrə Mingəçevir Dövlət Universitetin əməkdaşlarının bilik və bacarıqlarının artırılmasını hədəfləyən təlim və mentorluq xidmətinin göstərilməsi. 


    Ərizə forması 04 Aprel, 2022-ci il yerli vaxtla saat 09:00-dan gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir:  [email protected]

     

    SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları, maraqlı tərəfləri qeyd olunan sahədə təlim və mentorluq xidmətlərinin icrası üçün xidmət təkliflərini təqdim etməyə dəvət edir. 

    Xidmətlər

    Əlaqədar sahədə geniş təcrübə və biliyə malik olan fiziki və hüquqi şəxslərdən gələn ərizələrin qəbulunu elan edirik.

     

    İcraçı tərəf layihə hədəflərinə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirəcək:

    • Universitet əməkdaşları üçün Nəticə Əsaslı İdarəetmə üzrə təlim kurrikulumu və sillabus materiallarının (orta səviyyə) hazırlanması; 
    • Layihə fəaliyyətlərinin və nəticələrinin effektivliyinin ölçülməsi məqsədilə iştirakçılar arasında təlim öncəsi və sonrası qiymətləndirmənin aparılması;
    • Təlimlərin, əlavə olaraq qrup mentor və ya kouç sessiyalarının keçirilməsi (10 iştirakçı);
    • Təlim reportunun hazırlanması;
    • Yuxarıda göstərilən xidmətlər ilə əlaqəli digər fəaliyyətlərin icrası.

     

    Xidmət təklif formasının təqdim olunması ilə bağlı təlimat

     

    Aşağıdakı sənədlər əlavədə qeyd olunmalıdır:

     

      1. Xidmət təklifi:
        • ərizəçi fəaliyyətlərin icrası ilə bağlı nümunələr göstərərək hansı səbəbdən ən uyğun namizəd olduğunu izah edir;
        • ərizəçi işin təşkili ilə bağlı təklif etdiyi yanaşma və metodologiya barədə məlumat verir.

     

      1. Fəaliyyətlərin icrası ilə bağlı detallı maliyyə təklifi və əsaslandırma.

     

      1. Ərizəçinin bənzər təcrübəsinin yer aldığı CV və ya Rezüme.

    Tələblər

        • Nəticə Əsaslı İdarəetmə yanaşmasının tətbiq edildiyi sosial və iqtisadi inkişafı hədəfləyən layihələrin yazılması, icrası, monitorinq və qiymətləndirməsi üzrə ən azı 5 illik iş təcrübəsi;
        • Təlim prosesinin effektiv təşkili və kurrikulum dizaynı üzrə bilik və bacarıqlar;
        • Tədqiqat və analitik bacarıqlar; 
        • MS Word, Excel, PowerPoint və digər ofis proqramlarından peşəkar istifadə bacarığı;
        • Azərbaycan və İngilis dillərində şifahi və yazılı yüksək kommunikasiya bacarıqları.




    Qiymətləndirmə kriteriyaları 

    Layihə təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: 

        • ərizəçi təklif olunan fəaliyyət və iş proqramını uğurla başa çatdırmaq üçün uyğun peşəkar bilik, bacarıq və təcrübəyə malikdir;
        • nəzərdə tutulan fəaliyyətləri yerinə yetirmək üçün məqbul və ağlabatan qiymətlər təklif olunub; 
        • ərizəçi göstərilən fəaliyyətlərin icrası üçün innovativ yanaşma və metodologiyalar təklif edir.

     

    Ödəniş şərtləri 

    Büdcə üçün nəzərdə tutulan məbləğ AZN ilə ödəniləcək. SOCAR ödənişi orijinal sənəd və fakturalar təqdim edildiyi halda, qənaətbəxş yoxlanış hesabatı və tələb olunan məhsul/xidmətlər alındıqdan sonra 30 gün ərzində bank hesabı vasitəsilə həyata keçirəcək. Nəzərinizə çatdırmaq istərdik ki, xidmət təklifi formasının hazırlanması üçün edilən bütün ödənişlər və çəkilən xərclər təklif formasını təqdim edən ərizəçi tərəfindən qarşılanmalıdır. SOCAR layihə təkliflərinin hazırlanması üçün edilən hər hansısa bir xərcə görə məsuliyyət daşımır. 

     

    Son müraciət tarixi: 04 Aprel 2022-ci il, saat 09:00-dək

    Yalnız qeyd olunan tarixə kimi [email protected] ünvanına göndərilən və ingilis dilində yazılmış ərizələr nəzərdən keçiriləcək. Ərizənizi təqdim etməzdən öncə zəhmət olmasa əmin olun ki: 

    - bütün tələb olunan sənədləri qeyd olunan elektron ünvana göndərmisiniz; 

    - təqdim edəcəyiniz sənədlər tamamlanıb və oxunaqlıdır; 

    - sənədlər bütün rəsmi tələblərə cavab verir. 






    SOCAR Midstream Gas Operations LLC.

    SOCAR Midstream Gas Operations LLC.

    12 announcements

    153 Neftchilar Ave., Port Baku Towers, Xazar Centre, 6th floor, Baku, Azerbaijan, AZ1010
    www.socar-mgo.com[email protected]
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?