Application period has ended (7/31/2022). Customer Service: 50 open vacancies
From the attached document
Üzvlərlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsinə VAKANSİYA
ELANI
“Azərbaycan Mikromaliyy ə Assosiasiyası” AMFA ictimai birliyi 2004 -cü ild ən Az ərbaycanda f əaliyyət göstərir. AMFA üzvlük əsaslı biznes assosiasiyadır v ə hazırda 29 üzvü var. Az ərbaycan Mikromaliyyə
Assosiasiyası Üzvlərlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifə Öhdəlikləri:
Statistik məlumatları maliyyə təşkilatlardan toplayaraq hesabatlar hazırlamaq;
Üzv təşkilatların assosiasiya fəaliyyətində fəal iştirakını təşviq etmək;
Üzv təşkilatların Assosiasiya daxilində xidmətlərdən istifadəsini monitorinq etmək;
Üzv təşkilatların arasında müxtəlif səpkili sorğuların keçirilməsi (məmnunluq , ehtiyacların və təkliflərin öyrənilməsi və s.);
Yeni potensial təşkilatları assosiasiyanın üzvlüyünə cəlb etmək;
Üzv təşkilatlara göstərilən xidmətlərinin keyfiyyəti və çeşidinin artımı ilə bağlı təkliflər hazırlamaq;
Təlim, seminar və dairmi masa texniki və lobbiçilik məsələlərə dair görüşləri təşkil etmək;
Üzvlərin müxtəlif istiqamətlər üzrə əlaqələndirici şəxslərinin əlaqə koordinatlarının bazasını yaratmaq və müntəzəm olaraq yeniləmək;
Üzvlük haqlarının toplanması və üzvlərin müxtəlif layihələrin maliyyələşdirilməsinə təşviq edilməsi proseslərinə töhfə vermək;
Assosiasiyada könüllü əsaslarda çalışan şəxslərin fəaliyyətini koordinasiya etmək;
Assosiasiyanın İllik Mükafat proqramlarının,İlik Konfrans və İnvestorlar Yarmarkasını təşkil etmək;
Maliyyə sektorunun inkişafını dəstəkləyən texniki layihələrin icrası zamanı tələb olunan dəstəyi göstərmək;
Rəhbərliyin digər tapşırıqlarını icra etmək Tələb Olunan Texniki Bilik və Bacarıqlar:
İdarəetmə, iqtisadiyyat, maliyyə, marketinq və sair uyğun sahədə ali təhsil;
Uyğun sahədə 3 il iş təcrübəsi;
Səmərəli biznes ünsiyyət bacarıqları o cümlədən müştəri xidmətləri, satış və danışıqlar aparmaq sahəsində təcrübə;
Araşdırma aparmaq, sorğular keçirmək, analitik təhlil və yazılı hesabatlar tərtib etmək bacarıqları;
İnternet səhifəsini idarə etmək və social media bacarıqları;
Azərbaycan və ingilis dillərinə sərbəst yazı və danışıq qabiliyyəti, rus dili arzuolunandır; MS
Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı(MS Excel proqramında pivot cədvəllərlə işləmək təcrübəsi vacibdir);
Yüksək peşə hazırlığı və mənəvi-əxlaqi keyfiyyətlər;
Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək qabiliyyəti;
Fərdi və komanda şəklində işləmək bacarığı.
İş üçün ərizələri/müraciətləri, tərcümeyi hal(CV) ilə bərabər 31 iyul 2022-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz. Elektron post: administration@amfa.az . Qeyd: CV-nizi təqdim edən zaman müraci ət etdiyiniz v əzifəni “ Üzvlərlə Əlaqələr üzr ə Mütəxəssis” qeyd etm əyiniz vacibdir.
Attachments
Azerbaijan Micro-finance Association (AMFA)
43 announcements
Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile