Application period has ended (6/10/2022). Customer Service: 47 open vacancies
From the attached document
Üzvlərlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsinə
VAKANSİYA ELANI
“Azərbaycan Mikromaliyy ə Assosiasiyası” AMFA ictimai birliyi 2004 -cü ild ən Az ərbaycanda f əaliyyət göstərir. AMFA üzvlük əsaslı biznes assosiasiyadır v ə hazırda 29 üzvü var. Az ərbaycan Mikromaliyy ə
Assosiasiyası Üzvlərlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifə Öhdəlikləri :
✓ Statistik məlumatları maliyyə təşkilatlardan toplayaraq hesabatlar hazırlamaq;
✓ Üzv təşkilatların assosiasiya fəaliyyətində fəal iştirakını təşviq etmək;
✓ Üzv təşkilatların Assosiasiya daxilində xidmətlərdən istifadəsini monitorinq etmək;
✓ Üzv t əşkilatların arasında müxt əlif s əpkili sorğuların keçirilm əsi (m əmnunluq , ehtiyacların v ə təkliflərin öyrənilməsi və s.);
✓ Yeni potensial təşkilatları assosiasiyanın üzvlüyünə cəlb etmək;
✓ Üzv təşkilatlara göstərilən xidmətlərinin keyfiyyəti və çeşidinin artımı ilə bağlı təkliflər hazırlamaq;
✓ Təlim, seminar və dairmi masa texniki və lobbiçilik məsələlərə dair görüşləri təşkil etmək;
✓ Üzvlərin müxt əlif istiqam ətlər üzr ə əlaqələndirici ş əxslərinin əlaqə koordinatlarının bazasını yaratmaq və müntəzəm olaraq yeniləmək;
✓ Üzvlük haqlarının toplanması və üzvlərin müxtəlif layihələrin maliyyələşdirilməsinə təşviq edilməsi proseslərinə töhfə vermək;
✓ Assosiasiyada könüllü əsaslarda çalışan şəxslərin fəaliyyətini koordinasiya etmək;
✓ Assosiasiyanın İllik Mükafat proqramlarının,İlik Konfrans və İnvestorlar Yarmarkasını təşkil etmək;
✓ Maliyyə sektorunun inkişafını d əstəkləyən texniki layih ələrin icrası zamanı t ələb olunan d əstəyi göstərmək;
✓ Rəhbərliyin digər tapşırıqlarını icra etmək
Tələb Olunan Texniki Bilik və Bacarıqlar:
✓ İdarəetmə, iqtisadiyyat, maliyyə, marketinq və sair uyğun sahədə ali təhsil;
✓ Uyğun sahədə 3 il iş təcrübəsi ;
✓ Səmərəli biznes ünsiyy ət bacarıqları o cüml ədən müşt əri xidm ətləri, satış v ə danışıqlar aparmaq sahəsində təcrübə;
✓ Araşdırma aparmaq, sorğular keçirm ək, analitik t əhlil v ə yazılı hesabatlar t ərtib etm ək bacarıqları;
✓ İnternet səhifəsini idarə etmək və social media bacarıqları;
✓ Azərbaycan və ingilis dillərinə sərbəst yazı və danışıq qabiliyyəti, rus dili arzuolunandır;
✓ MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı(MS Excel proqramında pivot cədvəllərlə işləmək təcrübəsi vacibdir);
✓ Yüksək peşə hazırlığı və mənəvi-əxlaqi keyfiyyətlər;
✓ Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək qabiliyyəti;
✓ Fərdi və komanda şəklində işləmək bacarığı.
İş üçün ərizələri/müraciətləri, tərcümeyi hal(CV) ilə bərabər 10 iyun 2022-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz. Elektron post: administraton@amfa.az . Qeyd: CV-nizi təqdim edən zaman müraci ət etdiyiniz v əzifəni “Üzvlərlə Əlaqələr üzr ə Mütəxəssis” qeyd etməyiniz vacibdir.
Attachments
Azerbaijan Micro-finance Association (AMFA)
43 announcements
Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645