Skip to content

    Application period has ended (4/20/2021). Design & Creative: 39 open vacancies

    Vacancy

    Reqemsal Savadliliq uzre Telimat Dizayneri

    4/16/2021Deadline: 4/20/2021Baki

    From the attached document

    "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsi Rəqəmsal Savadlılıq üzrə Təlimat Dizayneri Vakansiyasına Elan LAYİHƏ HAQQINDA 2018-ci ilin oktyabr ayından etibar ən Az ərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Azərbaycan Gənclərinin Nailiyyəti (JA Azerbaijan) t əşkilatı ilə birlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsini həyata keçirir. Layihənin məqsədi sahibkarlıqla bağlı bacarıqların formalaşdırılması və sahibkarlıq ekosisteminin inkişafında vətəndaş cəmiyyətinin iştirakını artırmaqdır. Layihə həmçinin maraqlı tərəflər arasında əməkdaşlığı təşviq etmək, o cümlədən yerli sahibkarları, biznes sahəsində çalışan mütəxəssisləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini, bacarıqlarının artırılması, resursların hazırlanması və sahibkarlıq və maliyyə savadlılığının aşılanmasına cəlb etmək məqsədi daşıyır. Sözügedən layihə Bakı, Qəbələ, Qax, Gəncə, Xaçmaz, Masallı, Mingəçevir və Zaqatalada həyata keçirilir. Layihə şəhər və rayonlarda yerləşən pilot peşə və orta məktəblərdə təhsil alan 3000 şagirdi və 150 müəllimi əhatə e tməyi planlaşdırır. TAPŞIRIĞIN ƏSAS MƏQSƏDİ Tapşırığın əsas məqsədi Avropa İttifaqının maliyyələşdirdiyi "Gənclərin sahibkarlıq f əaliyyətinə dəstək" layihəsi çərçivəsində “Rəqəmsal savadlılıq” üzrə təlim materiallarının hazırlanmasıdır. METODOLOGİYA Bu tapşırıq üçün seçilmiş namizəd aşağıdakı qeyd olunan tapşırıqları yerinə yetirəcəkdir. • Rəqəmsal savadlılığa dair təlim materiallarını hazırlamaq • Hədəf auditoriyanın t əlim ehtiyaclarını mü əyyənləşdirmək üçün tərəfdaş v ə mütəxəssislərlə əməkdaşlıq etmək • Təlimin gözl ənilən n əticələrinə uyğun olaraq, t əlimin məqsədini və tədris planını mütəxəsisslərlə müəyyənləşdirmək və inkişaf etdirmək • Təlimin effektivliyini qiymətləndirmək üçün testlər, qiymətləndirmə sorğuları hazırlamaq İŞ VƏ VƏZİFƏLƏRİN ƏHATƏ DAİRƏSİ • Azərbaycan dilində “Rəqəmsal Savadlılıq” mövzusunda təlim modulu hazırlamaq VAXT CƏDVƏLİ VƏ XİDMƏTİ TƏHVİL VERMƏ MÜDDƏTİ “Rəqəmsal Savadlılıq” mövzusunda t əlim modulunun təhvil verilm əsi AMFA il ə müqavilə imzalandıqdan sonra 30 gün ərzində həyata keçirilməlidir Vaxt: 15 aprel – 15 may 2021 MÜTƏXƏSSİSDƏN TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR Namizəd aşağıdakı bacarıqlara malik olmalıdır: • Təhsil texnologiyaları, təlimat dizaynı, yetkinlərin təhsili və ya oxşar sahələrdə magistr dərəcəsi • Ümumtəhsil məktəblərdə texnologiya sahəsində müəllimlərə təlim keçmə təcrübəsi • Performansa əsaslanan təlimat dizaynı, yetkinlərin öyrənmə nəzəriyyələri, təlimat dizayn prinsipləri və metodologiyaları, və təlim texnologiyaları haqqında qabaqcıl bilik və bacarıqlar • Fərqli tədris formatları (məsələn, üz-üzə, onlayn)üzrə təlim vəsaitlərinin dizaynı, inkişafı və tətbiqi daxil olmaqla müvafiq təcrübə • Onlayn fəaliyyət və distant tədris təcrübəsinə üstünlük verilir • Kurikulum dizaynında media, onlayn tətbiqetmə vasitələrindən istifadə edərək təlim materiallarının hazırlanması üzrə təcrübə • Müxtəlif situasiyalarda fəaliyyətləri müəyyən vaxt çərçivəsində həyata keçirmə bacarığı • Rəsmi layihə idarəetmə metodologiyaları və tətbiqetmələri haqqında praktik biliklərə üstünlük verilir • Öyrənmə İdarəetmə Sistemləri (LMS) və məzmunun çatdırılması vasitələri ilə təcrübə (Adobe Captivate təcrübəsinə üstünlük verilir) MÜRACİƏTLƏR Bütün müraciət edənlər yuxarıda göstərilən minimum tələblərə cavab verməlidirlər. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Hər bir müraciətə aşağıdakılar daxil edilməlidir: - Tapşırığı necə yerinə yetirmək istədiklərinə dair texniki təklif; - Layihənin maliyyə təklifi / ətraflı büdcəsi; - Ekspertlərin CV-lərini və peşəkar arayışlar və ya tövsiyə məktubu; Yuxarıda göst ərilən m əlumatların hamı sı daxil olmayan müraci ətlər n əzərdən keçirilm əyəcək. Yalnız qısa siyahıya alınmış namiz ədlərlə əlaqə yaradılacaq. Maraqlanan şəxslər müraciətlərini 20 aprel 2021-ci il, saat 17:00 -dək “ Təlimat dizayneri ” başlığı il ə member_services@amfa.az elektron poçt ünvanına göndərməlidirlər.
    Azerbaijan Micro-finance Association (AMFA)

    Azerbaijan Micro-finance Association (AMFA)

    43 announcements

    Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
    https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645
    View Company Profile

    Share

    Attachments (1)

    Similar vacancies — Design & Creative

    All 39 vacancies