Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Telimci

    12/1/2022Deadline: 12/14/2022Baki

    Description

     

    XIDMƏT MÜQAVİLƏSİ ƏSASINDA TƏLİMÇİ VƏZİFƏSİNƏ ELAN

     

    Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Gələcəyin Assosiasiyaları” lahiyəsini icra edir. Layihə çərçivəsində biznes və peşəkar assosiasiyaların blik və bacarıqlarını artırmaq üçün peşəkar təlimçilər (xidmət müqaviləsi əsasında) tələb olunur.

    Layihə haqqında qısa məlumat:

    Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas icraçısı olduğu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi AMFA, “Finance and Social İnnovation Consulting” (FSIC) və Əlil Təşkilatları İttifaqı (ƏTİ) daxil olmaqla yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.

    AMFA-nın əsas icraçısı olduğu Konsorsium yerli assosiasiyalara üzvlərə daha yaxşı xidmət göstərmək üçün öz fəaliyyətlərini təkmilləşdirməyə imkan yaradacaq. Layihə Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq, ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir. 

    Təlimçinin vəzifə öhdəlikləri:

    - Təlim proqramının iştirakçıları ilə çalışaraq onların təlim ehtiyaclarını müəyyənləşdirmək;
    - Təlim ehtiyaclarının əsasında təlim proqramını hazırlamaq;
    - Təlim materiallarını (təlim modulu, gündəlik, təqdimat, tapşırıqlar, paylama vərəqələri və sair) Azərbaycan dilində hazırlamaq;
     - Müxtəlif təlim metodlarından istifadə edərək assosiasiyaların işçi heyəti üçün təlimləri təşkil etmək;
    -  Təlimdən əvvəl və sonra sorğular vasitəsi ilə təlim iştirakçılarının  bilik səviyyələrini qiymətləndirmək, təhlil etmək və müvafiq hesabat hazırlamaq;
    - Təlimin effektivliyini və təsirini qiymətləndirmək üçün iştirakçılardan rəy toplamaq;
    - Təlim proqramının iştirakçıları üçün nəticə və müddətləri özündə ehtiva edən şəxsi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərmək;
    - Fəaliyyətlərin icra müddətində təlim proqramının iştirakçılarına əyani və virtual qaydada texniki dəstək göstərmək və zəruri məsləhətlər vermək;
    - Təlim proqramına dair yekun hesabatın hazırlanması.


    Namizədə dair tələblər:

    - Müvafiq sahədə  ali təhsil;
    - Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə bacarıq və minimum 3 il təcrübə;
    - Təlim ehtiyaclarının müəyyən edilməsi üzrə bacarıqlar;
    - Auditoriya ilə iş və onun idarəolunması ilə bağlı bacarıq və təcrübə;
    - Mentorluq və kouçinq sahəsində təcrübə;
    - Tədqiqat metodları üzrə xüsusi biliklər;
    - İdarəetmə və analitik qabiliyyətlər;

     

    Müraciət qaydası:


    Göstərilən tələblərə cavab verən namizədlər öz tərcümeyi halını (CV) 15 dekabr 2022-ci il tarixinə kimi [email protected] elektron ünvanına göndərə bilərlər. Emailin ad (başlıq) hissəsində “Təlimçi” qeyd olunması xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.



    Azerbaijan Micro-finance Association (AMFA)

    Azerbaijan Micro-finance Association (AMFA)

    43 announcements

    Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
    https://www.amfa.az/[email protected]+994 12 437 1645
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?