Sahə işçisi vəzifəsinə dair vakansiya elanı
“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) ictimai birliyi 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. AMFA üzvlük əsaslı biznes assosiasiyasıdır və hazırda 26 üzvü var. Azərbaycan Mikromaliyyə Assosasiyası Sahə İşçisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Layihə səmərəliliyinin artırılması üçün layihə meneceri və komandası ilə iş birliyində çalışmaq
- Layihə ilə əlaqədar bütün zənglərdə, görüşlərdə, veb seminarlarda iştirak etmək
- Layihənin məqsədləri və nəzərdə tutulan fəaliyyətləri üçün potensial layihə benefisiarları ilə əlaqə qurmaq
- Layihənin Avropa İttifaqı tərəfindən maliyyələşdirildiyi və AMFA tərəfindən icra olunduğunu layihə tərəfdaşlarına çatdırılmasını təmin etmək
- Potensial layihə benefisiarlarının namizədliklərinin irəli sürülməsində iştirak etmək
- Layihə benefisiarlarını layihə fəaliyyətlərindən bəhrələnməzdən əvvəl və sonra qiymətləndirmək (foto və video çəkmək)
- Layihə benefisiarının yaşını, ailə vəziyyətini və ailədəki üzvlərinin sayını, sağlamlıq vəziyyətini, yaşayış şərtlərini, gəlir mənbələrini və iş şəraiti haqqında qısa məlumat hazırlamaq
- Bölgədəki bütün logistik məsələlərə cavabdeh olmaq
- Layihə haqqında benefisarlara məlumat vermək
- Sərmayə kapitalının verilməsi üçün alınacaq avadanlıq və xammalın siyahısını hazırlamaq
- Lazımi sənədlərin (məsələn müqavilələr) çap edilməsi və layihə benefisarlarına çatdırılması
- Layihə benefisarları tərəfindən Sub-qrant müqavilələrinin düzgün imzalanmasını təmin etmək
- Sub-qrant müqavilələrinin və digər sənədlərin AMFA ofisinə çatdırılmasını təmin etmək
- Təşviqat materialları, avadanlıqlar, maskalar, əlcəklər və digər layihə ilə əlaqəli materialların layihə benefisiarlarına paylanmasını və sənədləşdirilməsini təmin etmək
- Layihənin icarından sonra benefisiarların biznes yerlərinə ziyarət etmək (foto və video çəkmək)
- Aylıq olaraq qiymətləndirmə, monitorinq və bizneslərin inkişafı hesabatlarını təqdim etmək (ehtiyac olduqda həftəlik və ya iki həftəlik)
- Layihənin icra müddətində müvəffəqiyyət / çətinliklər barədə məlumat vermək
- Layihə benefisiarlarının uğur hekayələrini sənədləşdirmək
- Layihə benefisiarlarının biznes yerlərinə səfər etmək
- Davamlı olaraq benfisiarlaların ehtiyaclarına və məlumatların məxfiliyə məsul olmaq
Tələb olunan bacarıqlar:
- Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
- Effektiv təşkilati bacarıqlar;
- Effektiv yazılı ünsiyyət qurmaq bacarığı;
- Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə etmək;
- Vaxtın idarə olunması üzrə bacarıqlar;
- İsmayıllı rayonunu yaxşı tanıma və kəndlərinə səfər etmə imkanı
Yanaşma:
- Xoş, nəzakətli və səbirli yanaşma;
- Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
- Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
- Keyfiyyət barədə məlumat;
- Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.
Digər Tələblər:
- İsmayıllı rayonunda yaşayan
- Ali təhsil və yaxud orta ixtisas təhsili (kollec)
- Ən azı 2 il sahə üzrə iş təcrübəsi
İş üçün ərizələri/müraciətləri tərcüməyi hal (CV) ilə bərabər 12 oktyabr 2020-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.
Elektron poçt: [email protected]. Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin.