Biznes və Peşəkar Assosiasiyaların nəzərinə!
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas icraçısı olduğu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi AMFA, “Finance and Social İnnovation Consulting” (FSIC) MMC və Əlil Təşkilatları İttifaqı (ƏTİ) daxil olmaqla yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.
Layihə Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq, ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir.
Üç il icra olunacaq layihə çərçivəsində on beş assosiasiyanın üzvlərə daha yaxşı xidmət göstərmək məqsədi ilə bilik və bacarıqları artırılaraq, öz fəaliyyətlərini təkmilləşdirməyə imkan yaradılacaq və hər il beş assosiasiyaya kiçik subqrantlar təqdim olunacaq.
Maliyyə dəstəyi assosiasiyaların inkişafına töhfə verən fəaliyyətlərə, o cümlədən üzvlük inkişafı, maliyyə dayanıqlılığı, xidmətlər, idarəetmə və digər seçilmiş prioritet sahələri gücləndirmək üçün təqdim olunacaqdır.
Subqrant vasitəsilə maliyyələşdirilə bilən fəaliyyətlərin növlərinə aşağıdakılar daxildir:
Təşkilati sistemlərin, alətlərin və proseslərin (Strateji Planlaşdırma/İdarəetmə/İdarəetmə Strukturu/Üzvlük və s.) tətbiqi və təkmilləşdirilməsi, məsələn:
Proqramların və xidmətlərin inkişafı nümunələri:
Satınalma və maliyyə idarəçiliyinin gücləndirilməsi nümunələri:
Assosiasiyaların seçimində sorğu, müsahibə, fokus qrup müzakirələri, ikinci dərəcəli məlumatların təhlili və digər üsullardan istifadə olunacaq. Seçim 7 peşəkar ekspert və layihə konsorsiumundan ibarət olan seçki komitəsi tərəfindən həyata keçəcək. İlkin araşdırmanın nəticələrinə əsasən, konsorsium Azərbaycanda biznes və peşəkar assosiasiyalar üçün ilk dəfə hərtərəfli təlim proqramını tərtib və istifadə edəcək.
Layihədə iştirak etmək üçün aşağıda göstərilən qaydalara uyğun bizə müraciət etməyiniz xahiş olunur:
Bütün tələb olunan sənədlərin surətlərini və doldurulan formaları 14 oktyabr 2022 il tarixinə kimi tam şəkildə hazırlayıb [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Emailin ad (başlıq) hissəsində “USAİD Gələcəyin Assosiasiyaları” qeyd olunması xahiş olunur.

43 announcements