Skip to content

    The tender has closed (3/29/2021). Current tenders

    Tender

    Psixoloji xidmet uzre Tender elani

    3/15/2021Deadline: 3/29/2021Baki

    From the attached document

    Psixoloji xidmət üzrə Tender elanı 1. LAYİHƏ HAQQINDA Azərbaycan Mikromaliyyə Assosiasiyası BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə “Müharibədən zərər çəkmiş bölgələrdə İcma Resurs Mərkəzlərinin yaradılması” layihəsinin həyata keçirilməsini planlaşdırır. Layihənin məqsədi Tərtər, Ağcabədi, Füzuli-Horadiz rayonlarında yaşayan 420 nəfərə psixoloji və hüquqi məsləhətlərin, 140 nəfərə bizne s məsləhətlərin keçirilməsi, həmçinin Füzuli- Horadiz rayonunda 30 nəfərdən ibarət 3 icma əsaslı kiçik layihələrin icrasına start verməkdir. 2. TAPŞIRIĞIN ƏSAS MƏQSƏDİ Tapşırığın əsas məqsədi BMT İnkişaf Proqramının maliyyə dəstəyi il ə həyata keçirilən “Müharibədən zərər çəkmiş bölgələrdə İcma Resurs Mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində Tərtər, Ağcabədi, Füzuli -Horadiz rayonlarında yaşayan 420 nəfərə 3 mütəxəssis tərəfindən psixoloji məsləhətlərin verilməsidir. 3. ƏSAS İŞ VƏ VƏZİFƏLƏR • Əsas etibarilə psixoloji profilaktika və maarifləndirmə, psixoloji konsultasiya və psixoloji dəstəyi əhatə edəcək psixoloji yardım planının və müvafiq təlimatların işlənib hazırlanmasına töhfə vermək; • Psixoloji yardıma ehtiyacı olan insanlara bilavasitə İcma Resurs Mərkəzinin ofisində, yaxud bələdiyyə və ya kənd/şəhər tibb məntəqələrində fərdi və ya qrup şəklində psixoloji dəstək göstərmək; • Telefon zəngi vasitəsilə müraciət edənlərə telefon söhbəti üzərindən ilkin psixoloji yardım göstərmək, həmçinin digər vasitəli metodlardan - WhatsApp, Skype, Zoom-dan istifadə edərək icma üzvləri ilə psixoloji söhbətlər aparmaq; • İcma Resurs Mərkəzinin koordinatoru ilə birlikdə icmalara baş çəkərək, insanlarla kollektiv söhbətlər aparmaq və kiminsə daha ciddi köməyə ehtiyacı olduğu müəyyənləşərsə, həmin şəxsi fərdi konsultasiyaya cəlb etmək; • Planlaşdırılmamış və ya fövqəladə hadisələr baş verdikdə psixoloji dəstək göstərmək üçün hazır olmaq; • Zərurət olduqda müraciət edən şəxsləri digər rəsmi qurumlara (məsələn, yerli poliklinika, TƏBİB və s) yönləndirmək, həmçinin rəsmi qurumlar və inkişaf agentlikləri ilə əməkdaşlıq şəraitində tədbirlərin təşkilində fəal olmaq; • Gələcək fəaliyyətlərin düzgün planlaşdırılması üçün bütün həyata keçirdiyi fəaliyyətləri əvvəlc ədən müəyyən edilmiş təlimatlar əsasında sənədləşdirərək, hesabat vermək. 4. XİDMƏTİN MÜDDƏTİ Vaxt: 01 aprel 2021 – 01 iyun 2021 tarixlərində 14 gün müddətində xidmət göstəriləcək 5. MÜTƏXƏSSİSDƏN TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR • Psixoloq ixtisası üzrə ali təhsil • Psixoloji məsləhət xidmətləri üzrə ən azı 1 il təcrübə • Azərbaycan dilini səlis bilməli • Səbrli, mehriban və pozitiv olmalı Namizəd işini aşağıdakı normativ hüquqi aktlara uyğun qurmağı bacarmalıdır: • Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu; • “Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; • “Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. 6. MÜRACİƏTLƏR Bütün müraciət edənlər yuxarıda göstərilən minimum tələblərə cavab verməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Hər bir müraciətə aşağıdakılar daxil edilməlidir: Ekspertlərin CV-ləri, Xidmətə dair qiymət təklifi. Maraqlanan fərdi konsultantlar v ə hüquqi şəxslər müraciətlərini 29 mart 2021-ci il, saat 17:00 -dək “Psixoloji məsləhət xidmətləri” başlığı ilə member_services@amfa.az elektron poçt ünvanına göndərməlidirlər.
    Azerbaijan Micro-finance Association (AMFA)

    Azerbaijan Micro-finance Association (AMFA)

    43 announcements

    Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
    https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Attachments (1)

    More from AMFA

    All 43 announcements