The tender has closed (3/29/2021). Current tenders
From the attached document
Hüquqi xidmətlər üzrə Tender elanı
1. LAYİHƏ HAQQINDA
Azərbaycan Mikromaliyyə Assosiasiyası BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə “Müharibədən zərər çəkmiş bölgələrdə İcma Resurs Mərkəzlərinin yaradılması” layihəsinin həyata keçiri lməsini planlaşdırır . Layih ənin məqsədi Tərtər, Ağcabədi, Füzuli-Horadiz rayonlarında yaşayan 420 nəfərə psixoloji və hüquqi məsləhətlərin, 140 nəfərə bizne s məsləhətlərin keçirilməsi, həmçinin Füzuli - Horadiz rayonunda 30 nəfərdən ibarət 3 icma əsaslı kiçik layihələrin icrasına start verməkdir.
2. TAPŞIRIĞIN ƏSAS MƏQSƏDİ
Tapşırığın əsas məqsədi BMT İnkişaf Proqramının maliyyə dəstəyi il ə həyata keçiril ən “Müharibədən zərər çəkmiş bölgələrdə İcma Resurs Mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində Tərtər, Ağcabədi, Füzuli -
Horadiz rayonlarında yaşayan 420 nəfərə 3 mütəxəssis tərəfindən hüquqi məsləhətlərin verilməsidir.
3. ƏSAS İŞ VƏ VƏZİFƏLƏR
• Problemdən asılı olaraq , dəstək məhkəmədənkənar formada mülki, inzibati v ə ailə mübahisələrini həll üzrə qanunlar haqda maarifləndirmə və aidiyyatı strukturlara müraciət etmək üçün məlumatlandırmadan ibarət olacaqdır. Cinay ət tərkibli əməllərlə bağlı mürac iətlər müvafiq polis, prokurorl uq v ə məhkəmə orqanlarına yönəldilə bilər,
• Sığorta məsələləri, dövlət müavinətləri məsələləri, əmək hüquqları, mənzil problemləri, əmlaka borcun yönəldilməsi, istehlakçı hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə bağlı məsələlər, məhkəmə müraciəti, kommunal xidmətlər, mobil operatorlara, digər dövlət xidmətlərinə dair müraciətləri əhatə edə bilər,
• Hüquqşünas məhkəmə öncəsi işlərdə məhdud hüquqi xidmətləri göstərə bilər,
• Həm şifahi izahatlar veriləcək, həm də ərizələrin, müraciətlərin və digər yazılı sənədlərin hazırlanmasına kömək göst əriləcəkdir. Məhkəmə iddiasının qaldırılması üzr ə bir v əkil köm əyinə ehtiyac olduqda, müraciət edənlərə bu cür yardımı m əhkəmədən və ya digər mövcud m ənbələrdən necə əldə etmələri barədə tövsiyələr veriləcəkdir,
• İcma Resurs Mərkəzlərinin ofislərində vətəndaşların hüquqlarına dair seminarlar və icma forumları təşkil edilə bilər,
• Hüquqşünas gələcək f əaliyyətlərin planlaşdırılması məqsədilə göstərdiyi bütün xidmətlərin nəticələri barədə məlumatları hesabat və müvafiq əlavə sənədlər şəklində toplayacaqdır.
4. XİDMƏTİN MÜDDƏTİ
Vaxt: 01 aprel 2021 – 01 iyun 2021 tarixlərində 14 gün müddətində xidmət göstəriləcək 5. MÜTƏXƏSSİSDƏN TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
• Hüquqsünaslıq ixtisası üzrə ali təhsil
• Hüquq məsləhət xidmətləri üzrə ən azı 3 il təcrübə
6. MÜRACİƏTLƏR
Bütün müraci ət ed ənlər yuxarıda göst ərilən minimum t ələblərə cavab verm əlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. H ər bir müraci ətə aşağıdakılar daxil edilməlidir: Ekspertlərin CV -ləri,
Xidmətə dair qiymət təklifi.
Maraqlanan fərdi konsultantlar və hüquqi şəxslər müraciətlərini 29 mart 2021-ci il, saat 17:00-dək
“Hüquq m əsləhət xidm ətləri” başlığı il ə member_services@amfa.az elektron poçt ünvanına göndərməlidirlər.
Attachments
Azerbaijan Micro-finance Association (AMFA)
43 announcements
Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile