Skip to content

    The tender has closed (3/29/2021). Current tenders

    Tender

    Biznes Meslehetci xidmeti uzre Tender elani

    3/15/2021Deadline: 3/29/2021Baki

    From the attached document

    Biznes Məsləhətçi xidməti üzrə Tender elanı 1. LAYİHƏ HAQQINDA Azərbaycan Mikromaliyy ə Assosiasiyası BMT İnkişaf Proqramının maliyyə dəstəyi il ə “Müharibədən zərər çəkmiş bölgələrdə İcma Resurs Mərkəzlərinin yaradılması” layihəsinin həyata keçirilməsini planlaşdırır. Layihənin məqsədi Tərtər, Ağcabədi, Füzuli -Horadiz rayonlarında yaşayan 420 nəfərə psixoloji və hüquqi məsləhətlərin, 140 nəfərə bizne s məsləhətlərin keçirilməsi, həmçinin Füzuli- Horadiz rayonunda 30 nəfərdən ibarət 3 icma əsaslı kiçik layihələrin icrasına start verməkdir. 2. TAPŞIRIĞIN ƏSAS MƏQSƏDİ Tapşırığın əsas məqsədi BMT İnkişaf Proqramının maliyyə dəstəyi il ə həyata keçiril ən “Müharibədən zərər çəkmiş bölgələrdə İcma Resurs Mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində Tərtər, Ağcabədi, Füzuli -Horadiz rayonlarında yaşayan 140 nəfərə biznes məsləhətlərin verilməsidir. 3. ƏSAS İŞ VƏ VƏZİFƏLƏR Biznes Məsləhət xidmətləri kənd icmalarında iş mühitinin yaxşılaşdırılması və bizneslərin inkişafı üçün mümkün yanaşmaları dəstəkləyəcəkdir. Aşağıda qeyd olunan biznes məsləhət xidmətləri təqdim ediləcək: • Biznes Məsləhətçisi, kənd təsərrüfatı ilə məşğul olan icma üzvlərinə kənd təsərrüfatı üzrə məsləhət xidmətlərini təklif edəcəkdir. • Biznes Məsləhətçisi biznesin inkişafına dair icma üzvlərinə texniki dəstək göstərəcək və məsləhət xidmətləri təklif edəcək. • Biznes Məsləhətçisi telefon görüşləri və üz-üzə görüşlər yolu ilə icma üzvləri ilə görüşlər təşkil edəcəkdir. 4. XİDMƏTİN MÜDDƏTİ Vaxt: 01 aprel 2021 – 01 iyun 2021 tarixlərində 14 gün müddətində xidmət göstəriləcək 5. MÜTƏXƏSSİSDƏN TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR • Kənd təsərrüfatı sahəsində zəruri bilik və bacarıqlar • Kənd təsərrüfatı məsləhət xidmətləri üzrə ən azı 3 il təcrübə • Biznes məsləhət xidmətləri üzrə ən azı 3 il təcrübə • Yerli biznes mühitinin yaxşı bilməsi • Sahibkarlıq və kənd təsərrüfatı sahəsində mövcud qanunvericilik barədə məlumatlı olmalı. 6. MÜRACİƏTLƏR Bütün müraciət edənlər yuxarıda göstərilən minimum tələblərə cavab verməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Hər bir müraciətə aşağıdakılar daxil edilməlidir: Ekspertlərin CV-ləri, Xidmətə dair qiymət təklifi. Maraqlanan fərdi konsultantlar və hüquqi şəxslər müraciətlərini 29 mart 2021-ci il, saat 17:00 -dək “Biznes məsləhət xidmətləri” başlığı ilə member_services@amfa.az elektron poçt ünvanına göndərməlidirlər.
    Azerbaijan Micro-finance Association (AMFA)

    Azerbaijan Micro-finance Association (AMFA)

    43 announcements

    Jafar Jabbarli Street 45, Caspian Plaza, 5th floor, AZ 1065
    https://www.amfa.az/administration@amfa.az+994 12 437 1645

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Attachments (1)

    More from AMFA

    All 43 announcements